Posts

Haruki Murakami - Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri

Image
Haruki Murakami -  Colorless Tsukuru Tazaki and His Years of Pilgrimage O, hələ çox gənc idi və ətrafında baş verənlər haqqında tam təsəvvürə malik deyildi. Tokionun daş cəngəllikləri onun əvvəllər yaşadığı mühitdən də çox fərqlənirdi. O dərəcədə çox fərqlənirdi ki, daxili dünyası ilə yaşadığı dünya arasındakı balansı qorumaqda çətinlik çəkirdi. Onun, Tsukuru Tazakinin, nə vaxtsa güvəndiyi və tam ideal münasibətdə olduğu dörd dostu olub. Lakin günlərin bir günü Tsukuru Tazaki üçün bir-biriləri ilə sirlərini bölüşdükləri o dünya  əlçatmaz bir yerə çevrilir. Həmin andan etibarən Tsukuru ancaq və ancaq məhv olmaq haqqında düşündü. Yetkin insana çevrildikdən sonra isə keçmişi ilə hesablaşmaq qərarına gəldi. Ən əsası isə onu demək lazımdır ki, biz bəzən yuxular, xəyallar və reallıq arasındakı sərhədi pozuruq və bunu edərkən heç də həmişə şüurumuzla hərəkət etmirik. 

The Wrestler

Image
Rendi Robinson 80-ci illərin parlaq ulduzudur, lakin yaşlaşandan sonra məşhurluğunun boz oxşarına çevrilib. Sağlamlığı ilə əlaqədar yaranan problemlərdən sonra o, həkimlərdən xoş olmayan xəbər eşidir: əgər döyüşlərə davam etsə, həyatını itirə bilər. Yeni həyata başlamağa cəhd edən Rendi, qızı ilə olan münasibətlərini də yoluna qoya bilmir. Əsl təbiətinə qarşı çıxa bilməyəcəyini başa düşəndən sonra isə son döyüşünə çıxır...

The Machinist - Машинист

Image
Trevor Reznik artıq bir ildir ki yatmır. Skeletə çevrilən Trevor reallıqla yuxu arasında ilişib qalıb. O, özünü müxtəlif qorxulu hadisələrin içində tapır. Tanımadığı insanlar və naməlum hadisələr müəmmalı formada həyatında kəsişir. Onun üçün sadəcə bir rəng - boz rəng mövcuddur. 

Dallas Buyers Club - Далласский клуб покупателей

Image
Ron Vudrofun real həyat hekayəsinə əsaslanan film olduqca diqqətəlayiq maraqlar münaqişələrindən bəhs edir. Həkimlər Rona QİÇS diaqnozu qoyaraq, işlərini qaydaya salmaq üçün 30 günlük möhlətininin olduğunu bildirmişdilər. Ron həyat sevgisi sayəsində bir çox risklərə gedərək qeyri-ənənəvi və qanunsuz hesab edilən dərman preparatlarından istifadə edib ömrünü 7 il uztmağa müvəffəq olur. Həyatda qaldığı günlərdə isə eynilə özü kimi xəstələrə xidmət göstərən biznesi yaradır. 

Ekvilibrium - Equilibrium - Эквилибриум

Image
Hadisələr hislərin qadağan olunduğu gələcəkdə baş verir. Bu insanların müharibələrin olmaması üçün verdikləri qurbandır. Artıq kitablar, musiqi və incəsənət qanunsuzdur. İstənilən hiss isə, ölüm cəzasına məhkum edilən cinayət hadisəsidir. Mövcud qaydaların icrasını təmin etmək üçün "Prozium" adlı dərmandan istifadə olunur. Con Preston adlı hakimiyyət nümayəndəsi qanunları pozanlarla mübarizə aparır. Günlərdin bir günü isə Con dərman qəbulunu unudur. Bu unutqanlıq onun mənəvi oyanışına səbəb olur. Oyanış isə hakimiyyətin ifşasını labüd edir. 

Dördüncü sakin - Citizenfour - Гражданин четыре

Image
Bəzən cəsarətli insanlarla qarşılaşırsan. Bəzən insanlardan birisi sadəcə özünü deyil digərlərini də düşünməyə başlayır. Bəzən insanlar mövcud qayda-qanunların hipnozundan can qurtarmağa müvəffəq olurlar. Kimsə. Birisi. Başqa birisi. Hamı kimi düşünüb bu yazını yazmağa başlayarkən mən Edvar Snouden haqqında yuxulu-yuxulu fikirlər söyləyirəm. Edvard. Bu tamamilə başqasıdır. Yad cəmiyyətin, mədəniyyətin, ölkənin, millətin nümayəndəsi, amma o, məni özünə özgə hesab etmir. O, belə hesab edir ki, heç bir hakimiyyət orqanı səbəbsiz yerə kiminsə şəxsi həyat ın nəticəsi olan şəxsi informasiyasını toplayıb təhlil etməməlidir. Ağırlığına dözülməz bu yükün altına girmək qorxusuzluq tələb edir. Başa düşmürəm insan özündən başqa bir digərini necə düşünə bilər. Milyonlarla digər insandan sənə nə? Nə ehtiyac var axı öz şəxsi rahatlığını nəticəsi bilinməyən proseslərə qurban edəsən. Haşiyə açım əsas yadın kim olduğunu deyim: artıq əsrlərdir ki, siyasi hakimiyyətlər bizə yad insanlar toplusundan ba...

Ən yaxşı təklif - The Best Offer - Лучшее предложение - La migliore offerta

Image
Verqiliy Oldman qabaqcıl auksiyon evinin icraçı direktorudur. Vaxtaşırı bütün dünyanın gözü qabağında alıcıları və satıcıları çaşdıraraq, yaxın dostu Billi ilə olduqca maraqlı işlərə - fırıldaqlara imza atır. Öz gizli otağında müxtəlif dövrlərin möhtəşəm sənət əsərlərini saxlayan Oldman, günlərin bir günü sirli bir qadının müraciəti nəticəsində böyük maraq hissinə qapılır. Əntiq əşyalarını satmağa çalışan bu qadının evinə gedib gəlməyə başlayandan sonra növbə ilə qədim oyuncağın hissələrini tapmağa başlayır. Deyilənə görə bu oyuncağı hazırlamaq üçün vaxtilə ilahi qüvvələrin köməyinə müraciət olunub. Kiçik hissələri axtararkən bütün mənzərəni görməyən Oldmanı nəhəng sürprizlər gözləyir.