Posts

Dallas Buyers Club - Далласский клуб покупателей

Image
Ron Vudrofun real həyat hekayəsinə əsaslanan film olduqca diqqətəlayiq maraqlar münaqişələrindən bəhs edir. Həkimlər Rona QİÇS diaqnozu qoyaraq, işlərini qaydaya salmaq üçün 30 günlük möhlətininin olduğunu bildirmişdilər. Ron həyat sevgisi sayəsində bir çox risklərə gedərək qeyri-ənənəvi və qanunsuz hesab edilən dərman preparatlarından istifadə edib ömrünü 7 il uztmağa müvəffəq olur. Həyatda qaldığı günlərdə isə eynilə özü kimi xəstələrə xidmət göstərən biznesi yaradır. 

Ekvilibrium - Equilibrium - Эквилибриум

Image
Hadisələr hislərin qadağan olunduğu gələcəkdə baş verir. Bu insanların müharibələrin olmaması üçün verdikləri qurbandır. Artıq kitablar, musiqi və incəsənət qanunsuzdur. İstənilən hiss isə, ölüm cəzasına məhkum edilən cinayət hadisəsidir. Mövcud qaydaların icrasını təmin etmək üçün "Prozium" adlı dərmandan istifadə olunur. Con Preston adlı hakimiyyət nümayəndəsi qanunları pozanlarla mübarizə aparır. Günlərdin bir günü isə Con dərman qəbulunu unudur. Bu unutqanlıq onun mənəvi oyanışına səbəb olur. Oyanış isə hakimiyyətin ifşasını labüd edir. 

Dördüncü sakin - Citizenfour - Гражданин четыре

Image
Bəzən cəsarətli insanlarla qarşılaşırsan. Bəzən insanlardan birisi sadəcə özünü deyil digərlərini də düşünməyə başlayır. Bəzən insanlar mövcud qayda-qanunların hipnozundan can qurtarmağa müvəffəq olurlar. Kimsə. Birisi. Başqa birisi. Hamı kimi düşünüb bu yazını yazmağa başlayarkən mən Edvar Snouden haqqında yuxulu-yuxulu fikirlər söyləyirəm. Edvard. Bu tamamilə başqasıdır. Yad cəmiyyətin, mədəniyyətin, ölkənin, millətin nümayəndəsi, amma o, məni özünə özgə hesab etmir. O, belə hesab edir ki, heç bir hakimiyyət orqanı səbəbsiz yerə kiminsə şəxsi həyat ın nəticəsi olan şəxsi informasiyasını toplayıb təhlil etməməlidir. Ağırlığına dözülməz bu yükün altına girmək qorxusuzluq tələb edir. Başa düşmürəm insan özündən başqa bir digərini necə düşünə bilər. Milyonlarla digər insandan sənə nə? Nə ehtiyac var axı öz şəxsi rahatlığını nəticəsi bilinməyən proseslərə qurban edəsən. Haşiyə açım əsas yadın kim olduğunu deyim: artıq əsrlərdir ki, siyasi hakimiyyətlər bizə yad insanlar toplusundan ba...

Ən yaxşı təklif - The Best Offer - Лучшее предложение - La migliore offerta

Image
Verqiliy Oldman qabaqcıl auksiyon evinin icraçı direktorudur. Vaxtaşırı bütün dünyanın gözü qabağında alıcıları və satıcıları çaşdıraraq, yaxın dostu Billi ilə olduqca maraqlı işlərə - fırıldaqlara imza atır. Öz gizli otağında müxtəlif dövrlərin möhtəşəm sənət əsərlərini saxlayan Oldman, günlərin bir günü sirli bir qadının müraciəti nəticəsində böyük maraq hissinə qapılır. Əntiq əşyalarını satmağa çalışan bu qadının evinə gedib gəlməyə başlayandan sonra növbə ilə qədim oyuncağın hissələrini tapmağa başlayır. Deyilənə görə bu oyuncağı hazırlamaq üçün vaxtilə ilahi qüvvələrin köməyinə müraciət olunub. Kiçik hissələri axtararkən bütün mənzərəni görməyən Oldmanı nəhəng sürprizlər gözləyir.

Vladimir Nabokov - Lolita

Image
Лолита - Владимир Набоков 1955-ci ildə ABŞ-da işıq üzü görək "Lolita" əsəri, okeanın hər iki tərəfində Vladimir Nabokovun ən çox səs-küy yaradan və oxunan əsərlərindən birisi oldu. Süjetin mərkəzində olan eqosentrik seksual manyak (?) - Qumbertin gündəliyini oxuyarkən biz, müxtəlif nəticələrə gələ bilərik. Kimlər üçünsə bu əsər zamana, ölümə, xəstəliyə qalib gələn sevgi hekayəsi, kimlər üçünsə də sadəcə xəstə təfəkkürün məhsuludur. Hansı cəbhənin arxasında yer almağınızdan asılı olmayaraq onu demək lazımdır ki, müxtəlif cəmiyyətlərdə oxunan və dəbdən düşməyən "Lolita" ilə tanış olmaq lazımdır. "Bozun əlli çaları" əsəri kimi bu əsəri də oxumaqda əsas məqsədim cəmiyyətin seçim kriteriyaları haqqında müəyyən nəticələrə gəlmək istəyim olub.   

Hermann Hesse - Knulp

Image
Кнульп Герман - Гессе "Knulp" bir xəyalpərəstin və əbədi səyyahın hekayəsidir. Knulp köklərə və asılılıqlara malik olmayan, azad ruhlu, hadisələrin nizamsız olduğu dünyada yaşayan birisidir. Ona heç kim lazım deyil, amma kim ki onu görür şad olur. O, nəyi axtarır? Həyatının mənası nədir? Böyük yazıçı "Knulp" əsəri ilə bir daha bizlərə meşşan həyatdan xilas olub ruhi azadlığıa qovuşmağı göstərir. 

Hermann Hessee - Siddhartha

Image
Bacara biləcəklərim - Mən yaxşı başa düşürəm ki, kitabı oxumayanlar üçün bu kitab haqqında nə yazsam da onun həqiqi mahiyyəti və bizlərə bəxş etdikləri haqqında dolğun təsəvvür yarada bilməyəcəm. Kitabı oxuyanlara yönəlik isə yazmağa ehtiyac yoxdur. Çünki kitab oxunduqdan sonra özü bütün boşluqları doldurur. Buna baxmayaraq, bloqda məhz bu kitab haqda müəyyən qədər əhatəli yazının olmasını çox istəyirəm.  Yazıçı və əsəri - Hər bir bədii-əsərin üzərinə böyük yük düşür. Bədii-əsərlər linqvistik və aksioloji dəyərlər vasitəsiylə insana, daha sonra onun mədəniyyətinə və cəmiyyətinə təsir göstərirlər. B u nümunələr  daima yetkinləşməkdə olan insanların ontoloji problemlərinə işıq salaraq onlara dəstək verməlidirlər. Bədii-ədəbiyyat nümunələri əslində şüurumuzun var olduğumuz dünyanı verbalizasiyasında böyük əhəmiyyətə malikdirlər. Bütün bu xüsusiyyələr birləşərək əslində oxunan nümunənin ruhunu əmələ gətirir. "Siddhartha" əsərinin deyilənlər çərçivəsində təhlili onun canlıl...