Posts

Bernard Werber - Qarışqalar

Image
Kitabən türkcə adı - Karıncalar Kitabın rusca adı - Муравьи Kitabın ingiliscə adı - Empire of the Ants Kitabın fransızca adı - Les Fourmis Ən yaxşı ideyaları yaratmaq üçün, gərək insan təfəkkürünün sərhədlərini aşasan.  

Tələbə Psixologiyası

Image
         Bundan öncə də psixologiyaya aid bir çox mövzularda yazmaq istəmişəm, amma hamısı yarımçıq qalmışdır. Səbəb isə haradan başlayıb haradan qurtaracağımı bilməməyim olmuşdur. Bu problemi aradan qaldırmaq üçün, mövzunu bir neçə alt başlıq formasında sizə təqdim edəcəm. Alt başlıqların sayı az da ola bilər, çox da ola bilər. Bunun bir mənası yoxdur. Diplom işi kimi mövzuya 3-4 səhifəlik bir şey yazıram. Əsas olan sizin faydalanıb, faydalanmamağınızdır. Odur ki, uğurlu qiraətlər.

Qarışqaların Fəryadı - Крик муравьев - Scream of the Ants

Image
          Süjet: Tanrının varlığına inanan bir qadın ateistə aşiq olur. Dini fərqlilikləri onlara nigaha daxil olmasğa mane olmur. Toydan sonra onlar bal ayını Hindistanda keçirmək qərarına gəlirlər. Bu bal ayından daha çox fəlsəfi səyahətdir (bəyəm hər səyahət fəlsəfi deyilmi?). Onlar mükəmməl insanı axtarırlar. Bəli o, mövcuddur. O, sizə də kömək edəcək. Sadəcə axtarıb tapın. Yüngülləşəcəksiniz (Filmin mövzusuna görə o İranda qadağan olunub və çəkilişlərini də ölkə ərazisində qarşısı alınıb.).          Resenziyam: Həmişə belə bir filmə baxmağı istəmişəm. Filmə birinci dəfə baxandan sonra hər şey mənə tam aydın olmasa da, başa düşdüm ki, bu mən axtardığım filmdi. Filmin mövzusuyla əlaqədar çox şeylər oxumuş, çox adamlarla söhbət etmişəm. Film isə bu motivləri daha yaxşı aydınlatdı.

Haruki Murakami - Mənim Sevimli Peykim

Image
             Kitabın ingiliscə adı: Sputnik Sweetheart Kitabın rusca adı: Мой любимый sputnik Sinopsis: Yalnızlıq. İtki. Məna axtarışı. Məhəbbət üçbucağı. Mistika. Ayrılıqlar. Yuxu dünyası. Kosmik peyklər. Yerdəki peyklər. Rasional ağlın qayğılanması. Qeyb. Sərhəd. Geri dönüş. Seçim. Süjet: Yazıçının sözlərinə görə bu kitab normal insanların başına gələn anormal hadisələr haqqındadır. Süjet sadə, amma qeyri-banaldır. Roman sadə və təbii dillə, çoxlu metaforalı, obrazlı və ədəbidir. Özlərini bir birilərində axtaran 3 obraz və reallıq və fantastika arasında olan körpü. Orta məktəb müəllimi K, yazıçı olmaq istəyən Sumireyə vurulub. Sumire isə biznesvumen olan Myu ilə rastlaşır və ona aşiq olur. Myu ilə birlikdə səyahətdə olarkən, Sumire qəflətən qeyb olur. Axtarışlara K da cəlb olunur və özünü qəribə bir mühitdə tapır və eyni zamanda Myunun şəxsiyyət ikiləşməsinin şahidi olur. Daha sonra isə....

Michael J. Behe - Darvinin Qara Qutusu - Darwin's Black Box

Image
1996-ci ildə Michael Behe, Darvinə qarşı “ağıllı dizayn” hərəkatını başlatdı. Darvinin qara qutusu kitabı National Review tərəfindən, 20-ci əsrin ən yaxşı 100 kitabı siyahısına daxil edildi. Təkamülə qarşı bir çox elmi işləriylə bu anlayışı işfa etməsinə baxmayaraq, sonradan təkamülün geçərliliyini qəbul etdi. Çarlz Darvin haqqında çox eşitsəm də, onun haqqında və nəinki onun haqqında, ümumiyyətlə biologiya elminin əsrarəngizliyinin 11-ci sinifdə oxuyarkən, mərkəzləşdirilmiş imtahana xalamla (xalam biologiya müəlliməsidir) birlikdə hazırlaşarkən fərqinə vardım. Həmin dövrdə öyrəndiyim bəzi sadə və eyni zamanda da mürəkkəb məlumatlar mənim üçün çox vacib yenilik oldu. Mən bu gün dünya haqqında məhz həmin dövrdə əldə etdiyim biliklər çərçivəsində dəyərləndirmələr edir və yeni şeylər öyrənməyə can atıram. Elə buna görə də orta məktəb təhsili insan şəxsiyyətinin formalaşmasında inanılmaz dərəcədə əhəmiyyət kəsb edir. Bu əhəmiyyətin müqabilində isə hal-hazırdakı vəziyyət heç də ürəka...

Şərik - The Associate - Компаньон

Image
Təqdimat: Maliyyə analisti Lorel Ayris, pullarla əlaqədar hər şeydə çox ağıllı, bacarıqlı və istedadlıdır. Wall Street-də karyera pillələrini inamla addımlamaq üçün, belə görünür ki, o, hər şeyə sahibdir, lakin Lorel, kolleqası, rasist Frenk ucbatından irəliləyə bilmir. Biznes dünyasında da digər sahələrdə olduğu kimi özbaşınalıq və ədalətsizlik hökm sürür. Buna baxmayaraq, məhz bu gözlənilməz döngələr ona maliyyə olimpinə gedən yolu göstərir. O, çox riskli və dahiyanə plan hazırlayır. Lorel hamını inandırır ki, onun şəriki çox vacib, tanınmış və ağ bir kişidir (rasizmin biznes dünyasındakı təzahürü). Beləliklə, Frenk bəzi şeylərin fərqinə varıb yenə də fırıldaqçılıqla məşğul olana qədər, “Robert S. Katti” adı altında yaradılmış illüziya ilə Lorel böyük işlər gördü.

Niall Griffits - Kötük

Image
Kitabın rusa adı: Культя - Нил Гриффитс Kitabın ingiliscə adı: Niall Griffiths - Stump Təqdimat: Niall Griffiths 1966-cı ildə Liverpulda anadan olub, daha sonra Aberystwyth şəhərinə köçüb. Hər iki şəhər onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Bu şəhərlərdə Uels (Welsh) mühiti Griffiths-i əməllicə təsirləndirib. Ailəsinin kökən olaraq Uelsin Toxteth tərəflərindən olması da onun baxışlarını şəkilləndirib. Kitabların olmadığı bir evdə böyüməsinə baxmayaraq Niall acgözlüklə oxuyarmış. Sözəbaxan uşaq olmadığına görə onu cəzalandırmaq məqsədilə anasının doğulduğu kəndə göndərirlər, lakin bu hadisə Griffiths-in qarşısında qeyri-adi imkanlar açır. Gələcək yazıçının həyat materialı toplaması üçün bu yerlər əvəzsiz rol oynayır. Sonralar qısamüddətli olaraq bir işdən başqasına keçməklə illərini xərcləsə də, yenə də gələcək əsərləri üçün material toplamaq baxımından mənasız ötüşməyib. Griffiths-in romanlarında gördüyümüz nəsibsiz insanların, marginal təbəqənin hə...