Budda utandığından yerlə yeksan oldu - Buddha Collapsed Out of Shame
“Deyirlər Buddanı partlatmayıblar. O, özü Əfqanıstanda baş verənlərdən utandığından yerlə yeksan olub....” Hanna Mahbalbaf: Amerikada yaşayan və zorakılıq haqqında sadəcə Hollivud filmlərindən xəbər tutan həmyaşıdlarımdan fərqli olaraq onu deyə bilərəm ki, Əfqanıstandakı uşaqlar bu dəhşətli kabusları öz gözləri ilə müşahidə edirlər. Onlar əzizlərinin elə yaşadıqları evin həyətindəcə başlarının kəsilməsini görüblər. Təkcə Budda yox, məncə bu filmi izləyən hamı utanmalıdır. Çünki şükürlər olsun ki, hər imkanımız ola ola “oxumaqdan bezdim”, “oxumaq istəmirəm”, kimi fikirlər səsləndiririk. Halbuki filmdə ucqar bir kənddə, balaca qız uşağının dəftər almaqdan ötəri keçdiyi min-bir əzab-əziyyəti görürük. Biz isə dəftər almaq istəyərkən çox da böyük çətinlik çəkmirik. Elə deyilmi? Yayın qızmarında kondisonerli otaqda, qışın şaxtasında isti otağımızda oturub dərslərdən gileylənirik. Bunu edərkən vicdanımız görəsən harda olur? Filmi izləsəz, balaca qız uşağının məktəbə gedməs...