Posts

Vicdanlı İşğal - Biznes Maceraları

Image
Dürüst iş adamı rəqiblərinin işini  ələ keçirməməlidir . Bəs yaxşı, əgər sənə qarşı haqsız oyun oynanılırsa dürüst olmaq sərfəlidir?

Polkovnikə məktub yoxdur - Q.Q Markes

Image
“Polkovnikə məktub yoxdur” – şübhəsiz mənim ən yaxşı əsərimdir. Hətta sizə deyim “Yüz ilin tənhalığı”nı mən o səbəbdən yazmağı lazım bildim ki, camaat “Polkovmikə məktub yoxdur” povestini oxusun.  Bu cümlələrin müəllifi, müsahibə və söhbətlərinin əksəriyyətində bu povesti özünün ən sevimli əsəri olduğunu xüsusi vurğulayan, magik realizmin ən məşhur nümayəndəsi Qabriel Qarsia Markezdir. O bu barədə deyir: “Polkovnikə məktub yoxdur” povestində gözümün qabağında gətirdiyim şəxsə bir neçə il ondan əvvəl balıq bazarında rast gəlmişdim. O həsrətlə limanda gəmilərə baxırdı. Bir neçə il sonra Parisdə doğma yerlərin həsrətini çəkərkən həmin adam yadıma düşdü və mən onun o zaman nələr düşündüyünü aydınca dərk elədim...”

Happy Feet

Image
Onun atası və anası necə lazımdırsa elə də tanış oldular. Musiqidən sevgi, sevgidənsə yumurta əmələ gəldi. Hər şeyin normal olacağını hesab etdilər. Yaxşı normal nə deməkdir? Mən normalam, sən normalsan. Normadan fərqlənmək nə deməkdir? Məncə animasiya bunu çatdırmaq istəyir. Biz bəlkə də həddindən artıq stereotipli yaşayırıq. Animasiyada pinqvinlər musiqi vasitəsiylə özlərinə tay tapırlar. Amma Mablın səsi bərbaddır. Uşaqlıqdan hamıdan fərqlənir. Daxili aləmini ritmik rəqs hərəkətləri ilə bildirir.   Fərqlilik:  Olur. Olur ki, cəmiyyətə çox fərqli bir üzv gəlir. O fərqlidir sadəcə. Belə üzvlər tarix boyu olub və olacaq. Yaxşı biz bu zaman nə etməliyik? Onu hamıdan təcrid etmək, təzyiq göstərmək nə dərəcədə doğru və ədalətlidir? Başqa çıxış yolu yoxdur?  Deyirəm bəlkə o fərqlilikdən faydalanaq? Bilirəm ki, fərqlilik və yenilik hər zaman qorxuludur və özü ilə bərabər risk də gətirir. Riskin və qorxunun nisbətləri fərqlidir yəni bu dəyişimdən aslıdır. Ən əsası isə ...

Biznes Məktəbləri Tibb İxtisasından Nə öyrənə Bilər?

Image
Bir neçə il bundan öncə Hindistandan gələn ailə üzvüm xəstələndi. Bir müddət sonra o, klinika xərəyində çox təcrübəsiz, ağ xalatlı insanlar tərəfindən əhatəyə alındı. Bu Bostonda adi bir şeydir. Bizim bir çox xəstəxanalarımız tibb məktəbləri ilə əməkdaşlıq edir və ona görə də onlar həkim olmaq üçün çalışan tələbələrlə doludur. Hələ öz ixtisasını öyrənməyə başlayanlara sağlamlığını tapşırmaq narahat edici və bəzən isə qorxuludur. Buna baxmayaraq bu vəziyyətdə olsam da, xatırlayıram ki, bizim gələcək nəsilləri yetişdirmək kimi məsuliyyətimiz var. Eyni zamanda onu da unutmuram ki, tibb öz tələbələrini müşahidə edir və onlara xəstələrə minimum dərəcədə zərər vurmaqla müstəqillik verir. Təcrübəsiz həkimlər tərəfindən toplanılan təcrübə, nəzəriyyə - tətbiq prosesinin profesional məktəblər tərəfindən necə tətbiq olunduğunu göstərir.

Arzularımızı öldürməyin 3 əlaməti - Paulo Ceolho

Image
Arzularımızı öldürməyin 3 əlaməti - Pau lo Ceolho Arzularımızı öldürməyin  birinci əlaməti  vaxt çatışmazlığlıdır. Həyatımda tanıdığım ən məşğul insanların istədiklərini etmək üçün kifayət qədər vaxtları olmuşdur. Heç bir şey etməyənlər həmişə yorğundurlar və onlardan tələb olunan kiçik miqdarlı işlərə də fikir vermirlər. Onlar həmişə günün qısa olduğundan şikayətlənirlər. Həqiqət ondan ibarətdir ki, onlar yaxşı mənada döyüşməkdən qorxurlar.

Where the Wild Things Are ( Arkadaşım Canavar )

Image
Uşaqlar üçündür. Nağıldır. Boş şeydir. Vaxt itkisidir....Bəlkə yanaşma tərzini dəyişək? Başqa prizmadan baxaq? Bəlkə pəncərənin üzərində olan buxarı silib, mənzərəyə tamaşa edib həzz alaq? İstəyirsiz? Yox? Onda oxumağa davam eləmə. Axı sən böyüksən. Davam eliyirsən? Ok onda mən də davam eliyirəm. :) Nağıllar üçün darıxanlara.....

Şeytanın Vəkili

Image
Bu filmdə olan hər şeydən xoşuma gəldi. Çox gözəl çəkilib. Çoxdanın filmi olsa da bu yaxınlarda baxdım.  Film heç vaxt məğlub olmayan vəkil haqqındadır. Onun üçün fərqi yoxdur ki, müdafiə etdiyi şəxs günahkardır yoxsa yox. Onun üçün əsas olan onun karyerasıdır, şöhrətdir. Heç vaxt da məğlub olmaq istəmir. Haqsızlığı müdafiə etdiyini bilsə belə.... << Şübhə yoxdur ki, şöhrətpərəstlik mənim ən sevdiyim günahdır .O çox fundamentaldır. Özünü bəyənmişlik təbiətdən gələn narkotikdir >> - Şeytan