"Breaking bad"-i niyə izlədim? (Audio bloq)


Orta məktəb müəllimi Uolter Uayt öyrənəndə ki, ağciyər xərçənginə düçar olub, maliyyə vəziyyətini yaxşılaşdırmaq və ailəsini ölümündən sonra çətin vəziyyətə qoymamaq üçün metamfetamin hazırlamaq istəyir. Bu məqsədlə Uolter keçmiş şagirdi və məktəbdən uzaqlaşdırılmasında aktiv iştirak etdiyi Cessi Pinkmen adlı şagirdi ilə əməkdaşlığıa başlayır. Bu əməkdaşlıq özü ilə nələr gətirmədi nələr: ölüm, pul, müvəqqəti xoşbəxtlik, ümid, ölüm, yenə də ölüm və yalnızlıq (Film çərçivəsində yazdığım "Breaking bad gündəliyi" yazısını bu keçiddən oxuya bilərsiniz: http://bit.ly/breakingbadgundeliyi)

Nədənsə şəxsiyyətin qeyri-humanizm prinsipləri çərçivəsində deqradasiyaya uğraması mənim üçün həm kinematoqrafiyada, həm də bədii ədəbiyyatda cəlbedici gəlib. İnsanlar dəyişirlər. Yaşımız az olanda bunun fərqinə vara bilmirik. Bunu dərk etmirik, lakin artıq iyirmi beş yaşa çatanda özümüzü tanımaq yolunda ciddi addımlar atırıq. Daha sonra otuz, qırx və ardıcıl olaraq digər yaşlar bizə qonaq gəlir. Yaşadığımız həyat təcrübələri və zaman bizə çox şeyi öyrədir. Bəzən şərtlər elə dəyişir ki, biz ani qərarlar verməli və çox düşünməməli oluruq. Üstəlik əgər bu metamorfoz incəsənətdə mənfi obraz kontekstində formalaşırsa, insan özünə çox şeyi icazə verir və hər bir əməlini, hər bir addımını bəraətdən əskik qoymur. Uolter Uayt diaqnozunu eşidəndə dəyişir. Bu xəbər onu dəyişdirir. Birinci özü dəyişir, daha sonra ətrafını dəyişdirir desək, dəyişdirmək felinin ən yumşaq leksik mənasını istifadə etmiş olarıq. Odur ki, "Breaking bad" filmi mənim üçün dəyişiklik nümunəsi kimi olduqca çox maraqlı gəldi. Daha ətraflı audio bloq postumdan tanış ola bilərsiniz. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi