Ex Machina - Из машины

Süjetin mərkəzində alim və milyarder Neyman tərəfindən bir həftəlik Türinq testini icra etmək üçün dəvət olunmuş gənc proramçıdır. Kaleb adlı bu gənc Ava adlı süni intellektə sahib robotu sınaqdan keçirməlidir. Halbuki heç də hər şey gözlənilən kimi olmur... Ex Machina sadə süjet xətli, lakin olduqca maraqlı fəlsəfi suala - insanı insan edən nədir? - malik elmi-fantastik filmdir. Ridli Skotun "Blade runner" və Stiven Spilberqin "Aİ" əsərlərindən fərqli olaraq "Ex Machine" bizə sadəcə vizual nümunə vermir. Ümumiyyətlə artıq sadəcə xüsusi effektlərlə işləməyin dəbi deyil. Hər zaman elə bir izləyici kütləsi vardır ki, onlar sadəcə gözlərini işlədirlər. Eyni zamanda elə bir kütlə də vardır ki, onlar üçün sadəcə vizual görünüş kifayət etmir. "Ex Machine" məhz ikinci növ izləyici kütləsi üçün nəzərdə tutulmuşdur. Bir məqamı da xüsusiylə vurğulamaq lazımdır ki, filmi izləyərkən məşhur ABŞ-lı elmi-fantastika yazıçısı Ayzek Azimovu xatırlamamaq mümkün...