Skip to main content

Posts

Showing posts from December, 2014

Cibran Xəlil Cibran - Qırıq Qanadlar

Rus dilində kitabın adı: Сломанные крылья  Джебран Халиль Джебран İngilis dilində kitabın adı: Kahlil Gibran - The Broken Wings
Uunutmayın: Qanadları sınmış quş heç vaxt uça bilməz...
Sevgini səmada süzən quşa bənzədə bilərik. Bəzənsə onun qanaqları qırılır. O zaman quş onun üçün olmayan yerdə yaşamağa məcbur olur. Daha doğrusu torpaq onu öz zindanında məhkum edir. Quşla torpağın görüşü yalnız yolun sonunda ola bilər. Bəzən isə yolun ortasında da olur...
Bi kitab haqqında nə yazacağımı bilmirəm. Xəlil Cibran yazdığı  bu əsərlə nəzmlə nəsri, musiqi ilə şeiri, fəlsəfə ilə şərq mistizmini, romantika ilə faciəni, ilahi qüvvə ilə insani vəhşilikləri, bir sözlə, yerlə göyü birləşdirib. Susmağı sözlərlə çarəsizcə bu gözəlliyi təsvir etməkdən üstün tuturam. Ona görə də müəyyən hissələrini tərcümə edib bölüşürəm ki, Xəlil Cibranın və əsərlərinin böyüklüyünü başa düşmək daha rahat olsun. Tərcümələrin nə dərəcədə yaxşı alındığını deyə bilməsəm də, nadir hallarda rastlaşdığım tərcümə növü olan hissiy…

Stethammania #2

Adrenalin (Crank - Адреналин) - Muzdlu qatil Çev Çelios öyrənir ki, onu padzəhəri olmayan nadir və Çində hazırlanan zəhər ilə zəhərləyiblər. Nəbzi müəyyən həddə qədər azaldıqdan sonra onun çox az vaxtı qalacaq. Bu az vaxt ərzində o, iki işi çatdırmalıdır: onu zəhərləyənlərdən qisas almaq və padzəhəri tapmaq. "Çin zibili" isə öz işini görür: qandan bütün adrenalini sovurur və beləliklə də insanı amansızca öldürür. O, bu dünya ilə o dünya arasında ilişib qalanda başa düşür ki, işlərini görmək üçün zəhəri az da olsa neytrallaşdıran yeganə maddə, böyrəküstü vəzinin ifraz etdiyi "adrenalin"-dir. Odur ki, ətrafını nə qədər gərginləşdirsə, sağ qalmaq və işlərini görmək şansı artacaq. 

Qəzəb - Fury - Ярость

Bu hər gün qəddar və qanlı döyüşlərdə iştirak edən "Qəzəb" adlı tank heyətinin hekayəsidir...
1945-ci ilin aprel ayı. Almanlar üzərində qələbə yaxındır. Müttəfiqlər düşmən ərazilərini ələ keçirir və almanların müqaviməti günü-gündən azalır. Bu hələ o demək deyil ki, ölüm olmayacaq. Əsgərlər yaxşı başa düşürlər ki, hələ hər şey bitməyib. "Qəzəb" heyətinə isə komandir Uordeddi (Don) rəhbərlik edir. O, əvvəlcə Afrikada, indi isə Avropada nasistlərlə döyüşür. Onun istəyi sadəcə sağ qalmaq və heyətindəki insanların həyatda qalmağını təmin etməkdir. Bu ambisiyalı məqsəd, gənc və əvvəllər heç bir yedədöyüşməmiş Norman Ellisonun heyətə qoşulması ilə sual altına düşür. Norman hər gün onlarla insan öldürməyə öyrəşməyib. 

Cibran Xəlil Cibran - Peyğəmbər

Rus dilində: Калил Джебран - Пророк
İngilis dilində: Kahlil Gibran - The Prophet

Cibran Xəlil Cibran kimdir?

Xəlil Cibran mümkünsüzü mümkün edib. "Peyğəmbər" əsəri sevgi, doğum, ölüm, insani dəyərlər, əbədi suallar kimi mövzular haqqında mistik-fəlsəfi dillə, ifadəli və canlı formada, minimalistcəsinə, çox dəyərli fikirləri təqdim edir. O, insanların çətinliklə anladığı məsələləri bəni-adəm dilində ifadə edib. "Peyğəmbər" əsəri mübaliğəsiz ədəbiyyatın və xalqların möhtəşəm incisidir. Cibran insan şüurunu heç kimin heç vaxt etmədiyi kimi ucaltdı. Sanki, bəşəriyyətin tarixən mövcud olmuş bütün mistikləri, şairləri, filosofları, ümumiyyətlə insan qəlbləri əl-ələ verib bütünləşiblər. 

Cibran Xəlil Cibran

Görkəmli yazıçı və tanınmış rəssam Xəlil Cibran 1883-cü ildə Osmanlı imperiyasının muxtar vilayətində, Livanın Bşarri şəhərində, katolik ailəsində doğulub. Xəlil Cibranın anası Kamila, Xəlil Cibranı üçüncü həyat yoldaşından dünyaya gətirib. Yoxsulluq səbəbindən Xəlil Cibran normal təhsil ala bilməsə də, vaxtaşırı keşişlər onun yaşadığı evə gələrək ona İncil və ərəb dilindən müxtəlif dərslər keçiblər. 

Rameş Balsekar - Aydınlanmışlar üçün soraq kitabçası

 Kitabın rus dilində adı: Справочник для просветленных -  Рамеш Балсекар
Rameş Balsekar kimdir? - Rameş Balsekar uşaq yaşlarından Braxmanın real, bu dünyanın isə mücərrəd olduğunu özündə ehtiva edən Advayta-vedanta fəlsəfəsi ilə maraqlanmışdır. Şri Nisarqadatta Maxaracanın şagirdi olmuşdur. O, 20-dən çox kitabın müəllifidir. London İqtisadiyyat Məktəbinin uğurlu və ən parlaq məzunu olan Rameş Balsekar, Hindistan bankında icraçı direktor vəzifəsində də çalışmışdır. Mumbayidəki evində isə ömrünün son günlərinədək çoxsaylı qonaq qəbul edərək, müxtəlif təlimlərdən məlumat vermiş və öz yolunu izah etməyə çalışmışdır.

M.L. Abramoviç - Yəhudisayağı biznes. 67 qızıl qayda

Orijinal ad:  Михаил Леонидович Абрамович Бизнес по-еврейски. 67 золотых правил
Uzun müddət öncə gördüyüm bu kitab məndə böyük maraq oyatmışdı. Ən əsası isə beynimdə olan bir çox suallara cavabın olduğunu düşünmüşdüm: Niyə yəhudilər bu dərəcədə uğur qazanırlar. Onların müəyyən üsulları və sirləri olmalıdır axı. Sonunda oxumağa nail oldum. Oxuduqdan sonra özümə sual verdim: nə dəyişdi? Cavab: çox az şey. Çünki kitabın ilk səhifələri yəhudilərin eramızdan əvvəlki və orta əsrlərdəki tarixinin ultra-qısa tərzdəki icmalı oldu. Daha sonra mənə elə gəldi ki, sanki, hansısa dini kitabı oxuyuram. Tövrat və Talmud kimi kitablardan çoxlu dini rəvayətlər, əfsanələr və onların dini personajlarla olan qısa hekəyələri əks olunub. Bu prinsip kitabın sonuna qədər özünü qoruyub saxlayır. Müəllif bütün bu əxlaqi-etik normaları, qayda-qanunları iş həyatına tətbiq etməyə çalışsa da, bu onda çox zəif alınıb. Oğurluq etmək, yalan danışmaq, dilənçilərə pul vermək və sair kimi bu motivli anlayışların hər nə qə…

Bölünmə - Detachment - Учитель на замену

Cənab Bart müvəqqəti müəllim vəzifəsində işləyir. Müxtəlif səbəblərə görə yeri boş qalan müəllimlərin yerlərinə təyin olunur. Onun ailəsi, daimi işi və alışqanlıqları yoxdur. O, növbəti təyinatını ingilis dili və ədəbiyyatı dərsindən dərs keçən müəllimin yerinə alır. Bu dəfə cəmiyyət tərəfindən müəllimlərə qarşı təhqiramiz münasibətin olduğu, qayda-qanunlara, əxlaqi-etik normalara əlvida deyildiyi məktəbə gəlir. Dəhşətli dərəcədə qəzəbli kütlə onu qəbul edə bilmir, amma özünün də dediyi kimi o, bu qəzəbli kütlə üçün bəlkə də, yeganə şansdır. O, da nə vaxtlarsa çox qəzəbli idi. İnsanlar gec-tez anlamalıdır ki, kənara püskürdüyü qəzəb vulkanı və onun törətdiyi fəsadlar sadəcə illüziyadır. Gerçək dağıntılar onların daxilində baş verir. Daxilində xarabalıqlar olan insanlar isə ətraflarını abadlaşdıra bilməz. Ən əsası isə bu kütlə yetkinlik yaşına çatmamış uşaqlardır. 

El Ceyms - Bozun əlli çaları - Э.Л. Джеймс - Пятьдесят оттенков серого

Bu yazını resenziya və ya təəssürat kimi qəbul etməyin. Çünki kitabı yarımçıq oxudum. Bu yazı sadəcə fikirlərin şifahi daha sonra isə yazılı formasıdır. 
Livelib.ru: Amazon.com yazır ki, bu kitabda bir çox erotik səhnələr var, amma əsas olan bu deyil. Birinci növbədə cəlbedici olan ehtiraslı münasibətlər, onların yaratdığı fiziki təsirlər və nəticədə həqiqi romantik sevginin yaranışıdır. Mən isə yazıram: Nə dəxli var? Erotik roman elə sadəcə erotik romandır. Kitabın yarısı klassik pornoqrafik filmlərin yazılı formasıdır. Digər yarısı isə vərəqlədiyim qədər iyrənc və qorxulu fantaziyadır. Nəticə isə, dünyada milyonlarla insanların kitaba nəhəng həvəs göstərməsidir. Maraqlıdır elə deyilmi? Nəinki kitabın yarısı, hətta 1/3 hissəsi belə bəs edir ki, insanların nəyə görə bu kitabı bu qədər ucaltdıqlarını başa düşək. Bu mövzuya yenə qayıdacam. Əvvəlcə isə bəzi məqamlara aydınlıq gətirək.

Con Uik - John Wick - Джон Уик

Con Uik - Rus mafiya başçısının quldur oğlu onun evinə basqın edib, maşınını oğurlayıb və dünyasını dəyişmiş həyat yoldaşının yeganə canlı xatirəsi olan iti öldürənədək keçmiş qatilCon sakit həyat yaşayırdı. Qisas hissi ilə yenidən alışmağa başlayan Con, keçmiş bacarıqlarını xatırlamağa başlayır. 

Li Lefever - İzah etmək sənəti. Necə etmək olar ki, sizi yarımsözdən başa düşsünlər - Ли ЛеФевер - Искусство объяснять. Как сделать так, чтобы вас понимали с полуслова

Təqdimat - Sizi başa düşürlərsə, bu xoşbəxtlikdir. Üstəlik biznesdə isə bu pul deməkdir. Çoxları ideyanın ətrafa qəbul etdirilməsini istedad kimi qəbul edir, biz isə təkidlə deyirik ki, bunu öyrənmək olar. Sizə ortaya əla məhsul qoymağa müvəffəq olmusunuz? O zaman bunu elə etmək lazımdır ki, onu layiqincə qiymətləndirə bilsinlər. Fərqi yoxdu ki, siz dostlarınıza, iş yoldaşlarınıza və yaxud da bütün dünyaya müraciət edirsiniz. Əsas odur ki, yaxşı izahat uğurun ən əsas təminatçısıdır.