Cim Lesinski - ZMOT

Müəllif haqqında – Cim Lesinski Google şirkətinin Çikaqoda yerləşən ofisində “U.S Sales & Service” şöbəsinin müdiri vəzifəsində çalışır və 20 illik inteqral marketinq təcrübəsi var. Google-a gəlməmişdən öncə “DDB”, “marchfirst”, “Young & Rubicam” və “EuroRSCG” şirkətlərində rəhbər vəzifələrdə işləmişdir. Cim bu gün brend marketinq, data analizi, onlayn müştəri ehtiyaclarının müəyyənləşdirilməsi kimi müxtəlif marketinq sferalarında minlərlə çalışanlara yardım edir. Müəllifi tez-tez bir çox tədbirlərə, konfranslara və universitetlərə öz təcrübəsini və zəngin biliyini bölüşmək üçün dəvət edirlər. Müəllif incəsənət sahəsi üzrə Notrdamda bakalavr, İllinoys universitetində isə MBA üzrə magistr dərəsələrini almışdır. Cim sadəcə marketinqlə deyil, ifa etdiyi və ehtirasla sevdiyi cazla da məşğul olur. Onun cazz sahəsində zəngin kolleksiyası var və müxtəlif bloqlarda, müxtəlif insanlarla hobbisi ilə müzakirələr aparır və informasiya mübadiləsi edir. Gördüyümüz kimi bu insanı...