Tuesday, 29 May 2012

Tanış olaq: İndiqo uşaqlar



Əvvəllcə İndiqo terminini izah edək – 1982 – ci ildə Nancy Ann Tappe “Həyatı rəng vasitəsiylə dərketmə” adlı kitabında bu termindən bəhs etdi. İlk dəfə bu kitabda uşaqların davranış formalarında sistemli olaraq izah edildi. Buna bənzər bir digər kitab da var – Lee Carroll və Jan Toberin müəllifləri olduqları “İndiqo uşaq – Yeni uşaqlar gəliblər” (ingiliscə adı: İndigo Child-The New Kids Have Arrived). Yazıçılar bu kitabı niyə yazdıqlarını belə izah edirlər:

“ Biz valideyinlərdən yeni yeni problemlərin ortaya çıxdığını eşitməyə başladıq. Uşaqları çox qəribə davranışlar sərgiləyir və digərlərindən fərqlənirlər. Yaşlarına əks olaraq böyük insanlara xas təcrübələri bilirlər. Daha sonra mütəxəssislər də bu mövzuyla maraqlandılar və biz bu uşaqları araşdırma altına aldıq. Çünki onların başa düşülməyə ehtiyacları var. Gələcəyin ən parlaq şəxsiyyətləri onlar arasından çıxacaq”

İndiqo uşaqlarının bir çox mənbələrdə bir çox izahı olsa da, əsas olan onların digər həmyaşıdlarından fərqlənmələri, ağıllı olmaları, altıncı hisslərinin inkişaf etmiş olması və sistem dəyişdirici olmalarıdır. Tibb belə uşaqların var olduğunu inkar edir və onları hiperaktiv uşaqlar kateqoriyasına daxil edir ki, bu da gülməlidir.
İndiqo uşaqlarının xüsusiyyətləri bu xüsusiyyətlərin hamısı bir indiqoda olmur. Bir xüsusiyyət bir indiqo kimi qəbul etməliyik:

v Onlar dünyaya zədaganlıq hissi ilə gəlirlər və ömür boyu elə olurlar
v Altıncı hissləri inkişaf etdiyindən güclü metafizik bacarıqlara sahib olurlar
v Aura rənglərini, səs dalğalarını görə bilirlər
v Digər canlılarla yəni heyvanlarla telepatik əlaqə yaratmağı bacarırlar
v Avtoritetlər qarşısında çətinlik çəkirlər
v Yaradıcı fikir tələb etməyən sistemlərdə ürəkləri sıxılır
v Çox vaxt düşdükləri sistemləri dəyişdirməyə meyl edirlər

İndiqo uşaqlar məni maraqlandıran mövzulardandır. Çox yazıb sizi yormaq istəmirəm. Geniş mövzudur. Daha çox xüsusiyyətləri var indiqoların. Bu uşaqlar inkişaf etmiş ölkələrdə axtarılıb tapılır və yetişdirilir. Dövlətlərin buna ciddi yanaşması məni qorxudur. Çünkü insan olaraq haqları bəzən pozulur və normal insan kimi yaşaya bilmirlər. Onlara aid internet saytlar da var. Googlda axtarın əgər sizə maraqlıdırsa. Saytları da çox vaxt “Bizdən qorxmayın. Biz də normal insanıq” – deyə başlayır. 

Wednesday, 23 May 2012

İnsomnia - Yxusuzluq - Бессонница


Dürüst polis yata bilmir çünki işdə aydın olmayan məqamlar var amma dürüst olmayan polis ona görə yata bilmir ki, vicdan əzabı çəkir.

Məqsəd vasitəni təmizə çıxardır. Elə deyilmi?

Alyaskada iki iki cür insan var. Burda doğulanlar və keçmişini unudmaq üçün bura gələnlər.

Birinci aktyor tərkibindən başlayıram. Al Paçino + Robin Williams. Bəh bəh bəh. Elə filmə məhz bu aktyorlara görə baxdım. Filmin də bu dərəcədə yaxşı alınacağını zənn etmirdim. Bu iki aktyor sözün həqiqi mənasında möhtəşəm ekran əsəri yarada biləcək bacarıqdadırlar. Filmdə digər baş rolu Hilary Swank oynayır. Onun da performansını vurğulamaq lazımdır.

Dedektiv, polis, qatil filmlərini çox sevmirəm. Çox vaxt ya başa düşmürəm ya da maraqsız gəlir. İnsomnia istisna oldu. Bu film inqilabi oldu mənim üçün. Bəli bundan sonra buna bənzər maraqlı və həyəcanlı filmləri axtarıb baxacam. Filmdə ən çox bəyəndiyim məqam bilirsiz nə oldu? Robbin Williamsın qatil rolunu oynaması. Adətən onu biz müsbət obrazlarda görmüşük amma bu filmdə tam bunun əksi. İntelektual, mədəni, ağıllı, hiyləgar, özünü idarə edə bilməyən və bilən qatil rolunu yaxşı oynadı. Rol bunu tələb edirdi. Sübut olunmuş bir şeydi ki, qəddar və yadda qalan qatillər sakit, mədəni, intelektual, ağıllı, heyvanları və uşaqları sevənlər arasından çıxır. Yəni film insanı həyacanlı olaraq saxlamağı bacarır. Bu hissi mən heç də baxdığım hər filmdə hiss etmirəm. Olur ki, müəyyən yerə qədər maraqlı, həyəcanlı gəlir amma sonra sönürəm. Bu filmdə belə olmadı.

Əlbəttə ki, filmin ideyası çox əladı. Biz təkcə öz davranışarımıza görə təkcə cəmiyyət, digər insanlar qarşısında yox, eyni zamanda vacib olan özümüzün qarşısında cavabdehlik daşıyırıq. Necə bilək ki, nə doğrudur nə yanlış? Nələrə cabab verməliyik? Qəhrəmanımızın da bir neçə gündür əziyyət çəkdiyi yuxusuzluq da güclü vicdan əzabı ilə müşahidə olunur. Əla dedektiv və triller elementləri ilə psixoloji drama.

Yuxu – ölümün kiçik məşqidir. Yuxusuzluq isə ölümün arxasınca olanların məşqidir. Yuxuda sən görürsən, eşidirsən, iy hiss edib yaxşı düşünə bilirsən amma bədənini idarə edə bilmirsən. Yuxusuzluqda belə bir vəziyyət olmasa da sən özünü təsdiqləyə bilmirsən və 20 il bundan qabaq etdiklərin belə bütün çılpaqlığı ilə yenidən canlanır. Sən bununla nə edəcəyini, bundan necə can qurtaracağını və həyatının necə olacağı haqqında heç bir fikir sahibi olmursan.....

Kristofer Nolandan digər bir şedevr...

Tuesday, 22 May 2012

Sweet Rain - Прекрасный дождь



Ölüm bizə göstərəcək biz necə yaşamışıq...

Yaponların baxdığım bir çox filmlərində çox güclü fatalizm var. Bəlkə də digər bir çox filmlərdə də bu var amma Yapon filmləri, animasiyalarında bu çox xüsusi olaraq vurğulanır. Bu filmi mən çox da bəyənmədim. Yeni bir şey də olmadı çünkü mən Meet Joe Black filmini izləmişəm. O çox daha maraqlı gəlmişdi mənə. Meet Joe Blacki film həvəskarları arasında geri salan bildiyim qədəriylə müddətidi (178 dəqiqə). Qaldı ki, bu filmə. Bəyəndiyim epizodlar oldu təbii ki amma o qədər də ürəyimə yatmadı. Meet Joe Balckin Yapon, şərq üsubunda olan oxşarı da adlandıra bilərəm (fərqlər var. olmaq məcburiyyətindədir amma onurğası eynidir).

Filmdə həyat haqqında Yapon fəlsəvi düşüncələri və yüngül yumor var. Hər bir insan bu dünyaya müəyyən missiyanı yerinə yetirməyə gəlir və onu yerinə yetirdikdən sonra ölə bilər. Ölüm mələkləri var. Onlar gəlib insanları yoxlayırlar və bəzən güzəştə gedib ölümü təxir salırlar (qəribə və gülməli gəldi mənə). Filmdə Şinaqami Çiba adlı ölüm mələyi təsvir olunub. O yağış yağarkən yerə enir və toxunuşla öldürə bilir. Musiqini çox sevir və sevimli sualı: “ ölüm haqqında nə düşünürsünüz?”dür. Daha sonra yaşamağa davam etsin yoxsa ölsün qərarını verməzdən qabaq o insanı bir neçə gün öz qəribə itiylə izləyir. Sonra qərarını verir. Özünəməxsus soyuqqanlılığı və yaraşıqlılığı xoşuma gəldi.

Takeşi Kaneşiro adlı aktyorun performansını bəyəndim. Ümumiyyətlə hər nə qədər Yapon aktyorları və ya Şərqi Asiya aktyorları zəif və ya orta performans sərgisələr də mənə xoş gəlir. Filmdən həzz və zövq almağıma mane ola bimir. Səbəbini bilmirəm.

Filmi izləyərkən diqqətli olmağı məsləhət görürəm. Diqqətlə və səbrlə hər epizodu başa düşüb, yadda saxlasanız filmdən yaxşı təəsürat alarsız. Son olaraq şəxsi qiymətləndirməm 10 üzərindən 6-dır və orta səviyyəli film hesab edirəm. Mənə qalan əsas bir musiqi parçası oldu. Aşağıda var. Dinləyin. Bəlkə bəyəndiniz. 

Sunday, 20 May 2012

Muhammed Bozdağ - Ruhsal Zeka (SQ)


Kitabın arxa qapağından: Maddi gözəlliyinizin arxasında gizlənən mənəvi möhtəşəm mənanızı kəşf ettinizmi? Görünməz bir əlin, bəxt, qəza, intuisiya, ilham görüntüsüylə həyatınızı istiqamətləndirdiyinin fərqindəsiz? Nə baş verir?
Kainata hökm edən gizli bir əl damlalardan körpələr, kəpənəklər, çiçəklər, dağlar, dənizlər, gözlər dizayn edir. Onu tanıyırsınız? Həyata gülümsədiyiniz gündən bəri qəlbinizlə danışan o gizli əl sizə nə deyir görəsən? Ruhsal Zekayı oxuduqca, qəlbinizdə yüksələn günəş, ətrfınızda gülümsəyənləri gecənin qaranlığından xilas edəcək. Zəhmətkeş, ümidli, həyəcanlı, hüzurlu, qənaətcil, israrlı, ağıllı, sevimli bir sonsuzluk yolçusu olduğunu xatırlayacağsınız.
İnancın, xoş niyyətin, müsbət hisslərin, israrın, qənaətgarlığın, ruhi münasibətlərin gücü və ilahi iradəni kəşf etmyə hazırsız? Ruhsal zeka, gizli bir əlin görünməz planının, maddəci elmin görə bilmədiyi sirrini açıqlayır. O gizli əl ilə dost olmağı seçərsəniz, kainatın qəlbinə daxil olarsınız.

Kitab haqqında oxucu şərhləri:
  • Kitab fərqli yanaşma tərzi ilə yazılmışdır. Yazar bölüşmək istədiklərini öz düşüncə süzgəcindən keçirdərək çatdırmaq isdədiklərini oxuyulara çatdırır. Gözəl kitabdı. Kitabı oxuduqdan sonra həyata fərqli nəzər nöqtəsindən yanaşacağınızı düşünürəm. Sizə bu yolda yol göstərəcək möhtəşəm bir kitab
  • İndiyə qədər real həyatda tətbiq etdiyim və mənə çox təsir edən bir kitab. Oxuduqdan sonra bir çox məsələlərə fərqli yanaşırsan
  • Son dərəcə fərqli yazı üslbuna malik kitab. Necə dua etməli olduğumuz, hansı duaların qəbul olunduğunu, məqsəd və hədəflərimizə çatmaq üçün necə düşüncə sistemi hazırlamalı olduğumuzu izah edir. Yaxşı olardı ki, bu kitabdan əvvəl yazıçının “Düşün ve Başar” kitabını oxuyasınız. Daha effektiv olur. Mən belə etdim
  • Muhammed Bozdağla bu kitabın sayəsində tanış oldum. İstiyirsiz 10 dənə psixoloqunuz olsun yenə də kitabın edə biləcəklərini edə bilməzlər. Digər əsərlərini də mütləq oxuyacam.
  • Bu kitabı 2003 – cü ildə oxudum. İnsanı daima öz-özünü tənqid və təhlil etməsini və bununla da doğru yolu tapmağa köməkçi olan kitabdır. Hər kəsə faydalı olacaq kitabdır. Hamıya məsləhət görürəm.
  • Psixologiya və şəxsi inkişafa aid ən əla kitab. Kitabın içindəkilər bir sözlə mükəmməldir. Onu da deyim ki, kitabın üz qabığının dizaynı superdi. Kitabın kənarlarındakı xatırladıcı qısa cümlələr çox yaxşıdır. Mütləq satın alınmalı kitabdır
Bu kitabı kimdənsə alıb oxumayın. Bu kitabı alıb kitabxananızın və həyatınızın, düşncələrinizin bir hissəsi, parçası edin. Zaman zaman yenidən və yenidən oxuyun. Faydalı olacağına əminəm. SQ-nuzun inkişafında sizə uğurlar!!

P.S. Oxuyucu şərhləri kitapyurdu.com saytının müvafiq kitab üzrə oxuyucu şərhləri əsasında yazılıb. 





Sunday, 13 May 2012

Biutiful


Xaviyer Bardem bəyəndiyim aktyorlardandır. Oynadığı rollar onu Hollivudun ən yaxşıları sırasına daxil edib. Filmi də ona görə izlədim. Razı qaldım. İlk dəqiqələrindən – “belə filmlər çoxdu da” fikri hakim olsa da ortalarına doğru fikrimi dəyişdim. Filmi bir neçə açar sözlə qısaca təsvir edsək: ölüm, vicdan əzabı, uğursuz həyat yoldaşı. 150 dəqiqəlik film olsa da sıxılmadım. Son vaxtlarda bir çox filmə baxmışam və bir çoxu da vaxt itkisi olub deyə bilərəm amma bunu bu filmə aid etmirəm.

Yaxşı, dərin və tragik bir film. Filmin əsas obrazına diqqət etsək məncə filmlə maraqlananlara da yaxşı olar. Filmin baş obrazı qeyri-qanuni miqrantlardan pul toplayan və eyni zamanda onları polislərdən, dövlətdən, deportasiyadan qoruyan qoruyucu mələk, eyni zamanda adi insanlardan fərqlənən – ruhları görməyi bacaran Uqzbaldır. Filmin əsas motivlərindən biri də onun xərçəngə tutulmasıdır. İki az yaşlı uşağının olması vəziyyəti qəlizləşdirir və güclü finala səbəb olur. Finalda Uqzbalın qayğısına qaldığı bir miqrantın arvadı onun uşaqlarına da sahib çıxır. Öz həyat yoldaşı əsəb xəstəsi, qardaşı isə axmağın birisidir. Burda da bir hikmət var gördüyümüz kimi dostlar.

Bəs filmin adı niyə belədir? Beautiful, biutiful. İngiliscədən tərcümədə gözəl deməkdir. Qızı ona bu sözlə əlaqədar sual verir və düzgün yazılışını bilmək istəyir. Əsas olansa bu dünyada gözəlliyin getdikcə azalmasıdır. Filmdə ağır həyat şərtləri təsvir olunub. Rahatca deyə bilərəm ki, filmdə gözəl olan Uqzbalın uşaqlarına olan sevgisi və kimsəsizə sahib çıxmasıdır.

Son olaraq film Maksim Qorkinin – Dibdə (На дне) pyesini xatırladır harda ki, orda hamı ümidini itirib və hamı ölüb. Baş qəhrəman robota çevrilib və reallığı hələ də görmək istəyir. Filmi düşünən insanlar auditoriyasına məsləhət görürəm. Həyatı hər dəqiqə, hər an qiymətləndirmək və qorumaq lazımdır. 




P.S. Yazı şəxsi fikirlərim və kinopoisk.ru saytının müvafiq film üzrə tamaşaçı şərhləri əsasında hazırlanmışdır.

Friday, 11 May 2012

Wall Street


The mother of all evil is speculation. – Bütün şərin anası spekülyasiyadır (fırıldaq).

Biz müxtəlif sistemlərin əhatəsindəyik. Biz bu sistemlərin kənardan görülə bilən qisimlərini görürük ki, bu belə də olmalıdır. Biz əsasən nəticələri görürük. Biz çox vaxt sistemin əmələ gətirən hissələri görmürük ki, bu belə də olmalıdır (görünməyən hissələri nəzərdə tuturam). Bəs bu sistemlər nəyi gizlədirlər? Əslində proses necə baş verir? Fikirləşdiyimizin tam əksi ola bilər? Ən əsası bu dünya necə bir yerdir? Böyük pullar və ortada olan insan taleləri.

Filmdə birjaların necə işlədiyinə aid gözəl epizodlar var. Adi işçinin ağıllı strategiyası sayəsində ucalması və özünü çirkli mühitdə tapması təsvir olunub. Dəniz həyatında belə bir şey var : Böyük balıq kiçik balığı udur. İnsan həyatında hələ xüsusiylə maliyyə sistemlərində bu tamamilə özünü doğruldur.  Filmdə olan baş obrazlardan – Qordon Qekkonun hər jesti, reaksiyası və müxtəlif vəziyyətlərdə verdiyi qərarlar çox maraqlıdır. Əsl və qəddar kapitalist. Mövzusu etibariylə sayılma – seçilmə film. Başqa bənzəri filmin olub olmadığını deyə bilmərəm.

Filmdə riski sevən obrazlar təsvir olunub. Risk həmişə canlıların həyatında mühüm rol oynayb və oynayacaq. Risk nədir? Risk qeyri-müəyyənlikdir. Risk hər şey ya da sıfırdır. Film də bilavasitə risklərlə əlaqədardır. Dünya maliyyə sisteminə nəzarət edən ABŞ birjalarında, hadisələrin əslində necə gerçəkləşdiyi haqqında müəyyən qədər olsa da məlumat almaq olar. Wall Street. Elə belə ad deyil. Qapalı ofislərdə aparılan böyük işlər və böyük pullar. Xoşbəxtlik və bədbəxtlik küçəsi. Hər gün emosional gərginliklər.

Xüsusiylə iqtisadiyyat, maliyyə sahəsində “təhsil” alan dostlarıma məsləhət görürəm. Çox şey görmək olar. Filmdə 80-inci illər təsvir olunub. Ona görə də o dövrkü bir çox maliyyə strategiyaları köhnəlib və bir işə yaramır amma məntiq eynidi. Unutmaq da olmaz ki, o zamanlar maliyyə birjalarının çiçəkləndiyi dövr idi. Bir film ilə bu qarma-qarışıq maliyyə-iqtisadiyyat dünyasını başa düşmək olmaz amma yenə də bir şeydi. Uğurlar.


Wednesday, 9 May 2012

İnsan və ətraf mühit


Doğumdan öncəki həyat – hamıya aydın olan bir şeydi ki, insanın biyoloji inkişafı ana bətnində başlayır və bilavasitə ananın yaşadığı həyat təcrübələri ilə əlaqədardır. Başqa sözlə əgər ana stresli həyat tərzi keçirdirsə uşağın gələcəkdə müxtəlif aslılıqlara olan meyilliliyi də artır. Qan dövranı vasitəsiylə uşağa eyni zamanda müxtəlif informasiyalar da çatır. Məsələn qanda hormon miqdarı, qidalanma dərəcəsi və s. Tarixdə çox məşhur və yadda qalan bir nümunə var – 1944 Niderland qışı. 1944 – üncü ildə Faşistlər Niderlandda olan bütün qida ehtiyatını Almaniyaya göndərirlər və nəticədə 3 ay müddətində böyük aclıq olur. Yüzlərlə insan ölsə də, ən əsas nəticəsi o oldu ki, əgər körpə ikinci və ya üçüncü ay ərzində ana bətnində olubsa o zaman onun orqanizmi bəzi xüsusiyyətlər qazanıb. Dolayısıyla o dünyaya gəldikdən sonra müəyyən dərəcədə qlükoza və bənzəri digər qida maddələri çatışmazlığına hazır olur. Onların nəslindən olanlarda da yüksək qan təzyiqi, metobolizm problemləri olma ehtimalı yüksək olur. Britaniya zorakılığa məruz qalmış anaların doğumlarını araşdırarlən, uşaqların aslılıqlara meyilli olduqları aşkar olmuşdur. Bildiyimiz kimi İsrail dünyanın qaynar nöqtələrindəndir və oradakı müharibə şahidi insanların nəsillərində şizofreniyaya tutulma faktı da yüksəkdir. Beləliklə doğum öncəsi həyatın necə vacib olduğunu kifayət qədər izah etdik.

Uşaqlıq dövrü – Biz digər canlılarla nisbətdə çox daha az inkişaf etmiş formada dünyaya gəlirik. Məsələn atın balası daha ilk gündə qaçmağa başlasa da, biz nevroloji kordinasiyalarımızı (əzələ gücü, görmə fokusu,tarazlıq və s.) inkişaf elətdirmək üçün 18 - 24 ay vaxt lazım olur. Başqa sözlə bizim inkişafımız üşün fiziki mühit çox vacibdir. Burda da söhbətimizə neyro – Darvinizm qoşulur. Onun ideyası çox sadədir. Lazımi informasiyaları qəbul edən neyronlar optimal inkişaf edir. Qəbul etməyənlər isə ya inkişaf etmir ya da müstəqli və natamam inkişaf edir. məsələn uşağı 5 yaşına qədər qaranlıq otaqda saxlasaq onun görmə sinirləri atrafiyaya məruz qalır və uşaq kor olur.

Yaddaş – İki tip yaddaş var. Birincisi dəqiq yaddaşdır ki, onun əsas funksiyası həyatımızda baş verən müxtəlif hadisələri, detalları yaddaşda saxlamaqdır. Beynimizin Hippocampus adlı hissəsi 1 yaş yarımdan etibarən inkişaf etməyə başlayır. Bu hissə yaddaşda olan xatirələrin şifrələnməsi və izahı ilə əlaqədardır. Ikincisi emosional yaddaşdır. Bu insan həyatında baş verən və onun üçün çox əhəmiyyətli olan hadisələrlə əlaqədardır. Emosional yaddaş uzun zaman dilmində bir çox nəticələrə səbəb olur. Məsələn məhz bu yaddaşın köməkliyi ilə insanlar uşaqlıqda aldıqları psixoloji travmalar nəticəsində gələcəkdə qəddar qatil, narkoman ya da təcavüzkar olurlar.

Fiziki əlaqə - Bəzən uşaqlar vaxtında tez dünyaya gəlirlər və ya dünyaya gələrkən uzun müddət qapalı inkubatorlarda saxlanırlar. Sübut olunub ki, gün ərzində 10 dəqiqəlik bu uşaqlara sığal çəkilməsi onların beyinlərinin inkişafına səbəb olur. İnsan toxunuşu insan inkişafı üçün çox vacibdir. Bəzən bəzi insanlarda belə fikir hakim olur ki, uşaqları çox qucaqlamaq, ağlarkən qucağa götürmək ziyanlıdır amma əslində isə bu tamamilə yanlışdır.

Həyatın ilk illəri, ilk təcrübələr  – ataların qəzəbi və anaların depressiyası ilə uşaqlar həyat təcrübəsi ilə əlaqədar informasiya qəbul edirlər. Bu onların inkişafında mühüm rol oynayır. Sizi gözləyən dünya haqqında məlumatları biz uşaqlıqda qəbul edirik. Uşaqlıqda şahidi olduğumuz mübahisələr, bizə ayrılan zaman bizə bu dünya haqqında ip ucları verir. Əgər uşaq öz məqsədləri uğrunda qəddarcasına mübarizə aparan insaların içində doğulursa o digərlərinə inanmamağı və müdafiə olunmağa öyrənəcək. Yox əgər qarşılıqlı ünsiyyət və əməkdaşlıq dolu mühitdə doğulursa o uşağın inkişafı tamam başqa yöndə olacaqdır. Valideyinlər bu kimi amilləri çox vaxt anlamırlar. Məşhur Britaniyalı pediatr Vinidok deyir: “Uşaqlıqda iki şey sıradan çıxa bilər. Birincisi lazım olmayan şeylər baş verə bilər. İkincisi lazım olan şeylər baş verməyə bilər”. Birincisinə narkomaniya və lazım olmayan insanlarla ünisyyəti aid etmək olar. Ikincisi isə uşaqlıqda uşaqlara ayrılmayan vaxt və qayğıdan uzaqlıq göstərilə bilər. Yəni tərbiyəvi sfersada uşaqlarla valideyinlər stres səbəbindən uzaq düşürlər və psixoloq Alan Shoe buna yaxın təcridolma deyir (proximal abandonment). Yəni valideyinlər fiziki olaraq yaxınlıqdadırlar amma emosional cəhətdən sanki heç yoxdurlar.

Los Ancelesdə Kaliforniya universitetinin araşdırmacı və psixiatrı Daniel Seagle, şəxsiyyətlərarası neyrobiologiya (international neurobilology) terminin izah edir. Bu terminin mənası odur ki, bizim sinir sistemimizin işlədiyi prinsip bizim şəxsi əlaqələrimizlə birbaşa əlaqəlidir. Birinci növbədə bu tərbiyəçidən, ikinci növbədə həyatımızın əlaqəli olduğu insanlardan, üçüncü isə öz daxili mədəniyyətimizdən aslıdır.

Yazı "Zamanın Ruhu" adlı sənədli film əsasında hazırlanmışdır. Bu kiçik yazıda sizi bəzi mühüm terminlərlə tanış etmək istədim. Diqqətinizə görə təşəkkürlər.

Sunday, 6 May 2012

Kitablar və Marketinq


Marketinq günümüzün ayrılmaz fəaliyyətlərində birinə çevrilmişdir. Əvvəllər bu sahə sadəcə məhsul və xidmət istehsal edən müəssisələr tərəfindən tətbiq edilirdisə bu gün bu fəaliyyət kitablarda (kitab da məhsuldur sadəcə əvvəllər kitablara tətbiq edilmirdi demək istəyirəm) daha da geniş vüsət alıb. Bu da bir çox insanda peşmançılıq hissinin yaranmasına səbəb olur (məndə belə hallar az olub).  Bu xüsusiylə xarici kitablara aiddir. Çünkü öz ökəmizdə hələ yeni yeni kitablar tərcümə olunur və yazılır. Hazırlanan kitablara da çox da iri həcimli marketinq fəaliyyəti lazım olmur. Tanınmış kitab evlərinə və internetə verilərək insanlara müəyyən qədər informasiya çatdırılır. Oysa xüsusən türk və xarici kitabların üz və arxa qapaqlarını reklam posterlərinə çeviriblər. Nə bilim New York Times mükəmməl dedi, filan yazar gecəni yatmadan bu əsəri oxudu, dünyanın 50 dilinə tərcümə olundu. Mənim sadaladığım cümlələrə qarşı ciddi bir antipatiyam yoxdur. Demək istədiyim əsas şey odur ki, hələ təzə təzə kitab oxumağa başlayanlar, ayda ildə bir dəfə kitab almaq istəyənlər və s. kimi alıcılar bu şirnikləndirici cümlələrə aldanıb alırlar kitabı sonra aralarında bunu bəyənmiyənlər olur.  Əlbəttə bütün yazıçılar istərlər ki, daha geniş oxuyucu kütləsinə müraciət etsinlər. Bunun nəticəsində də çox satılan, az satılan kitablar var (kitablar üçün daha çox istifadə olunan Best Seller termini var. Digər məhsullarda da Best Seller olsa da bu amnlayış əsasən kitablarda istifadə olunur). Əlbəttə həm nəşriyyatın həm də yazıçının və mağazaların məqsədi daha çox satmaq və daha çox oxuyucuya çatmaqdır.

Kitabın çox satılması əlbəttə ki, insanların təlabatına uyğun mövzularda romanların yazılması ilə əlaqədardır. İnkişf etmiş ölkələrin təcrübələri daha fərqlidir. Ən çox kitab və ya elektron kitab satan internet saytlarını düşünün. Əvvəlcə mövzu və yazıçı ortaya qoyulur daha sonra ön sifarişlər toplanır və müəyyən satış təxminləri gerçəkləşdirilir. Bu zaman da yazıçı yazmağa başlayır. ABŞ və Avropada ona görə kitablar və best sellerlər çoxdur. Bizdə isə belə bir təcrübə yoxdur. Məncə bu insanlara psixolojik təsir edir və dəyərli əsərlərin ortaya çıxmasına səbəb olmur.

Keçmiş uğurlar kitabın satılmasında böyük rol oynayır. Klassik nümunəm var. Elif Şafak. Aşk romanı həqiqətən də Türk ədəbiyyatının zirvəsidir. Digər romanları da kifayət qədər yaxşı olsa da onun dərəcəsində deyil və satılma səbəbi də məhz Aşkdır. Bu da kitablarda markalanmaların yaranmasına səbəb olur. Sadəcə E.Şadak deyil, Orxan Pamuk da ortaya dəyərli əsər qoymaqla qane olmamış, oxuyucularla effektiv əlaqə qurmaq üçün professional insanların, qurumların köməyindən istifadə etmişlər.

Yeni termin də çıxıb kitab dünyasında. Xüsusiylə Türkiyədə. “Bu kitabı okudunuz ve beğenmediniz, iade edebilir ve kitap için ödediğiniz ücreti geri alabilirsiniz” – iade garantisi adlanır. Nə dərəcədə doğru və əməl olunan bir şeydi görəsən ?Allah bilir bir ton sorğu suala tutullar adam bezir deyir zarafat eliyirdim bəyəndim)))

Son olaraq onu deyim ki, əsas olan hansı mövzulara maraq göstərdiyiniz başqa sözlə mənəvi ehtiyaclarınız və o istiqamətdəki seçimlərinizdir. Üz qabığı və arxa qapağa aldanaraq seçim etməyin. Kitab almaq kifayət qədər vacib işdir. Yaxşıca araşdırıb daha sonra kitabxanıza kitab əlavə edin. Və mən bu yolda sizə kömək edə bilərəm))))

Friday, 4 May 2012

Bütövlük Yanılqısı


Həyatımda tez-tez qarşılaşdığım bir vəziyyət var ki, bu yaxınlarda onu böyük filosof Albert Kamyunun fikirləri arasında gördüm:

“ Başqaların həyatına qarşı hiss edilən həsəd. Kənardan baxdıqda başqalarının həyatı bütövdür. Öz həyatımıza baxdıqda isə dağılmış vəziyyətdə olduğunu görürük. Yenə də bir Bütövlük yanlıqısının arxasınca qaçırıq”- Albert Kamyu

Yuxarıdakı cümlələr mənim fikirlərimi tamamilə əks etdirir. Ətrafımızda bir çox uğur qazanmış, tanınan insanlar var. Bizim kimi adi həyat tərzi olan gənclər də o insanlara baxıb düşünürük ki, hər şey necə də idealdır. O çox xoşbəxtdir. Görəsən mən elə ola biləcəm? Bəzən də ruh düşkünlüyü yaşayırıq. Belə hallar olur. Bir şeyi bilmək lazımdır ki, ətrafımızda olan həqiqi mənada uğur qazanmış insanlar çox böyük zəhmətin sayəsində bu gün tanınırlar. Sadə, hamının biləcəyi şeydi. Necə ki, doğru yolu bilməklə o yolda irəliləmək arasında dağlar qədər fərq var, burda da bənzəri vəziyyət var. Bir çoxlarımız bilir ki, onlar da əziyyət çəkiblər və dolayısıyla mən də zəhmətkeş olub, müəyyənləşdirdiyim hədəflərə çatmalıyam. Bəzən bunu unudur, bir müddət sonra isyan edirik.
Hər nəsə. Kamyu demişkən bütünlük, bütövlük yanılqısına məzur qalmayın. Uğur qazanmış insanlar da bu yolda yorulublar, tərəddüt keçirdiblər, yeri gələndə qorxu və həyacan keçirdiblər. Ruh düşkünlüyü, ələ salınma və başqa bir çox vəziyyətlər də olub. Dəyişməyə bir gerçək var ki, o da:

Dünya qarşılaşdığın fırtınalarla deyil, gəmini limana gətirib gətirmədiyinlə maraqlanır - William Mc. Fee(Fırtınalarda möhkəm olun))))


Thursday, 3 May 2012

Filmlərdə strategiya


Elə filmlər var ki, biz orada çox yüksək strategiyalarla qarşılaşırıq. Aşağıdakı filmlərə baxarkən mən çox heyrətlənmişəm. “Artıq hər şey bitdi” fikrini beynimdə ora-bura çevirərkən, əslində hər şeyin böyük və çox ağıllı strategiyanın bir parçası olduğunu görürsən. Nəticə olaraq da bir xeyli müddət bunun haqqında düşünürsən. Aşağıdakı filmlər sadəcə mənim deyil, bir çox insanın bəyəndiyi və ən əsası çox əla düşünülmüş strategiyanın mövcud olduğu filmlərdir. Siz də əgər maraqlı və heyrətləndirici strategiyaları sevinirsinizsə məncə sadalanan filmlər sizə kömək olacaq. Sayıları çoxdur sadəcə mən ən çox bəyəndiklərimi yazıram.

The İllusionist –  Bu mənim “hamıyaməsləhətgördüklərim” kateqoriyasına daxil etdiyim filmlərdəndir. Sevgi,yalan, illuziya, yalan, illuziya və sevgi çəmbəri. Kifayət qədər çətin süjet xətti olsa da sonluq silkələyicidir. Strategiyanın gücü bax budur. Onun da təməlində yüksək zəka dayanır. Yaxşı düşünülmüş strategiya eyni zamanda tayı bərabəri olmayan illuziya ola bilər. Edvard Norton elə belə rolları ifa edən aktyor deyil (Amerika tarixi X, Döyüş klubu və s.). 9/10

Vidock – Film haqqında çoxdan bilirdim. Bu yaxınlarda baxdım və olduqca maraqlı, fərqli rakuslarda çəkilmiş və müəyyən qədər də qəddar səhnələrlə rastlaşdım. Filmin mənası, motivi və ya süjet xətii çox sadədir. Jerar Depardye xəfiyyə Vidoku əla performansla bizlərə çatdırdı. Orta əsrlər Parisi. Güzgü maska taxan kimyəgər adlı qatil. Güzgü maska ideyası çox xoşuma gəldi. Həm orta əsrlər həm də müasir həyatımıza uyğun gəlir. Stilli bir əsərdi. Ən əsası isə super strategiyaya şahid ola bilərsiniz. 8/10

Devil’s advocate – şeytanın insanları öz tərəfinə çəkmək üçün əla strategiyalar qurması bu filmdə yaxşı təvsir olunub. Yəni çox ağıllıca, yüksək səviyyəli strategiya olmasa da özünə görə kifayət qədər yaxşı hesab oluna bilər. Əsas iki obraz var: Kevin və Şeytan. Onların filmin sonundakı dialoqunu heç vaxt unuda bilmirəm: Şeytan: Ben bir kuklacı değilim Kevin. Bir şeylerin olmasını sağlamam. İşler bu şekilde işlemez. Özgür irade tıpkı kelebek kanatlarına benzer. Bir kere dokundun mu bir daha yerden havalanamazlar. Hayır. Ben sadece sahneyi hazırladım. Kendi iplerini kendin kontrol ediyorsun (başqa sözlə strategiyanı qurdu. Strategiyanın nə və necə olduğunu filmə baxmaqla öyrənə bilərsiz). 9/10

The Prestige – Yəni bu film haqqında nəsə yazmağa ehtiyac var ki? Ancaq və ancaq özünüz baxmalısınız. Burda bir-iki cümləylə izah ediləsi və ya təsvir ediləsi bir şey deyil. Sadəcə baxın və həzz alın.Kristofer Pristin kitabı əsasında Kristofer və Conatan Nolan (bu adlar çox şeydən xəbər verir əslində) qardaşlarının çəkdiyi əsrarəngiz bir film (Nədənsə əksər qardaşların çəkdikləri film və ya yazdıqları kitablar çox uğurlu alınır). Qanlı rəqabət nələrlə nəticələnə bilər? (Bəlkə də bunu müharibə adlandırmaq lazımdır) “Hər bir fokus üç hissədən ibarətdir: Birinci hissə yem adlanır. Ikinci dəyişiklik. Hələ bu hamısı deyil. Ən çətin üçüncü hissə də var. Biz onu Prestij adlandırırıq” Sözün həqiqi mənasında əla bir film. 9/10