Tanış olaq: İndiqo uşaqlar

Əvvəllcə İndiqo terminini izah edək – 1982 – ci ildə Nancy Ann Tappe “Həyatı rəng vasitəsiylə dərketmə” adlı kitabında bu termindən bəhs etdi. İlk dəfə bu kitabda uşaqların davranış formalarında sistemli olaraq izah edildi. Buna bənzər bir digər kitab da var – Lee Carroll və Jan Toberin müəllifləri olduqları “İndiqo uşaq – Yeni uşaqlar gəliblər” (ingiliscə adı: İndigo Child-The New Kids Have Arrived). Yazıçılar bu kitabı niyə yazdıqlarını belə izah edirlər: “ Biz valideyinlərdən yeni yeni problemlərin ortaya çıxdığını eşitməyə başladıq. Uşaqları çox qəribə davranışlar sərgiləyir və digərlərindən fərqlənirlər. Yaşlarına əks olaraq böyük insanlara xas təcrübələri bilirlər. Daha sonra mütəxəssislər də bu mövzuyla maraqlandılar və biz bu uşaqları araşdırma altına aldıq. Çünki onların başa düşülməyə ehtiyacları var. Gələcəyin ən parlaq şəxsiyyətləri onlar arasından çıxacaq” İndiqo uşaqlarının bir çox mənbələrdə bir çox izahı olsa da, əsas olan onların digər həmyaşıdlarından fə...