Posts

Con Devison Rokfeller - Neft milyarderi və filantropunun xatirələri

Image
ENG: John D. Rockefeller -  John D. Rockefeller: The Autobiography of an Oil Titan and Philanthropist RUS: Джон Дэвисон Рокфеллер -  Как я нажил 500 000 000 долларов. Мемуары миллиардера Con Devison Rokfeller hər şeyi hazır alıb hazıra nazir olan liderlər sırasına daxil deyil. O, hələ uşaq yaşlarından kommersant ruhunu ətrafına sezdirə bilmişdi və gənclik illərindən cəsarəti və ağlı ilə, insanlarla qurduğu möhkəm və düzgün münasibətlərə görə nəinki ABŞ-da, ümumiyyətlə dünyada özünə ad-san qazana bildi. Həyatda heç bir milyoner və ya milyarder öz həyat resepti ilə digər insanları da eyni qaydada milyoner və ya milyarder edə bilməz. Ən azından bu fiziki olaraq qurulmuş mürəkkəb insan cəmiyyətində mümkün deyil, lakin buna baxmayaraq belə insanların yanaşmaları və düşüncə tərzləri maraqlı məsləhətlər formasında hər dövrdə aktual olaraq qalır. "Standard Oil" şirkətinin qurucusu Con Devison Rokfellerin "Neft milyarderi və filantropunun xatirələri" kitabı hələ...

Kimi daha çox istəyirəm/ Cosa voglio di più (18+)

Image
Rus: Кого хочу я больше Günlərin bir günü iş yoldaşlarını təqaüdə göndərərkən Anna Domenikoya rast gəlir. Domeniko iki kiçik uşağı olan, evli, yaraşıqlı kişidir və əlavə gəlir əldə etmək üçün istirahət günləri ofisiantlıq edir. Annanın özü də heç də "azad" deyil. O, Alessio ilə birlikdə yaşayır. Buna baxmayaraq Anna ilə Domeniko arasında alovlanan ehtiras qarşılıqlı münasibətlərə, hər ikisi üçün də dramatik nəticələrə gətirib-çıxarır.

Aleksandr Puşkin - Kapitan qızı

Image
RUS: Александр Пушкин - Капитанская дочка Dünyagörüşü normal səviyyədə olan hər bir insana Aleksandr Serqeyiviç Puşkinin kimliyi və yaradıcıllığı hələ orta məktəb illərindən bəlli olmalıdır. Hər bir insan onun dəst-xəttində ona yaxın olan şeyləri görməyi bacarır: kimlərsə macəra, kimlərsə estetik dil bacarıqlarını, kimlərsə də sadə və səmimi bədii ədəbiyyat parçası görür. Hər bir halda Puşkinin oxucuları mənən elə zənginləşirlər ki, bir daha əvvəlki insan olmurlar. Bu onun bir şair və yaradıcı insan kimi böyüklüyünü və təkrarsızlığını sübut edir. 

Viktor Pelevin - Baxıcı

Image
RUS: Виктор Пелевин - Смотритель İmperator Birinci Pavel, təkrarsız əlkimyəgar və mesmerist, sui-qəsdçilər tərəfindən qətl edilməyib. Çevriliş ona Peterburqu xəlvətcə tərk etməsi üçün yaradılmış teatr tamaşası idi. Əlkimyəgər Pavel dahi Frans-Anton Mesmer tərəfindən yaradılan dünyaya - İdilliuma gedir. Pavel onun birinci baxıcısı olur. Artıq üçüncü yüzillikdir ki, İdillium bizim dünyadan gizlənir və onunla xüsusi qanunauyğunluqlar çərçivəsində qarşılıqlı münasibətdə olur. İdilliumun müdafiəsi bir neçə dəfə bir-birini əvəzləmiş baxıcının işidir. Hər bir yeni kəs İdilliumun sirrini öyrənib, əslində kim olduğunun fərqinə varmalıdır...

Lev Tolstoy - Etiraf

Image
RUS:   Лев Николаевич Толстой - Исповедь  ENG: Leo Tolstoy - A Confession Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.  Etiraf (Tolstoy)

Goodreads istifadə etmək üçün 5 səbəb (Audio podkast)

Image

28 gün/həftə sonra - 28 days/weeks later

Image
Diqqət! Yazıda müəyyən qədər spoyler ola bilər. Bu məqam sizi narahat edirsə, xahiş edirəm oxumağa davam etməyin! "Yoluxmuş" şimpanzelərdən insanlara keçən dəhşətli virus insanları iki növə ayırır: yoluxmuş və yoluxmamış. Heyvan aktivistlərinin laboratoriyalarda azad buraxdıqları şimpanzelər vasitəsi ilə İngiltərə boyu yayılmış dəhşətli virus insanları yeriyən ölüyə çevirir. 28 gün sonra protaqonistimiz Cim atılmış hospitalda komadan oyanır. Gəzişərkən görür ki, şəhərdə heç kim yoxdur və kilsədə onun üstünə qəribə davranan "insanlar" hücum etdi. Selena ilə Mark onu xilas etsə də, sonradan Cim də onları xilas edir...