Posts

Maksim Qorki - Qarı İzerqil

Image
Максим Горький -  Старуха Изергиль Dankonun əfsanəsi həqiqət və cəsarət kimi azadlıq carçısı anlayışlara çox gözəl toxunur. Qorkini "nədənsə" olan azadlıq yox, "nəyinsə naminə" olan azadlıq maraqlandırır. Dankonun əfsanəsi ədəbi əfsanə janrıdır və məhz bu janrın imkanları ona şərait yaradır ki, əbədi həqiqət və suallar haqqında qısa, amma çox iti ismarıclar ötürülsün. Larra və Danko kimi bir-birinə zidd iki əfsanəvi insan haqqında söhbət açaraq yazıçı kəskin kontrast yaradır və bir-birinə belə zidd insaları cəmiyyət ilə münasibətlər rakursundan təsvir edir. Bütün bu məqamlara görə "Qarı İzerqil" möhtəşəm əsərdir və mütləq rus klassikasının timsalında oxunmalı olanlardandır. 

Erix Fromm - Azadlıqdan qaçış (+Qeydlərim)

Image
Əgər insanlıq azadlığın özü ilə gətirdiyi təhlükə və məsuliyyətlərlə birlikdə yaşamağa öyrəşməsə, onda avtoritarizm bərqərar olacaq. İlk dəfə 1941-ci ildə nəşr olunan və indiyədək aktuallğını zərrə qədər də itirməyən, dövrünün və eləcə də müasir zamanın ən öncül düşünürlərindən olan Erix Frommun "Azadlıqdan qaçış" əsərinin məğzini də məhz bu məqam əmələ gətirir. Avtoritat sistemlərin təhlilindən yola çıxaraq, demokratiyanın individə bəxş etdiyi yadlaşma, yalnızlıq və izolyasiya kimi məsələlərin mahiyyəti və köklərindən söhbət açılır. Psixoanalitik məlumatlara əsaslanaraq müasir cəmiyyətlərin xəstəliklərinə diqnoz qoyan Erix Frommun dilindən müasir insanın totalitar qayda-qanunları tələb etməsini öyrənmək çox qəribə oldu açığı. Əsl qaçışdır, azadlıqdan qaçış da budur.

İqtisadiyyat: istifadəçinin bələdçisi - Ha-Cun Çan (+Qeydlərim)

Image
EN: Ha-Joon Chang - Economics: The User's Guide RUS: Ха-Джун Чанг - Как устроена экономика   Bir çox iqtisadçılardan fərqli olaraq Kembric Universitetinin professoru Ha-Cun Çan bizə klassik iqtisad məktəbindən keynesyan nəzəriyyəyədək olan nəzəriyyələri bir-bir sıralayaraq onların hansı güclü və zəif cəhətlərə malik olduğunu göstərməyə çalışır. "İqtisadiyyat: istifadəçinin bələdçisi" iqtisadiyyata giriş xarakteri daşısa da, müəllif bizə qloballaşmış dünyamızda bir-biri ilə kifayət qədər mürəkkəb münasibətlərdə olan iqtisadi və maliyyə mexanizmləri və qurumları haqqında reallıqları əhatə edən kitab təqdim edir. Təqdirəlayiqdir ki, müəllif hansısa konkret iqtisadi və ya siyasi ideologiya çərçivəsində nə isə təqdim etmir, nəyisə hərarətlə müdafiə edib, nəyisə də təkzib etmir, əksinə obyektiv düşüncəni və məntiqi qane edəcək dərəcədə maraqlı iş sərgiləyir. Bu da oxucuya imkan yaradır ki, özü müstəqil surətdə təhlillər aparıb müəyyən nəticəyə gələ bilsin. Bu baxımdan, kit...

Akutaqava Rünoske - Kappa

Image
RUS: Рюноскэ Акутагава - В стране водяных ENG: Ryūnosuke Akutagawa - Kappa "Su məxluqları" ölkəsində adlı kiçik hekayə 20-ci əsrin əvvəllərinə Yaponiyanın inanılmaz dərəcədə estetik yazılmış satirasıdır. Əsər həm də Akutaqava Rünoskenin özünə olan tənqidi utopiyasıdır. Məişətin lazımsız və bəzən də idbar xırladıqlarından qaçmaq üçün özünü uydurma kappa ölkəsinə proeksiyalayan yazıçı, tamamilə ona yad cəmiyyətin timsalında özünü kəşf etməyə başlayır. "Mən öz hekayəmi nağılvari canlılarla təchiz etdim və onların arasında özümü gizlətdim" deyir yazıçı. Onun süjetində fantastika, reallıq və incə psixologizm inanılmaz ustalıqla birləşir və zərgər incəliyi ilə insan cəmiyyətinin yeni yaranan problemləri işıqlandırılır.

Niftiyevin bloqu - 5 yaş!

Image
21 dekabr 2011-ci ildə ilk postu paylaşaraq şəxsi bloqumun əsasını qoydum. Bu gün artıq 600-ə yaxınlaşan post sayı ilə pis-yaxşı Azərbaycan internet məkanına nə isə təklif edə bilirəm.

Florensiyalı Cadugər - Salman Rüşdi

Image
RU: Салман Рушди - Флорентийская чародейка EN: Salman Rushdie - The Enchantress Of Florence Bu hekayə hamının tarixidir, əsasən də bir şəxsiyyətin tarixidir. Dünyamız inanılmaz hadisələrlə doludur, ən əsası da onlar istənilən an doğru çıxa bilər. Keçmişin işığını düzgün olaraq istiqamətləndirməyi bacaranda isə, indiki zamanı hər şeydən daha yaxşı işıqlandırmaq mümkün olur. Böyük Moğol imperiyası, qüdrətli Əkbər şah, öz filosof və rəssamları, əsgər və fahişələri ilə 16-cı əsrin möhtəşəm Florensiyası, dövrünün parlaq zəkası olan Nikkolo Makiavelli və böyük coğrafi kəşflər. Hər bir hissəsi tarixin və müəyyən hekayənin bir çalarını özündə ehtiva edən bax belə bir ecazkar mozaika parçası kimi qarşımıza gətirilib qoyulub. Tapmacanı tapmaq, tarixdən zövq almaq və keçmişi bu günə daşımaq, fantastik bir şey kimi səslənsə də, əslində tayı bərabəri olmayan zəngin təxəyyül sahibi yazıçının mümkün edə bildiyi ən adi şeylərdən biridir.

Həyatımı dəyişən 5 kitab

Image