Posts

Ərazi - Территория

Image
''Ərazi'' elə bir yerdir ki, orada insanlar şəxsiyyətlərinə görə sınağa çəkilirlər. ''Ərazi'' şaxtalı tundra ilə Şimal Buzlu Okeanının qovuşduğu əsrarəngiz yerdir. Rəhmsiz Rusiya şimalına meydan oxumağa hamının cəsarəti çatmaz. Geoloq İlya Çinkov ''Ərazi''-də qızıl tapmaq ideyasını reallaşdırmaq üçün sahib olduğu bütün gücünü sərf etməyə hazırdır. 

Tapıntı - Находка

Image
Trofim Rusanov balıq nəzarətçisidir. O, insanları ''oğru və əclaf'' adlandırır. O, nəzarət edir ki, insanlar çaydakı balıqları qanunsuz və icazəsiz ovlamasınlar. Trofim özünü ''qanun'' adlandırır. Günlərin bir günü iş başında olarkən o, təbiətin qoynunda istirahət edən bir qrupu yaxalayır. Onlarla yaşadığı münaqaişə nəticəsində yaşayış məskənindən uzaqda, qarlı şaxtalı meşədə ilişib qalır. Tayqada rastlaşdığı "tapıntı" və başına gələn hadisə, onun həyata olan yanaşmasını başdan ayağa dəyişir...

Öz xəstəliyini sev!

Image
Bir yoldaşın məsləhəti ilə tanış olduğum "Öz xəstəliyini sev" kitabı, düşünmürdüm ki, son zamanlarda oxuduğum ən faydalı və təsirli kitablardan olacaq. Kitab bizə xəstəliklərimizin, başqa sözlə formalaşmış reallığımızın əsl, real mahiyyətini izah etməyə çalışır. Əlbəttə mən bənzər mövzulu müxtəlif kitabları görmüşəm və oxumuşam (məs. Luiza Hey - Düşüncə gücüylə müalicə). Valeriy Sinelnikovun rus elminin və cəmiyyətinin nümayəndəsi kimi Avropa və Amerika ədəbiyyatlarının əksəriyyətindən faydalandığı aşkardır, lakin müəllifin təhkiyə üsulu, nəqletmə bacarıqları, pedaqoji istedadı mənim üçün olduqca canayaxın tərzdədir. Əsl elm insanının, yazıçının və ya ümumiyyətlə digər insanlara nə isə çatdırmaq istəyənlərin həqiqi gücü də məhz bu yerdə özünü göstərir: auditoriya ilə zərif info-energetik fəzada əlaqənin yaradılması. Əgər qarşımızda dayanan şəxs nə isə izah etməyə çalışırsa və gözləyirsə ki, biz onu başa düşək və dərk edək, o, bilməlidir ki, bizim nəyisə başa düşməməyimizin ...

Haruki Murakami - Qoyun ovu (2-ci hissə)

Image
Haruki Murakami - A Wild Sheep Chase  Харуки Мураками -  Охота на овец "Qoyun ovu" haqda xatirələrimi beynimdə çək-çevir edirdim ki, Murakaminin bəzi hekayələrini xatırladım. Məsələn "Rəqs edən cırtdan". Vaxtilə olduqca yüksək təəssüratlar yaratsa da, Murakami roman ustadıdır deyə öz-özümə düşünməyə davam etdim. O, nə qədər böyük həcmdə yazırsa, bir o qədər o möcüzəli dünyanın mənzərəsini rəngarəng təsvir edir. Bu mövzuya oxşar bir fikri Xulio Kortazar da qeyd edib: Roman həmişə xal hesabı ilə qalib olur, amma hekayə nokaut ilə qələbə qazanmalıdır.  

Haruki Murakami - Qoyun ovu (1-ci hissə)

Image
Haruki Murakami - A Wild Sheep Chase  Харуки Мураками -  Охота на овец 1995-ci il, Prinston, Nyu Cersi.  Haruki Murakami Universitetdə mühazirə oxuyur. Dünyanın ən qeyri-yapon yaponunu dinləmək üçün çoxlu tələbələr - filoloqlar, ədəbiyyatşünaslar, digər ixtisasların tələbələri, digər universitetlərdən və hətta digər ştatlardan gələnlər də var. necə deyərlər iinə atsan yerə düşməz. Yazıçı ana dillilərdən fərqli olaraq ingilis dilində bir qədər asta danışır. Buna baxmayaraq yapon dilində olduğu kimi ingilis dilində də sözləri dəqiqliklə seçir. Nəticədə nitq çox dolğun və ətraflı alınır. Sualların vaxtı gəlib çatır. Kimsə yazıçının süjetin üzərində necə çalışdığı haqda, kimsə də müasir yapon ədəbiyyatında olan tendensiyalar haqda maraqlanır. Sual verənlərdən üçüncüsü isə iti baxışlı və kəskin jestli qız olur:  - Cənab Murakami. doğrudur ki... - ani fasilə yaranır. - Bu doğrudur ki, sizin qoyun patriarxal nizam-intizamda formalaşan sosiumumuzun ibtidai feminis...

"Sağ qalmış", yoxsa hiperrealizm iyrəncliyi?

Image
Qarşımızda 19-cu ərsin əvvəlləridi. Bir çox Amerika və Avropa şirkətləri kürk satışı ilə varlanmaq istəyir. Bu məqsədlə bir çox ekspedisiyalar təşkil olunur. Belə ekspedisiyalardan birinə də Hyu Qlass bələdçilik edir. Lakin onun başına bədbəxt hadisə gəlir. Meşədə ayının hücumuna məruz qalan Qlass, heyət tərəfindən sağ ikən ölü kimi qəbul olunmağa başlanır. Bu azmış kimi, Qlassın həyatında ikinci bədbəxt hadisə də baş verir. Qlassı qətlə yetirmək istəyən Fitzcerald onun oğlunu öldürür. Qisas almaq üçün mütləq sağ qalmalı olan Qlass üçün əsl mübarizəsi başlayır. 

Şolom-Aleyxem - Südçü Tevye

Image
 Шолом-Алейхем -  Тевье-молочник  Yəhudi südçü Tevyenin həm kədərli, həm də məzəli, lakin olduqca müdrik hekayələri demək olar ki, bütün dünyanı fəth etmiş və təşrif buyurduğu yerdə oxucuların rəğbətini qazanıb. Əsər dəfələrlə müxtəlif dillərə tərcümə olunub və ekranlaşdırılıb. A.V. Lunaçarskiy yazır: Şolom-Aleyxem gülüş ustadıdır. O, millətin ən köklü dərdlərini gülüşlə üzə çıxarır.