Posts

The Grey

Image
The Grey - Təyyarə qəzasından sonra sağ qalan heyət, amansız canavarlarla ölüm-dirim mübarizəsi aparmalı olur. Ümidlərini itirməyərək naməlum istiqamətə hərəkət etsələr də, qəddar canavarların ovlanma ərazisində sağ qalmaq heç də asan iş deyil. Olduqca güclü düşmənin əhatəsində qorxuya məğlub olmamaq iradə üçün əsl imtahandır. Bu iradə imtahanında təbiətin hansı övladı - insanlar, yoxsa canavarlar qalib gələcək?

Looper

Image
2074-cü ildə mafiyalar cinayət əməllərini ört-basdır etmək üçün tam başqa üsullardan istifadə edirlər. Elm bu məsələdə onlara yaxından kömək edir. Zamanda səyahət artıq kəşf olunub, lakin bu olduqca bahalı bir "xidmət" olduğuna görə bunu  sadəcə imkanlı mafiyalar icazə verə bilirlər. Luperlər isə bu "təmizlik" işini icra edən işçi qismində fəaliyyət göstərən şəxslərdir.

Riçard Bax - Conatan Livinqston adlı qağayı - Richard Bach - Jonathan Livingston Seagull

Image
  Səhər  аçıldı, sübh günəşinin qızılı  şüalаrı sаkit dənizin xəfif ləpələrində bərq vurdu. Sаhildən bir mil аrаlı bаlıqçı gəmisində tоra yem qoyub suya аtdılаr, bu хəbər bir göz qırpımındа səhər yеməyini gözləyən dəstəyə çаtdı, minlərlə qаğаyı hiylənin, gücün hesabına yеm qırıntılаrı  əldə  еtmək üçün gəmiyə tərəf uçdu. Dаhа bir gün yaşam hаqqını qаzаndı. Bu zaman Cоnаtаn Livinqstоn  аdlı qаğаyı hаmıdаn аrаlanıb, bаlıqçı gəmisindən, sаhildən uzаqdа tənhа məşq uçuşlаrını bаşа çаtdırdı…Cоnаtаn yüz fut yüksəklikdə pərdəli cаynаqlаrını aşağı burахdı, dimdiyini qаldırdı, qövs kimi qаtlаnmış qаnаdlаrını irəli vеrdi, dözülməz  аğrıyа mətanətlə tаb gətirərək axıradək bu vəziyyətdə sахlаmаğа cəhd еtdi.

The Runner - Беглец

Image
Konqresmen Kolin Prayz iki şeyə dəhşətli dərəcədə aludədir: siyasətə və qadınlara. Britaniya Neft Şirkətinin (BP) məsuliyyət daşıdığı Meksika Körfəzindəki faciədən sonra Kolinin həyatı başdan ayağa dəyişir. Şəxsi həyatı ictimailəşir və uğursuzluq dalğasına məruz qalır. Başına gələn seksual skandal sadəcə karyerasını deyil bütünlüklə həyatını təhlükə altına atır. Çətin anlarda da siyasətçilərin ən yaxın dostu yalan olur. Karyera, sevgi, vicdan və şəxsiyyət məsələlərini əhatə edən "The Runner" baş rolda Nikolas Keycin möhtəşəm ifası ilə maraqlı mövzulara toxunur və cəmiyyətimizə bir daha kənardan baxıb düşüncələrə dalmağa dəvət edir. 

Haruki Murakami - Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri

Image
Haruki Murakami -  Colorless Tsukuru Tazaki and His Years of Pilgrimage O, hələ çox gənc idi və ətrafında baş verənlər haqqında tam təsəvvürə malik deyildi. Tokionun daş cəngəllikləri onun əvvəllər yaşadığı mühitdən də çox fərqlənirdi. O dərəcədə çox fərqlənirdi ki, daxili dünyası ilə yaşadığı dünya arasındakı balansı qorumaqda çətinlik çəkirdi. Onun, Tsukuru Tazakinin, nə vaxtsa güvəndiyi və tam ideal münasibətdə olduğu dörd dostu olub. Lakin günlərin bir günü Tsukuru Tazaki üçün bir-biriləri ilə sirlərini bölüşdükləri o dünya  əlçatmaz bir yerə çevrilir. Həmin andan etibarən Tsukuru ancaq və ancaq məhv olmaq haqqında düşündü. Yetkin insana çevrildikdən sonra isə keçmişi ilə hesablaşmaq qərarına gəldi. Ən əsası isə onu demək lazımdır ki, biz bəzən yuxular, xəyallar və reallıq arasındakı sərhədi pozuruq və bunu edərkən heç də həmişə şüurumuzla hərəkət etmirik. 

The Wrestler

Image
Rendi Robinson 80-ci illərin parlaq ulduzudur, lakin yaşlaşandan sonra məşhurluğunun boz oxşarına çevrilib. Sağlamlığı ilə əlaqədar yaranan problemlərdən sonra o, həkimlərdən xoş olmayan xəbər eşidir: əgər döyüşlərə davam etsə, həyatını itirə bilər. Yeni həyata başlamağa cəhd edən Rendi, qızı ilə olan münasibətlərini də yoluna qoya bilmir. Əsl təbiətinə qarşı çıxa bilməyəcəyini başa düşəndən sonra isə son döyüşünə çıxır...

The Machinist - Машинист

Image
Trevor Reznik artıq bir ildir ki yatmır. Skeletə çevrilən Trevor reallıqla yuxu arasında ilişib qalıb. O, özünü müxtəlif qorxulu hadisələrin içində tapır. Tanımadığı insanlar və naməlum hadisələr müəmmalı formada həyatında kəsişir. Onun üçün sadəcə bir rəng - boz rəng mövcuddur.