Posts

Ex Machina - Из машины

Image
Süjetin mərkəzində alim və milyarder Neyman tərəfindən bir həftəlik Türinq testini icra etmək üçün dəvət olunmuş gənc proramçıdır. Kaleb adlı bu gənc Ava adlı süni intellektə sahib robotu sınaqdan keçirməlidir. Halbuki heç də hər şey gözlənilən kimi olmur... Ex Machina sadə süjet xətli, lakin olduqca maraqlı fəlsəfi suala - insanı insan edən nədir? - malik elmi-fantastik filmdir. Ridli Skotun "Blade runner" və Stiven Spilberqin "Aİ" əsərlərindən fərqli olaraq "Ex Machine" bizə sadəcə vizual nümunə vermir. Ümumiyyətlə artıq sadəcə xüsusi effektlərlə işləməyin dəbi deyil. Hər zaman elə bir izləyici kütləsi vardır ki, onlar sadəcə gözlərini işlədirlər. Eyni zamanda elə bir kütlə də vardır ki, onlar üçün sadəcə vizual görünüş kifayət etmir. "Ex Machine" məhz ikinci növ izləyici kütləsi üçün nəzərdə tutulmuşdur. Bir məqamı da xüsusiylə vurğulamaq lazımdır ki, filmi izləyərkən məşhur ABŞ-lı elmi-fantastika yazıçısı Ayzek Azimovu xatırlamamaq mümkün...

Aleksandr Belyayev - Atlantidalı sonuncu insan

Image
Александр Беляев - Последний человек из Атлантиды Annotasiya: Atlantida. O çox varlıdır. Güclüdür. Müqəddəsdir. Hökmdarlar qüdrətlərini nümayiş etdirən qonaqlıqlar hazırlayırlar. Qullar inqilaba hazırlaşır, kahinlər isə ulduzların niyə həmişəki yerində olmadıqlarını başa düşə bilmirlər. Qədim və güclü sivilizasiyanın aqibətini təbiət özü qərarlaşdıracaq.  Tarixçə: Aleksandr Belyayevin ilk əsərlərindən olan "Atlantidalı sonuncu insan", 1925-ci ildə "Ümumdünya izçi" jurnalının beş və səkkizinci saylarında nəşr olunmuşdur. 1927-ci ildə yazıçı əsəri "Ölü gəmilər adası" romanı ilə birlikdə kitab formasında nəşr etdirir. Lakin bundan sonra bir xeyli müddət ərzində "Atlantidalı son insan" əsəri xatırlanmır. 1957-ci ildə ilsə isə "Bilik - gücdür" jurnalı ixtisarlı formada əsəri öz səhifələrindən yenidən işıqlandıraraq unudulmağa qoymur.

Oldboy

Image
Gül və bütün dünya səninlə birlikdə güləcək. Ağla və sən tənhalıqda ağlayacaqsan. - Смейся, и весь мир будет смеяться вместе с тобой. Заплачь — и ты заплачешь в одиночестве

Aleksandr Belyayev - Dünyanın hökmdarı

Image
Александр Беляев - Властелин мира Gənc alim Ştirner canlıların b eynini və düşüncənin uzağa ötürülməsini araşdırır. Elmi araşdırmaları ilə əlaqədar Ştirner nəhəng bankir Karl Qotlibə müraciət edir. Onun təcrübələri Qotlibin üzərində böyük təəssüratlar yaradır və zaman keçdikcə canlıların üzərindəki çoxsayılı təcrübələr nəticəsini verir. Zamanla Ştirner sadəcə sadə katib olmaqdan daha artığını tələb etməyə başlayır və Karl Qotlibə qarşı münasibətləri dəyişir. Onda çox qorxulu məqsədlər yaranır - dünyanın hakimi olmaq, sevgini və hər kəsi idarə etmək, dünyaya öz qanunlarını diktə etmək. Hakimiyyət isə mütləq şəkildə onu əldə edənlərin şəxsiyyətini dəyişdirir. 

Tanrının şəhəri - City of God

Image
"Tanrının şəhəri" filmi Rio-de-Janeyro şəhərinin yoxsul məhəllələrində 30 il müddətində baş verən qanlı hadisələri əhatə edir. Biz bütün bu hadisələri "Raket" adlı dürüst və kiçik qanun pozuntuları arasında gedib gələn gəncin gözündən görürük. Onun həmyaşıdları artıq qanqsterə çevrilsələr də, o, düzgün yolla həyatını yaşamaq istəyir. Onun bu isytəyinə qarşı "Tanrının şəhəri" necə cavab verəcək? Axı, tanrının şəhərində hər şey yaxşı olmalı idi, yoxsa tanrı bu şəhəri unudub?

Aleksandr Belyayev - Amfibiya adam

Image
Александром Беляев -  Человек-амфибия "Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan  İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir.  ...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza...

Robert Haynlayn - Ay sərt sahibədir

Image
Orijinal adı:  Robert A. Heinlein - The Moon is a Harsh Mistress Rus dilində:  Роберт Хайнлайн - Восставшая Луна Robert Enson Haynlayn (1907-1988) ABŞ fantastikasının patriarxı hesab olunur. O, dövrünü qabaqlayan bir çox ideyaların müəllifi olmuş və bir çox nüfuzlu mükafatlara layiq bilinmişdir. İdeya zənginliyi, obrazların qeyri-standarlılığı, canlı və iti dil, baş verənlərə oxucunu inandırmaq bacarığı, yazıçının ən əsas xüsusiyyətlərindəndir. Onun bir çox əsərləri ekranlaşdırılmışdır. Dörd dəfə Hüqo mükafatına layiq görülmüşdür. Fantastik ədəbiyyat sahəsindəki nəaliyyətlərinə görə isə bir neçə dəfə "Nebula" mükafatını qazanmışdır.