Posts

Kuklalar - Dolls - Куклы

Image
Kukla nədir? İnsanın müxtəlif tamaşaları göstərmək üçün istifadə etdiyi və özü hazırladığı alətdir. Kukla insan tərəfindən idarə oluna bilir. Yəni müstəqil deyil. Aslıdır. Bəs insan kukla vəziyyətinə düşə bilər? Düşə bilərmiş. Filmin məqsədi də bunu göstərməkdir. Acı taleyin kuklaları. Tamaşada rollarını oynayıb daha sonra digər kuklaların saxlandığı yerə qoyuldular. Nə idi bu tamaşanın məqsədi? Kuklaları oynadan nəyi göstərmək,çatdırmaq istəyrdi? Bilinmir...Özünü çox xoşbəxt insan olaraq da hiss edən insanlar da kukladırlar? Yəqin ki. Böyük bir tamaşa oynanılır. İzləyicilər necə? Bəyənirlər bu tamaşanı? O da bilinmir. Bilinməyən çox olsa da bilinən odur ki, əzab çəkənlər var. Həmişə də olacaqlar. Olmaması üçü insan insanlığını itirməlidir. Çünkü bəzi şeylər sadəcə olmalıdır (Fatalizm).  Aktyor performansı və filmin çəkiliş prinsipləri Asiya qitəsinə, daha doğrusu Yopaniyaya xarakterikdir və odur ki, qeyri-adi nə isə yenilik gözləmək və ya Yapon filmləri arasında ciddi fərqlən...

Ловцы забытых голосов - Hoshi o ou kodomo

Image
Hər millətin,sivilizasiyanın paralel dünyalar və ölümdən sonrakı həyat haqqında müəyyən qədər təsəvvürləri var. Dastanlar,əfsanələr,rəvayətlər və nağıllar bizə bunu deməyə əsas verir. Əlbəttə fərdlərin bu mövzular ətrafında düşüncələrini, təsəvvürlərini bilmək yaxşı bir şey olsa da bu heç də həmişə mümkün olmur. Fərdlər də müəyyən mədəniyyətlərin yetişdirmələri olduqlarından onların da fikirləri,düşüncələri maraqlıdır.  Yaponların xüsusiylə anime sahəsində zəngin təcrübələri var. Minlərlə animelər olsa da, mən yenicə baxdığım Makato Sinkayın – Unudulmuş Səs Ovçuları animesini bəyəndim. Makato Sinkay anime sahəsdə kifayət qədər tanınan birisidir. Mövzusu tamamilə nağılvari olsa da və ciddi mənası olmasa da xoşuma gələn ən əsas cəhəti, insanın istəkləri arxasınca bu qədər uzaqlara gedə biləcəyinin təsviridir. Mənə görə animenn kuliminasiya nöqtəsi Marisakinin qurbanlar vermə epizodudur. Arvadını o dünyadan geri gətirmək üçün Allahın gəmisini qarşısında şagirdini qurban verən müəl...

Haruki Murakami - Norwegian Wood - Norveç Meşəsi

Image
Elə mövzular, hadisələr var ki, onları yaşamasan onlar haqqında oxuyub başa düşə bilməzsən. Bu filmlərə də aiddir. Həyatı boyunca əyləncə, kef və s. görən insan həyatın mənasını, sevdiyini itirmək, ruhi xaos vəziyyətində olmağı başa düşə bilməz.... Kitabın yazarı 20 – inci əsrin böyük Yapon yazıçıları sırasındadır. Xüsusiylə ABŞ və Avropa ölkələrində geniş oxucu kütləsinə malikdir. Başqa əsərlərini oxumasam da, bu əsərini “ağır” əsər olaraq adlandırardım. Həssas insan deyiləm amma çox qəribə təsir elədiyini deyə bilərəm.  Romanın mövzusu 1960 – ci illərin sonlarında Tokyoda universitetdə oxuyan, bir az özünə inamı olmayan bir az da asosyal və bir az da özünü loser kimi hiss edən Toru Watanabın hekayəsidir.  Watanab uşaqlığını bir digər dostu olan Kidzuki və bir də Nauko adlı qızla keçirmişdir. Kidzukinin intiharından sonra Watanab Tokyoya gəlir və Nauko və universitetdə rastlaşdığı Midori ilə məhəbbət üçbucağı yaşayır. Romanın baş qəhrəmanı Watanab musiqiyə, ədəbiyyata, iç...

Milan Kundera - Varolmanın Dayanılmaz Hafifliği - The Unbearable Lightness of Being

Image
"Şəhvət ehtirasdır, sevgi isə şəfqətdir. Şəhvət arzudur, sevgi isə arzusuzluqdur. Şəhvət acgözlükdür, sevgi isə paylaşmaqdır. Şəhvət başqasını bir vasitə olaraq istifadə edər, sevgi isə digərinə öz içində bir məqsəd olaraq hörmət edər. Şəhvət səni yer üzünə, palçığa bağlı saxlayar və əsla bir su zanbağı halına gələ bilməzsən. Sevgi səni bir su zanbağı edər. Sən ehtirasın, hirsin, acgözlüyün palçıqlı dünyasının üzərində yüksəlməyə başlayarsan. Sevgi enerjilərin çevrilməsidir. Filmi bir neçə başlıqaltında analiz edək: Xilas:  Thomas və Sabina cəhənnəmdə yaşayırlar. Onlar həqiqi sevgini hiss etməmiş, yaşamamışlar. Heç xilas da olmaq istəmədilər. Thomas bəlkə də məcburiyyətdən, Sabinanın çıxıb gedməsindən sonra tək qaldı amma Sabinanın özü xilas olmaq yolunun seçmədi. Bəli. Bizim qarşımızda seçimlər var. Tereza Thomasın, Franz isə Sabinanın xilaskarıdır.  Sevgi:  Xilaskarların arxa fonunda sevgidir. Dəyişmək olardı brat amma istəmədin. Qorxdun da. Amma normaldı onu da d...

Le Jouet - Oyuncaq - Игрушка

Image
Oyuncaq filmi. Yəqin ki, bu o filmlərdəndir ki, proqramda və ya anonslarda görəndə yenə də baxmaq istəyirsən. Fransa öz filmləri ilə o qədər də məşhur olmasa da mən Pyer Rişardın iştirak etdiyi filmləri Hollywood filmlərindən üstün tuturam. 1976 ci ildə çəkilən amma vaxt keçdikcə dəyəri daha da artan filmlərdəndir. 19 yaşım var və demək olar ki hər yaşımda bu filmə baxmışam. Təxmini 20 dəfə deyək. Hər dəfə də müxtəlif mənalar verib mənə. Uşaq vaxtı baxarkən sadəcə əyləncə, 10 – 18 yaşlarında da müxtəlif suallar kimi. Azərbaycan TV kanallarında da məşhur filmidir. Çoxunuz yəqin ki, baxmısınız bu filmə. Çingiz Abdullayevin belə bir çox gözəl fikri var: Əgər həyatda bədbəxtlər varsa, eyni zamanda xoşbəxtlər də var. Əgər qullar varsa, quldarlar də var. Əgər zəiflər varsa güclülər də olmalıdır. Hər şeyi insanın iradəsi, onun məqsədə çatma istəyi və xarakteri müəyyənləşdirir.  Xarakter isə şəxsiyyətin əsasıdır. Xaraktersiz həyatda heç bir şey əldə etmək olmaz. (Qanın üç rəngi romanı...

Enşteyndən 10 dərs

Image
1. Marağınızı izləyin  - Mənim xüsusi bacarığım yoxdur. Mən sadəcə ehtiraslı dərəcədə maraqlıyam. 2. Mətanət qiymətsizdir  - Bu o demək deyil ki, mən çox ağıllıyam. Bu o deməkdir ki, mən sadəcə problemlərlə     çox məşğul oluram 3. İndiki ana fokuslanın  - Gözəl bir qızı öpən və bununla da ehtiyatla maşın sürən sürücü həmin an öpüşə lazımi diqqəti verə bilmir. 4. Təsəvvür güclüdür  - Təsəvvür hər şeydir. O gələcək həyatımızın öncəbaxışıdır. Təsəvvür bilgidən önəmlidir.  5. Səhvlər edin  - Heç vaxt səhv etməmiş insan heç vaxt yeni bir şey etməyə can atmayandır. 6. Anda yaşayın  - Mən heç vaxt gələcək haqqında fikirləşməmişəm. Get- tez gələcək onsuz da. 7. Dəyər yaradın  - Uğurlu olmaq üçün deyil, dəyərli olmaq üçün çalışın. 8. Təkrarcı omayın  - Dəlilik nədir? Eyni şeyləri edib müxtəlif nəticələr gözləməkdir. 9. Bilik təcrübədən yaranır  - Məlumat elm,savad deyildir. Savadın yeganə mənbəyi təcrübədir. 10. qay...

Küçələrə Su Səpmişəm

Image
Film mənə çox təsir etdi. Kədərləndirdi,düşündürdü,məyus etdi. Həyatımız kiçik – kiçik anlardan,saniyələr və mikrosaniyələrdən ibarətdir, elə deyilmi? Təsəvvür edin ki, bir anda anidən hər şey dəyişə bilər. Hər şey! Daha heç nə əvvəlki kimi olmuyacaq. Dəhşətli vəziyyətdir. Axı sənin arzuların, sevdiklərin var idi, xəyallar qurmuşdun, ümidlə və inamla gələcəyin haqqında düşünürdün. Sən gənc və idealist idin. Bir an, o qəddar an isə sənin başına bunları gətirdi. Sənə qarşı vicdansızlıq edildi. Sən tək buraxıldın, haqsızlığa uğradın. Bir-iki nəfərdən başqa sənə inanan olmadı. Allaha dedin. Dedin ki, bəs sən bilirsən axı mən günhsızam amma səs gəlmədi həmişəki kimi. Amma sən yenə də onu illər sonra evinə buraxdın. Çalışdın. Çox çalışdın və hətta müəyyən qədər də bacardın ki, ona qarşı kin bəsləməyəsən. Axı bu insan həyatında ən vacib məsələlərdəndir: sevdiklərini xoşbəxt görmək. Onu xoşbəxt etmək üçün də özünü fəda etdin. Bax beləcə bir ömür keçdi. Bəlkə də dözməzdin amma o olmasaydı. Hə...