Wednesday, 29 October 2014

Amerikalının ermənistandakı inanılmaz maceraları - Lost and found in armenia - Невероятные приключения американца в Армении

Sakitcə gündəmdə izləməyə nəyin olduğuna baxırdım ki, "Lost and found in armenia" (Невероятные приключения американца в армении) adlı filmə rast gəldim. Filmin təqdimatı isə belə idi: Günəşli Türkiyə sahillərində amerikalılar qayğısızcasına əylənirdilər. Onlardan biri isə bədbəxt sevginin fəsadlarını yaşayırdı. Nə gözəl qızlar, nə dəniz, nə də dostlar ona həyat eşqini qaytara bilmirdi. Anidən "xəfif külək" onun türk-azərbaycanlı cəsus kimi qəbul edildiyi dağlıq erməni kəndinə aparır. Burda insanlar onunla bilinməyən dildə danışırlar və ona qarşı çox qəddardırlar. Bu yazıq və özündənrazı amerikalı bir gün əvvəl heç ağlına da gətirə bilməzdi ki, onu atışmalarla, təqiblərlə, romantika və bir çox digər maceralarla zəngin gün gözləyir.

Sunday, 26 October 2014

Uilyam Qoldinq - Milçəklər Kralı - Уильям Голдинг - Повелитель мух - William Golding - Lord of the Flies .

Vəhşini vur! Boğazını üz! Qanını tök!

Müharibə gedir. Məktəbli uşaqları evakuasiya edərək aparan təyyarə kimsəsiz adada qəzaya düşür. Beləliklə 20-ci əsr ingilis ədəbiyyatının ən güclü və özünəməxsus əsərlərindən birisi başlayır "Milçəklər kralı". Uilyam Qoldinqin ən gözəl əsərlərindən biri. Qara robinzonada və daihyənə fəlsəfi pritça. 

Ada. Mavi laqun. Uşaqlar. Cənnət? Kimsəsiz ada. Toxunulmamış okean. Böyüklərin nəzarətinin olmadığı uşaqlar və onların yaratdığı cəmiyyət. İnqilab. Qan. Ölüm. 

Saturday, 25 October 2014

Mingür Rinpoçe - Budda, beyin və neyrofiziologiya. Həyatı yaxşılığa doğru necə dəyişək. - Йонге Мингьюр Ринпоче - Будда, мозг и нейрофизиология счастья. Как изменить жизнь к лучшему

Budda deyir: Necə ki, qızılı əridib, döyüb və kəsib keyfiyyətini yoxlayırlar, müdrik rahib də mənim təlimlərimi yoxlamalıdır. Mənim təlimlərimi necə lazımdırsa elə də öyrənin, təhlil edib başa düşün. Heç vaxt onları inanc kimi qəbul edib, kor-koranə qəbul etməyin.

Məşhur Tibet ustadı Mingür Rinpoçe bu kitabı ilə müasir elmin nəaliyyətləri və buddizm fəlsəfəsini birləşdirərək, meditasiya vasitəsilə daha xoşbəxt yaşamaq haqqında inanılmaz dərəcədə praktiki və gözəl məsləhətlər verir. Mingür Rinpoçe şəxsən Dalay Lama tərəfindən, Veysman universitetinin neyrofiziologiya və beyin funksionallığı laboratoriyasında aparılan təcrübələrdə iştirak etmək üçün seçilmişdi. Təcrübələrin nəticələri inanılmaz idi: təcrübə ərzində beynin xoşbəxtliyə cavab verən neyroloji hissələrində neyron aktivliyi 700-800 faiz artmışdı. 

Thursday, 23 October 2014

3 İdiots

İki dost itirdikləri üçüncü dostu tapmaq üçün səyahətə çıxmalı olurlar. Bu macerada onlar çoxdankı hadisələri xatırlamalı, toy dağıtmalı və yas mərasimində iştirak etməli olurlar. Bütün bunlarla yanaşı ən əsas səyahət xatirələrə olan səyhətdir. Bu xatirələrin ən parlaq ulduzu Rançodur. Ranço onların həyatına anidən daxil olaraq həyatlarını dəyişdirən şəxsdir. Onlar tələbə yataqxanasındakı dövrlərini xatırlamağa başlayırlar: Rançonun Pia adlı qıza olan sevgisini və Viru adlı diktator-rektor olan mübarizəsini və s. 

Sunday, 12 October 2014

Frenk - Frank

Sizi elə bir dostluğun şahidi olmağınızı istəyirəm ki, bu dostluq tamamilə səmimidir. Bu dostluqda heç bir təmənna yoxdur. Heç bir gözləntidən söhbət belə gedə bilməz. Məhz buna görə də bu dostluq üçün yaradıcıllığın qapısı açıqdır. Bu dostluqda çox fərqli musiqi yaranır. Musiqi onların ortaq dəyəri, onları birləşdirən ən əsas amildir. Onların birlikdə yaratdığı eksentrik pop qrupa sirli və əsrarəngiz Frenk başçılıq edir.

Frenk deyir ki, ətrafımızda baş verən hər bir şey haqqında mahnı oxumaq olar. Frenki Frenk edən onun qeyri-adi musiqi duyumudur. Frenkin qrupu məşhurluq üçün oxumur. Onlar musiqini qəlbən sevir və qəlbən də yaradırlar. 

Saturday, 11 October 2014

Aleksandr Belyaev - Sifətini itirmiş insan - Александр Беляев - Человек, потерявший лицо

Tonio Presta möhtəşəm sənətkar (aktyor) olsa da, xarici görünüş baxımından kifirdir. Bu insan dahidir, lakin təlxək bədəni ilə yaşamağa və cəmiyyəti güldürərək həyatını qazanmağa məhkumdur. Ümumiyyələ insanın kifir sifətə və bədənə məhkum olaraq yaşamağı haqsızlıq deyilmi? Bu suala cavab həkim Sorokindədir. Hipofiz vəzi möcüzələr yarada bilər. İnsan bədəni axar çay kimidir. Müəyyən müddətdən sonra eyni görünsə də, bizim bədənimiz həmin bədən deyil. Bu elm və fəlsəfə ilə tanış olduqdan sonra Tonio Prestada ümid yaranır. Həyatını yaraşıqlı insan kimi yaşamaq arzusunu gerçəkləşdirmək üçün hərəkətə keçir. Lakin Tonio Presta unudur ki, yeni xarici görünüş eyni zamanda yeni şəxsiyyət və onun özüylə gətirdiyi yeni xüsusiyyətlərdir. Gəlin daha ətraflı təhlil edək.

Friday, 10 October 2014

Təhlükəli münasibətlər - Опасные связи

"...Əgər bu sevgi deyilsə, o zaman deməli sevgi heç mövcud deyil. Siz bunu inkar etsəz də, nəticələr bunu əksini sübut edir.."

20-ci əsrin 30-cu illəri. Köhnə sevgi tərəfləri Şanyaxyda görüşürlər və bir-birilərini qəribə intriqaya cəlb edirlər. Məqsəd günahsız insanları öz oyunlarına cəlb ederək şəxsi məqsədlərinə çatmaqdır. Lakin heç də hər şey plana uyğun getmir.  

Film yazıçı Şoderlo Del Laklonun məşhur romanının ekranizasiyasıdır və nədənsə rejissorların diqqətinə səbəb olmuşdur. Əsərin müxtəlif zaman periodlarını əhatə edən ekranizasiyaları mövcuddur. Məsələn, 18-ci əsri, 20-ci əsrin 60-cı illəri və s. Bu filmdə isə hadisələr 30-cu illərdə baş verir. Özü də Şanxayda. 

Tuesday, 7 October 2014

Oşo - Qəlbin musiqisi -Ошо - Музыка души

Əgər siz səhər tezdən günəşin çıxmağını görürsünüzsə və onu səssizcə izləyərək daxilinizdə də günəş doğursa, bu ibadətdir. Əgər səmada quş süzürsə və siz onu izləyəndə bütün ayrılıqları unudursunuzsa, bu ibadətdir. Harda ki, bütün bölgülər məhv olur, orada ibadət yaranır. Kainatla, bütün varlıqla bütünləşdikdə, siz ibadət edirsiniz.

Bu kitabında Oşo ibadət haqqında söhbət açır. O, qeyd edir ki, ibadət hər hansısa məcburiyyət və ya vəzifə deyil. O ürəkdən gəlməlidir. Kim ki ibadəti məcburi olaraq icra edirsə, o insanı azad insan hesab etmək olmaz. Qoy ibdət qeyri-formal bir şey olsun: qoy o sizin qəlbinizin dərinliklərindən gəlsin. Onu hər səhər mütləq icra etmək şərt deyil. O halda o ibadət olmur. Əsl ibadət həyat tərzidir, fasiləsizdir. 

Friday, 3 October 2014

Aleksandr Belyaev - Hoyti-Toyti - Александр Беляев - Хойти-Тойти

Berlin. Buş sirkində oxumağı və saymağı bacaran fil çıxış edir. Bir gün fil əhliləşdiricisinə qarşı əsəbiləşir və sirki tərk edir. Polis onu öldürməyə hazırdır, lakin SSRİ-dən müdaxilə olunur və professor Vaqner Xoyti-Toyti ilə görüşmək üçün Almaniyaya gəlir. İnanılmaz faktlar ortaya çıxır. Ümidlər geri qayıdır. Bu inanılmazdı, amma realdı. Fil Hoyti-Toytidə insan beyni var. Çox maraqlıdır indi o fildi, yoxsa insan?


Görəsən sadəcə insan bədəninə malik olmaq insan olmaq deməkdirmi? İnsanı insan edən xüsusiyyətlər əgər dərinliklərə basdırılıbsa, məncə həmin varlığa insan demək düzgün deyil. Bunu əsərin özü də açıq-aydın sübut etdi.