Amerikalının ermənistandakı inanılmaz maceraları - Lost and found in armenia - Невероятные приключения американца в Армении

Sakitcə gündəmdə izləməyə nəyin olduğuna baxırdım ki, "Lost and found in armenia" ( Невероятные приключения американца в армении ) adlı filmə rast gəldim. Filmin təqdimatı isə belə idi: Günəşli Türkiyə sahillərində amerikalılar qayğısızcasına əylənirdilər. Onlardan biri isə bədbəxt sevginin fəsadlarını yaşayırdı. Nə gözəl qızlar, nə dəniz, nə də dostlar ona həyat eşqini qaytara bilmirdi. Anidən "xəfif külək" onun türk-azərbaycanlı cəsus kimi qəbul edildiyi dağlıq erməni kəndinə aparır. Burda insanlar onunla bilinməyən dildə danışırlar və ona qarşı çox qəddardırlar. Bu yazıq və özündənrazı amerikalı bir gün əvvəl heç ağlına da gətirə bilməzdi ki, onu atışmalarla, təqiblərlə, romantika və bir çox digər maceralarla zəngin gün gözləyir.