Stiven Kinq - Mobil - Мобильник - Cep - Cell

Dünya şöhrətli yazıçı Stiven Kinqin oxuduğum ilk kitabı haqqında yazıram. Kitabları əsasında çəkilmiş filmlərə baxsam da, indiyə qədər heç bir kitabını oxumamışdım. “Mobil” romanı haqqında məlumat topladıqdan sonra maraqlı olacağını düşündüm və qərar verdim ki, bu kitabı oxumalıyam. Müəyyən mənada isə buna peşman oldum. Aydınlaşdırıram: Ümumiyyətlə apokalipsis (bəşəriyyətin sonu və ya məhvi) mövzusu mənim üçün ən maraqlı gələn mövzulardandı və mənim burulğanlı fantaziyam həmişə dünyanın sonu haqqında müxtəlif versiyalar hazırlayıb qarşıma qoyub. Rezerv kopyalama və zombi-tematika əsasında yazılan kitabın ideyası odur ki, insanlar mobil telefonların dalğaları vasitəsi ilə zombiləşib bir-birilərini qanına qəltan edirlər. daha sonra isə zombiləşmiş kütlə özlərinin soçiumlarını yaradırlar. Lakin Kinq əsərində heç nəyi izah etməyib. Mən çox gözlədim ki, ciddi əsaslandırmalar və izahlar olacaq, amma olmadı ki, bu da mənim əhvalımı pozdu. Kitabı türkiyə türkcəsində oxuduğumdan onu da deyə...