Gurbeti Ben Yaşadım - Ahmed Günbay Yıldız

"Yüreğim baştan başa bir diyarı haraptır, Bağrımda can çekişen, bir avuç ızdıraptır.'' Kitab yuxarıdakı misralarla başlayır. Kitabı çoxdan oxusam da haqqında danışsam yaxşı olar. Osmanlıların son illərini roman kimi təsvir edən, maraqlı, real hadisələrə əsaslanan əsər. Osmanlıların sonu, çətin iqtisadi-siyasi, sosial durum və insanlar da gərginlik içində. Qürbəti mən yaşadım. Adını tamamilə doğruldan və insana maraqlı hisslər yaşadan roman. Qürbəti ayrılanlardan kim çəkir? Gedən yoxsa qalan? Qürbət nədir? Qürbət vətəndən kənardısa, vətən nədir? Haradır? Vətəndə ola-ola qürbəti yaşamaq olar? Əsərin baş qəhrəmanı birinci dünya müharibəsində ruslara əsir düşür və başına gələnlərə dözərək vətəninə geri dönür. Əsər Anadolu həyat tərzindən epizodlarla başlayır. Bildiyimiz kimi insan yaranandan sosial və digər bərabərsizliklər də yaranıb. Olub, var, olacaq. Ahmed bəy bunu orta səviyyədə olsa da təsvir edib və bunu bəyəndim. Romanın bəyənmədiyim və məncə bir çoxlarına da çə...