Posts

Amerikalının ermənistandakı inanılmaz maceraları - Lost and found in armenia - Невероятные приключения американца в Армении

Image
Sakitcə gündəmdə izləməyə nəyin olduğuna baxırdım ki, "Lost and found in armenia" ( Невероятные приключения американца в армении ) adlı filmə rast gəldim. Filmin təqdimatı isə belə idi: Günəşli Türkiyə sahillərində amerikalılar qayğısızcasına əylənirdilər. Onlardan biri isə bədbəxt sevginin fəsadlarını yaşayırdı. Nə gözəl qızlar, nə dəniz, nə də dostlar ona həyat eşqini qaytara bilmirdi. Anidən "xəfif külək" onun türk-azərbaycanlı cəsus kimi qəbul edildiyi dağlıq erməni kəndinə aparır. Burda insanlar onunla bilinməyən dildə danışırlar və ona qarşı çox qəddardırlar. Bu yazıq və özündənrazı amerikalı bir gün əvvəl heç ağlına da gətirə bilməzdi ki, onu atışmalarla, təqiblərlə, romantika və bir çox digər maceralarla zəngin gün gözləyir.

Uilyam Qoldinq - Milçəklər Kralı - Уильям Голдинг - Повелитель мух - William Golding - Lord of the Flies .

Image
Vəhşini vur! Boğazını üz! Qanını tök! Müharibə gedir. Məktəbli uşaqları evakuasiya edərək aparan təyyarə kimsəsiz adada qəzaya düşür. Beləliklə 20-ci əsr ingilis ədəbiyyatının ən güclü və özünəməxsus əsərlərindən birisi başlayır "Milçəklər kralı". Uilyam Qoldinqin ən gözəl əsərlərindən biri. Qara robinzonada və daihyənə fəlsəfi pritça.  Ada. Mavi laqun. Uşaqlar. Cənnət? Kimsəsiz ada. Toxunulmamış okean. Böyüklərin nəzarətinin olmadığı uşaqlar və onların yaratdığı cəmiyyət. İnqilab. Qan. Ölüm. 

Mingür Rinpoçe - Budda, beyin və neyrofiziologiya. Həyatı yaxşılığa doğru necə dəyişək. - Йонге Мингьюр Ринпоче - Будда, мозг и нейрофизиология счастья. Как изменить жизнь к лучшему

Image
Budda deyir: Necə ki, qızılı əridib, döyüb və kəsib keyfiyyətini yoxlayırlar, müdrik rahib də mənim təlimlərimi yoxlamalıdır. Mənim təlimlərimi necə lazımdırsa elə də öyrənin, təhlil edib başa düşün. Heç vaxt onları inanc kimi qəbul edib, kor-koranə qəbul etməyin. Məşhur Tibet ustadı Mingür Rinpoçe bu kitabı ilə müasir elmin nəaliyyətləri və buddizm fəlsəfəsini birləşdirərək, meditasiya vasitəsilə daha xoşbəxt yaşamaq haqqında inanılmaz dərəcədə praktiki və gözəl məsləhətlər verir. Mingür Rinpoçe şəxsən Dalay Lama tərəfindən, Veysman universitetinin neyrofiziologiya və beyin funksionallığı laboratoriyasında aparılan təcrübələrdə iştirak etmək üçün seçilmişdi. Təcrübələrin nəticələri inanılmaz idi: təcrübə ərzində beynin xoşbəxtliyə cavab verən neyroloji hissələrində neyron aktivliyi 700-800 faiz artmışdı. 

3 İdiots

Image
İki dost itirdikləri üçüncü dostu tapmaq üçün səyahətə çıxmalı olurlar. Bu macerada onlar çoxdankı hadisələri xatırlamalı, toy dağıtmalı və yas mərasimində iştirak etməli olurlar. Bütün bunlarla yanaşı ən əsas səyahət xatirələrə olan səyhətdir. Bu xatirələrin ən parlaq ulduzu Rançodur. Ranço onların həyatına anidən daxil olaraq həyatlarını dəyişdirən şəxsdir. Onlar tələbə yataqxanasındakı dövrlərini xatırlamağa başlayırlar: Rançonun Pia adlı qıza olan sevgisini və Viru adlı diktator-rektor olan mübarizəsini və s. 

Frenk - Frank

Image
Sizi elə bir dostluğun şahidi olmağınızı istəyirəm ki, bu dostluq tamamilə səmimidir. Bu dostluqda heç bir təmənna yoxdur. Heç bir gözləntidən söhbət belə gedə bilməz. Məhz buna görə də bu dostluq üçün yaradıcıllığın qapısı açıqdır. Bu dostluqda çox fərqli musiqi yaranır. Musiqi onların ortaq dəyəri, onları birləşdirən ən əsas amildir. Onların birlikdə yaratdığı eksentrik pop qrupa sirli və əsrarəngiz Frenk başçılıq edir. Frenk deyir ki, ətrafımızda baş verən hər bir şey haqqında mahnı oxumaq olar. Frenki Frenk edən onun qeyri-adi musiqi duyumudur. Frenkin qrupu məşhurluq üçün oxumur. Onlar musiqini qəlbən sevir və qəlbən də yaradırlar. 

Aleksandr Belyaev - Sifətini itirmiş insan - Александр Беляев - Человек, потерявший лицо

Image
Tonio Presta möhtəşəm sənətkar (aktyor) olsa da, xarici görünüş baxımından kifirdir. Bu insan dahidir, lakin təlxək bədəni ilə yaşamağa və cəmiyyəti güldürərək həyatını qazanmağa məhkumdur. Ümumiyyələ insanın kifir sifətə və bədənə məhkum olaraq yaşamağı haqsızlıq deyilmi? Bu suala cavab həkim Sorokindədir. Hipofiz vəzi möcüzələr yarada bilər. İnsan bədəni axar çay kimidir. Müəyyən müddətdən sonra eyni görünsə də, bizim bədənimiz həmin bədən deyil. Bu elm və fəlsəfə ilə tanış olduqdan sonra Tonio Prestada ümid yaranır. Həyatını yaraşıqlı insan kimi yaşamaq arzusunu gerçəkləşdirmək üçün hərəkətə keçir. Lakin Tonio Presta unudur ki, yeni xarici görünüş eyni zamanda yeni şəxsiyyət və onun özüylə gətirdiyi yeni xüsusiyyətlərdir. Gəlin daha ətraflı təhlil edək.

Təhlükəli münasibətlər - Опасные связи

Image
"...Əgər bu sevgi deyilsə, o zaman deməli sevgi heç mövcud deyil. Siz bunu inkar etsəz də, nəticələr bunu əksini sübut edir.." 20-ci əsrin 30-cu illəri. Köhnə sevgi tərəfləri Şanyaxyda görüşürlər və bir-birilərini qəribə intriqaya cəlb edirlər. Məqsəd günahsız insanları öz oyunlarına cəlb ederək şəxsi məqsədlərinə çatmaqdır. Lakin heç də hər şey plana uyğun getmir.   Film yazıçı Şoderlo Del Laklonun məşhur romanının ekranizasiyasıdır və nədənsə rejissorların diqqətinə səbəb olmuşdur. Əsərin müxtəlif zaman periodlarını əhatə edən ekranizasiyaları mövcuddur. Məsələn, 18-ci əsri, 20-ci əsrin 60-cı illəri və s. Bu filmdə isə hadisələr 30-cu illərdə baş verir. Özü də Şanxayda.