Posts

Aleksandr Belyaev - Əbədi çörək - Александр Беляев - Вечный хлеб

Image
Hadisələr alman dənizində balıqçıların yaşadığı Fer adasında cərəyan edir. Berlin Universitetini tərk edən biokimyaçı-professor Broyer, balıqçıların yaşadığı adada bəşəriyyətin xeyrinə araşdırmalar aparır. O, primitiv canlıları araşdıraraq, qayğı tələb etmədən çoxalmağı bacaran və dadlı xəmirə bənzər qida istehsal edən canlıları kəşf edir. O, təcrübələrini artırmaq üçün, xəmirdən azacıq  aclıqdan əziyyət çəkən qoca Hansa verir. Daha sonra qısa müddət ərzində bütün kənd bu möcüzədən xəbər tutur və hər yerə yayır. Məsələ Berlində yayılandan sonra nəzarətdən çıxır və kommersantların diqqətini cəlb edir. Yay fəslində isə məlum olur ki, xəmir sürətlə çoxalır. O qədər çoxalır ki, insanlar onu zibil kimi ora-bura atırlar. Artıq planetin yeni düşməni var: bolluq.

Viktor Pelevin - 3 Zukerbrinə olan məhəbbət - Виктор Пелевин - Любовь к трем цукербринам

Image
Hardasa avqust ayının əvvəllərindən xəbər yayıldı ki, bəs Viktor Pelevin növbəti kitabını nəşr etdirir. Bütün böyük nəşriyyatlar, media nümayəndələri, bloggerlər və buna bənzər subyektlər kitab haqqında az-çox məlumat verməyə başladılar. Hətta internetdə kitabın bəzi fraqmentləri də dolaşmağa başladı. Hər yerdə xəbər gəzirdi. Bir sözlə yaxşı marketinq icra olunurdu. Kitabı hələ satışa çıxmamış maksimum dərəcədə şişirdirdilər ki, qiymətini yüksək təyin etsələr belə, hətta kitabın özü maraqsız olsa belə, insanlar onu qəbul etməyə hazır olsunlar. Kitab nəşr olunub satışa çıxarıldıqdan sonra isə qısa müddət ərzində müxtəlif nəşriyyatlar kitab haqqında resenziyalarını da əskik etmədilər. 

Aleksandr Belyaev - Hava taciri - Александр Беляев - Продавец воздуха

Image
Son zamanlarda Yer planetində daimi küləklər özlərini çox qəribə aparırlar. Metereoloq Klimenko yoldaşları və Yakut köməkçisi Nikola ilə Verxoyansk düzənliyinə yola düşür. Yolda təhlükələrdən xəbərdar edilsələr də, Klimenko yoluna davam edir. İnanılmaz olsa da, Arktikada havanı oğurlayan zavod var. Burada dünyanın yeni hökmdarı var. Cənab Beyli havanı öz şəxsi mülkiyyəti etmək qərarına gəlib. Hava satışı isə kosmik dərəcədə gəlirlidir. Klimenko bu obyektin mahiyyətini və bu şəxsin fikirlərini dərk etdikdən sonra onunla barışmır. Mübarizə isə nəticə verir.  

Mirzəkərim Norbekov - Kuzyanın anası haradadır və ya milyonlarla əhlikef çıxış yolunu necə tapaq? - Мирзакарим Норбеков - Где зимует кузькина мать, или Как достать халявный миллион решений

Image
Budur şəhərin məşhur kitab mağazasında kitab rəflərinin arasında gəzişirəm. Qəribə tərzdə, canayaxın formada üzümə gülümsəyən bu qəribə adamın kitabının arxasında mənə ünvanladığı yazıları oxuyuram. Ən əsası isə adı cəlb edir: Mirzəkərim. Öz-özümə fikirləşirəm ki, şərq insanının dilini elə şərq insanı bilər. Nə qədər ola bilər ki, şərq insanı elə şərqli problemlərini həll etmək üçün Qərbə müraciət edir. İna nın bu elə-belə bölgü deyil. Bu adam bəlkə də nəyəsə nail olmağı bacarıb və digər insanlarla da bölüşməyə qərar verib. Odur ki, bu kitabı oxusam nə isə əldə etmiş olaram. Kitabı alıram və ən qısa müddət ərzində böyük ümidlərlə oxumağa başlayıram. Başlasam da, sonlandırmağa çox çətinlik çəkirəm.

Patrul - End of Watch - Патруль

Image
Los Ancelas. İlk baxışda öz həyatını yaşayan sakit şəhər təəssüratını bağışlayır. Lakin kriminal aləmin, cinayətkar birləşmələrin dünyasına daxil olduqca, asayişi qoruyan polisin işinin necə də çətin olduğunu başa düşürsən. Mövzumuz da elə bununla əlaqədardır. Qarşımızda ayrılmaz iki polis həmkarlarıdır. Onlar bir-birilərini qoruyurlar və hər an hər çətinliyə hazırdılar. Onlar yaxın dostdurlar və işlərində profesionaldırlar. Belə də olmalı idi ki, bir gün Los Ancelasın ən kriminal bölgəsində çətin vəziyyətə düşürlər və son ana qədər bir-biriləni düşünərək mübarizə aparırlar. 

The Lunchbox - Ланчбокс - Dabba

Image
Nahar yeməyinin yanlış çatdırılmasının nəticəsində evdar bir qadınının tanımadığı kişi ilə tanışlığı yaranır. Onlar ilk öncə qələm dostuna çevrilirlər. Daha sonra isə hadisələr başqa yönlərdə cərəyan edir... Bu dəfə izlədiyim Hindistan filmində, hind kinematoqrafiyasına xas olan nə toy-nişan, gə nclərin kor məhəbbəti, əzabları, nə musiqili şou, nə də tragediya var. Bu filmdə insan hisslərindən başqa heç bir xammal yoxdur. Mumbay şəhərinin adi insanları, nəqliyyatı, arzuları və xəyalları. Dünya miqyasında işıqlandırılacaq ekran əsəri ilə qarşı-qarşıyayıq. Dünya Hindistanın sadəcə yuxarı kastaları ilə deyil, hər yönü ilə tanımalıdır. 

Con Varli - "Daxil et" düyməsini basın - Джон Варли - Нажмите «ВВОД»

Image
Onun adı Apfel Viktordur. Onun 50 yaşı var. Koreya müharibəsi veteranı və epileptikdir. Kifayət qədər asosial və qaraqabaq insandır. Bir gün onun evinə zəng gəlir və soyuq mexaniki səs ondan dəfələrlə qonşusu Çarlz Klügerin evinə getməyini xahiş edir. Klüger çox qəribə insan idi. Demək olar ki heç kimlə ünsiyyətdə olmurdu. Zənglərin ardı-arası kəsilmirdi, elə ona görə Viktor qonşusunun evinə getməyə qərar verdi.  Qərar verdi və həyatı tamamilə dəyişdi.