Posts

Joseph O'Connor and Andrea Lages - NLP ile Koçluk

Image
Qısaca NLP nədir?:   Açılışı Neyro Linqvistik Proqramlaşdırmadır. NLP 1970 – ci ilin başlanğıcında  riyaziyyatçı Richard Bandler və dilçi John Grinder tərəfindən, müəyyən bacarıqlara sahib olan insanlar və bu bacarıqları mükəmməlləşdirmiş insanlar arasındakı fərqlərin araşdırılması və ortaya qoyulması nəticəsində yaranmışdır. Özlərindən soruşduqları sual bu idi: “ Eyni xüsusiyyətlərə malik iki insandan birinin digərinə nisbətən daha çox uğurlar qazanmasının səbəbi nədir?” yəni biri uğur qazanır digəri isə o qədər də yox. Bandler və Grinder mükəmməl insanları modelləşdirmiş və digər insanların da ona çata bilməsi üçün bəzi texnikalar inkişaf elətdirmişlər. NLP mükəmməllik və keyfiyyəti araşdırır. Uğur qazanmış insanların bunu necə etdiyini və digər insanlara necə tətbiq etmək olar? sualını araşdırır. Kitabın arxa üzündən: Həyatdan nə istəyirsiz? Sizin üçün nələr vacibdir?  Bu dəqiqə layiq olduğunzlara sahibsiniz? Nə qədər daha artığını bacara bilərsiz? Koçluk şəxsi ...

Пол Экман - Психология Лжи - Yalanın Psixologiyası

Image
Paul Ekman kimdir? – Paul Ekman Amerikanın Kaliforniya universitetinin məşhur professorudur. Hisslərin psixologiyası, yalanın müəyyənləşdirilməsi və psixologiyası , şəxsiyyətlərarası ünisyyət sahəsində mütəxəssisdir. Professor Ekman dünyada qeyri-verbal ünisyyətin analizi sisteminin banisi və dünyaca məşhur Lie to Me teleserialının ruhlandırıcısıdır. Kitabın arxa üzündən: Müasir insanın 10 dəqiqəlik söhbəti zamanı 3 dəfə yalan danışdığı doğrudurmu? Yalanın insan həyatının bütün sferalarına daxil olduğuna necə reaksiya verək? Yalanı səs və sözlərə görə müəyyənləşdirə bilmədikdə nə edək? Paul Ekmanın bu kitabında bu suallara müəyyən qədər cavab tapacaqsız. Yadda salayın – yalanı gizlətmək çətin işdi. Universal mikro ifadələr və jestlər yalançını onun milliyət və sosial statusdan aslı olmayaraq həmişə ələ verir. Başqalarının görmədiklərini görməyə başlayın. Yalanın ifşa olunmasında kim maraqlıdırsa kitab ona ünvanlanmışdır: psixoloqlar, hüquqşünaslar, iş adamları, menecerlər, evda...

Aklındakini Okuyabilirim - Dr. David J. Lieberman

Image
Qısaca yazar haqqında: Dr. David J. Lieberman, bir çox təltiflər almış yazıçı olmasıyla yanaşı, insan davranışları və şəxslərarası əlaqələr sahəsində dünyada tanınan birisidir. Altı kitabı on səkkiz dilə tərcümə edilmişdir. Bunlardan ikisi New York Timesın ən çox satılan siyahısına daxil olmuşdur. Müəllifin açıqladığı yöntəmlər FBİ, ABŞ Donanması, Fortune 500 şirkətləri və 25-dən çox ölkədə hökümət və şirkətlərində mütəxəssislər tərəfindən istifadə olunur. Dr. Liebermanın araşdırmaları dünya miqyasında yayınlanmaqdadır və 200 – dən çox televiziya proqramında qonaq mütəxəssis kimi iştirak etmişdir. Dr. Lieberman doktorantura disertassiyasını psixologiya sahəsində bitirmiş və bir çox təlim, konfranslar təşkil etməkdədir. Hal – hazırda New Jarseydə yaşayır. Kitabdan nə öyrənə bilərik? Ümumiyyətlə insan davranışları, psixologiya çox qeyri – dəqiq və sadə dilnən desək adamı yarı-yolda qoyan sahədir. Hər bir insan özünə görə özünəməxsusdur. Buna baxmayaraq ortaqlıq sərgiləyən xüsusiyy...

Tanış olaq: İndiqo uşaqlar

Image
Əvvəllcə İndiqo terminini izah edək – 1982 – ci ildə Nancy Ann Tappe “Həyatı rəng vasitəsiylə dərketmə” adlı kitabında bu termindən bəhs etdi. İlk dəfə bu kitabda uşaqların davranış formalarında sistemli olaraq izah edildi. Buna bənzər bir digər kitab da var – Lee Carroll və Jan Toberin müəllifləri olduqları “İndiqo uşaq – Yeni uşaqlar gəliblər” (ingiliscə adı: İndigo Child-The New Kids Have Arrived). Yazıçılar bu kitabı niyə yazdıqlarını belə izah edirlər: “ Biz valideyinlərdən yeni yeni problemlərin ortaya çıxdığını eşitməyə başladıq. Uşaqları çox qəribə davranışlar sərgiləyir və digərlərindən fərqlənirlər. Yaşlarına əks olaraq böyük insanlara xas təcrübələri bilirlər. Daha sonra mütəxəssislər də bu mövzuyla maraqlandılar və biz bu uşaqları araşdırma altına aldıq. Çünki onların başa düşülməyə ehtiyacları var. Gələcəyin ən parlaq şəxsiyyətləri onlar arasından çıxacaq” İndiqo uşaqlarının bir çox mənbələrdə bir çox izahı olsa da, əsas olan onların digər həmyaşıdlarından fə...

İnsomnia - Yxusuzluq - Бессонница

Image
Dürüst polis yata bilmir çünki işdə aydın olmayan məqamlar var amma dürüst olmayan polis ona görə yata bilmir ki, vicdan əzabı çəkir. Məqsəd vasitəni təmizə çıxardır. Elə deyilmi? Alyaskada iki iki cür insan var. Burda doğulanlar və keçmişini unudmaq üçün bura gələnlər. Birinci aktyor tərkibindən başlayıram. Al Paçino + Robin Williams. Bəh bəh bəh. Elə filmə məhz bu aktyorlara görə baxdım. Filmin də bu dərəcədə yaxşı alınacağını zənn etmirdim. Bu iki aktyor sözün həqiqi mənasında möhtəşəm ekran əsəri yarada biləcək bacarıqdadırlar. Filmdə digər baş rolu Hilary Swank oynayır. Onun da performansını vurğulamaq lazımdır. Dedektiv, polis, qatil filmlərini çox sevmirəm. Çox vaxt ya başa düşmürəm ya da maraqsız gəlir. İnsomnia istisna oldu. Bu film inqilabi oldu mənim üçün. Bəli bundan sonra buna bənzər maraqlı və həyəcanlı filmləri axtarıb baxacam. Filmdə ən çox bəyəndiyim məqam bilirsiz nə oldu? Robbin Williamsın qatil rolunu oynaması. Adətən onu biz müsbət obrazlarda görm...

Sweet Rain - Прекрасный дождь

Image
Ölüm bizə göstərəcək biz necə yaşamışıq... Yaponların baxdığım bir çox filmlərində çox güclü fatalizm var. Bəlkə də digər bir çox filmlərdə də bu var amma Yapon filmləri, animasiyalarında bu çox xüsusi olaraq vurğulanır. Bu filmi mən çox da bəyənmədim. Yeni bir şey də olmadı çünkü mən Meet Joe Black filmini izləmişəm. O çox daha maraqlı gəlmişdi mənə. Meet Joe Blacki film həvəskarları arasında geri salan bildiyim qədəriylə müddətidi (178 dəqiqə). Qaldı ki, bu filmə. Bəyəndiyim epizodlar oldu təbii ki amma o qədər də ürəyimə yatmadı. Meet Joe Balckin Yapon, şərq üsubunda olan oxşarı da adlandıra bilərəm (fərqlər var. olmaq məcburiyyətindədir amma onurğası eynidir). Filmdə həyat haqqında Yapon fəlsəvi düşüncələri və yüngül yumor var. Hər bir insan bu dünyaya müəyyən missiyanı yerinə yetirməyə gəlir və onu yerinə yetirdikdən sonra ölə bilər. Ölüm mələkləri var. Onlar gəlib insanları yoxlayırlar və bəzən güzəştə gedib ölümü təxir salırlar (qəribə və gülməli gəldi mənə). Filmdə Şi...

Muhammed Bozdağ - Ruhsal Zeka (SQ)

Image
Kitabın arxa qapağından:  Maddi gözəlliyinizin arxasında gizlənən mənəvi möhtəşəm mənanızı kəşf ettinizmi? Görünməz bir əlin, bəxt, qəza, intuisiya, ilham görüntüsüylə həyatınızı istiqamətləndirdiyinin fərqindəsiz? Nə baş verir? Kainata hökm edən gizli bir əl damlalardan körpələr, kəpənəklər, çiçəklər, dağlar, dənizlər, gözlər dizayn edir. Onu tanıyırsınız? Həyata gülümsədiyiniz gündən bəri qəlbinizlə danışan o gizli əl sizə nə deyir görəsən? Ruhsal Zekayı oxuduqca, qəlbinizdə yüksələn günəş, ətrfınızda gülümsəyənləri gecənin qaranlığından xilas edəcək. Zəhmətkeş, ümidli, həyəcanlı, hüzurlu, qənaətcil, israrlı, ağıllı, sevimli bir sonsuzluk yolçusu olduğunu xatırlayacağsınız. İnancın, xoş niyyətin, müsbət hisslərin, israrın, qənaətgarlığın, ruhi münasibətlərin gücü və ilahi iradəni kəşf etmyə hazırsız? Ruhsal zeka, gizli bir əlin görünməz planının, maddəci elmin görə bilmədiyi sirrini açıqlayır. O gizli əl ilə dost olmağı seçərsəniz, kainatın qəlbinə daxil olarsınız. Kita...