Posts

Məni düşündürənlərdən - Harry Escott - Unravelling

Image
Bu musiqi sanki məndən hesabat alır. Düşün. Fikirləş. Nələr etdin? Etdiklərinlə razısan? Etdiklərin kimlərə ziyan vurdu? Bəlkə bu vəziyyətdən çıxasan? Bir dəfə də cəhd elə. Digər tərəfdən də musiqi mənə sona çatan maceranı xatırladır. Son notlar, son ahənglər, son səslənmələr, son seçimlər. Musiqi mənə vicdan əzabını, təəssüf, məyusluq hissini xatırladır. Yalanlar haqqında düşünürəm. Bizə uşaqlıqdan bəri söylənilən yalanlar haqqında. Böyüdükcə formasını dəyişir, müxtəlif qılıqlarda qarşımıza çıxır. Təkcə belə olsaydı dərd yarı. Musiqi mənim özümü necə aldatdığım haqqında düşünməyə vadar edir. Necə özümü uyuşdurduğumu və ümid adlanan böyük güc və illuziya qaynağından imtina etdiyimi. Musiqi məni niyə iddialı olmadığım, niyə tez təslim olduğum və yorulduğum haqqında düşünməyə vadar edir. Sigmound Freud sevdiyimə görə tez-tez onun fikirlərini xatırlayıram (əlbəttə bütün fikirlərinə qatılmıram). “Hər şeyin bir səbəbi var” deyir Freud əmi. Yuxarıdakıların səbəbi nədir görəsən? Bu mu...

Səndən yaxşıları və səndən pisləri

Image
Səndən yaxşıları həmişə olacaq narahat olma. Səndən pisləri də həmişə olacaq. Bu vəziyyətin elə özü yaxşı və pis terminlərini absurd edir. Əvəzinə nisbilik anlayışını sübut edir. Yenə də yaxşı və pis terminlərini istifadə etməyə davam edəcəm. Fikrimi izah etmək üçün. Standart insanların dilində danışmaq üçün. Bəs ən yaxşı olmaq olar? Üst sərdhəd. Şimal ucqar nöqtə? Məncə olar amma müvəqqəti. Sənin arxanca gələnlər də var. Onların da səni ötmək həvəsi, inamı və israrı var. Yolu yarıda buraxıb gedənlər də var sözsüz. Həmişə də olacaq. Qorxaqlar var xüsusiylə. Səndən yaxşıları həmişə olacaq. Bəs ruh düşkünlüyü yaradan faktorları, elementləri necə görməzdən gələk? Məncə nəticəni görməklə. Nə dərəcədə doğru fikirdir deyə bilmərəm amma uğur qazanmış insanların BİR ortaq cəhəti varsa, o da məhz budur. Onlar uğursuzluq dalınca uğursuzluq qazanıblar, ələ salınıblar, alçaldılıblar amma bu onlara nəticəni görməyə mane ola bilməyib. Onlar istədiklərinə hazırlaşıblar və hazır olduqlarında istədi...

Erix Fromm - Marksın İnsan konsepsiyası

Image
Bu əsərdə Fromm marksın tarixi materializmini, Yadlaşma, sosializm, şüur və zorakılıqla bağlı ideyalarını analiz edir. Əsər tam diaqnostik cümlələrlə başlayır: “Tarixin ironiyasıdır ki, mənbələrin tamamilə əlçatan olmasına baxmayaraq, m üxtəlif nəzəriyyələrin təhrifi və səhv yozumları müasir dünyada sərhəd tanımır. Buna ən parlaq misal son onilliklərdə Marksın təliminin başına gələnlər sayıla bilər”. Frommun bu əsəri Azərbaycan üçün olduqca aktualdır. Həm də ona görə ki, təhrif amalqamalarına bürüdülmüş marksizmi çirkabdan təmizləyib geniş auditoriyaya təqdim edir. Frommun bu ideyalarının aktuallığını isə kitaba əlavə olunmuş digər mətn-Rusiya marksisti Aleksandr Tarasovun çox mükəmməl mühazirəsi gözəl əks etdirir. 

Shame - Utanc +18

Image
Əslində bu yazını yazmağıma bir az tərəddüt etdim amma “bəlkə də bu mövzuyla maraqlananlar var” fikri məni rahat buraxmadı. Dostlar, əgər +18 səhnələrindən narahat olursunuzsa, yəni belə şeylərə baxa bilmirsinizsə filmə baxmayın. Bunu normal qəbul edənlər isə filmin mənasına görə mütləq baxsınlar. Filmdə olan açıq-saçıq epizodlar şəhvətdən aslı insanın həyatını başa düşmək üçün vacibdir. Alışqanlıq  zəncirləri, əvvəl duyulmayacaq qədər xəfif ,sonra qırılmayacaq qədər güclü olur. - Arthur Schopenhauer Bu dərəcədə gözəl bir film. Treylerini bir saytda görən kimi, başa düşdüm ki, film müasir həyatımızın bəlalarından biri haqqındadır. Aslılıq: Narkotikdən, siqarətdən, spirtli içkilərdən, internetdən və seksdən. Film sonuncusu ilə əlaqədardır. Ən qəribə məqamlardan biri isə sadalanan xəstəliklərin müalicə üsulları prinsipcə eynidir. Bizim cəmiyyətimizə və mentalitetimizə yad mövzu olsa da, bu bunun mövcud olmadığı və olmayacağı demək deyil. Bəli, bizim cəmiyyətdə də narkomaniy...

Good Will Hunting

Image
Riyaziyyatı yaxşı bacaran insanlara böyük hörmətim var. Əgər bunu bacaran insan üstəlik dahidirsə ondan soruşacağım çox şey olar. Will Hunting cəmiyyətdə mövcud olan bir çox avara adamlardandır. Buna baxmayaraq avaralardan fərqli olaraq onun ilahi vergisi var ki, bu da riyaziyyatdır. Film dahiyanədir. Bir tərəfdən o çox sadə digər tərəfdən çox mürəkkəbdir. Avara dahiyə necə kömək edəsən ki, o özünü həyatda itirməsin? Necə eliyəsən ki, o özündə bu vergini məhv etməsin? Ona müəllim, yol göstərən və dəstək verən lazımdır. Bunları isə mənim ən sevdiyim aktyor olan Robin Williamsın baş rolda canlandırdığı obraz  (Şon)yerinə yetirir. Ona kömək edir ki, öz yolunu tapsın.

The Five People People You Meet In Heaven

Image
“Bu Eddi adlı kişinin hekayəsidir amma onun həyatının sonu başlanğıc oldu” İnanılmaz, cəlbedici və dramatik bir hekayə. Bir şəxs ki, əslində ruhu bütün insanlarla əlaqəlidir. Bu böyüklüyünün isə fərqində deyil... Filmi çox bəyəndim. İnsana qarmaşıq hisslər yaradır. Filmə baxarkən eyni zamanda uşaqlıqda oxuduğum amma çox xoşuma gələn, araşdırma xüsusiyətli Raymond Moudinin – ölümdən sonrakı həyat kitabı yadıma düşdü. Kitab kliniki ölüm yaşamış insanlardan toplanmış məlumatlar əsasında hazırlanmışdır. Çatışmayan cəhəti isə sadəcə müəyyən qədər təsvirin olmasıdır (yəni natamamlıq var ki, əslində bu da normaldır). Film, əlbəttə ki yüz faizli olmasa da həyatda vicdanlı,dürüst, əxlaqlı yaşamış insanın ölümdən sorakı həyatının necə olacağını göstərir (bilinən bir şey olsa da). Beş nəfər var ki, Eddi onlarla görüşüb onlarla söhbət etməlidir. Onlar da onu orada gözləyirlər. 5 nəfər. Bəs olnlar kimlərdir? Eddinin həyatında çox mühim rol oynamış beş nəfər. Müəyyən qədər proqnoz vermək ...

Black Gold - Qara Qızıl

Image
Olduqca maraqlı bir film. Treylerin hələ Caspian Plazanın liftindəki monitorlardan görmüşdüm. Diqqətimi cəlb etsə də tapa bilməmişdim. Bu yaxınlarda internetdə rastıma çıxdı və düşünmədən yüklədim. Bir çox nüanslarla zəngin və düşündürücü filmdir: Qərb və şərq. Ata və oğul. Şükür və naşükürlük. Satqınlıq və sədaqət. Ağıl və qaba güc. Mənəviyyat və maddiyat. Çətinlik və mübarizə. Ölüm və doğum. Metomorfoz. Müharibə. Sevgi (mövzusu nə olursa olsun sevgi istənilən film və kitablar üçün təməl təşkil edir) və s. Ümumi süjet xətti kifayət qədər bilinən və ora-bura dalğalanmayandır. Əsas mövzu iki dünyanın – yeni və köhnə dünyanın qarşılaşması, iki müxtəlif həyata baxış tərzinin kəsişməsidir. Filmin mövzusu Şərq dünyasına qonaq gələn qərblilər olsa da, Qərblə Şərqin, İslamla Xristianlığın toqquşması deyil. Film sırf müxtəlif düşüncə tərzlərinin toqquşması və onun nəticələri haqqındadır. Əlbəttə ki, təəsüf hissinin müşayəti ilə. Bu qədər insan həyatına son qoyulması məndə təəsüf his...