Timoti Ferris - Həftədə 4 saat necə işləməli

Timothy Ferriss - The 4-Hour Workweek Тимоти Феррис - Как работать по четыре часа в неделю Kitabın ön sözünü, ya da annotasiyasını ingilis dilindən tərcümə etməyə vaxt sərf etmədim. Gəlin birbaşa məsələnin mətləbinə girişək. Belə kitabların kütlülüyü onda görsənir ki, müəllif kor-koranə surətdə bir fəaliyyət növünü seçir və axmaq, uşaq-uşaq cümlələrlə insanları həmin fəaliyyətə stimullaşdırır. "Köhnə qəzet oxumaq" anlayışı bəzilərinizə tanışdır. Bu növ kitabların ən əsas mənfi cəhəti və resurs israfçılığı da məhz budur. Bilinən, artıq danışılan mövzulara yenidən toxunmağa nə ehtiyac var? Bunlar artıq dəfələrlə deyilib, dəfələrlə araşdırılıb. Nə isə yeni və faydalı nə təklif edirsən? Əminəm ki, müəllifin sonuncu suallara veriləcək cavabı yoxdur. Olsa idi, indi biz daha yaxşı konseptli kitab oxuyardıq, nəinki köhnə qəzet.