Skip to main content

Posts

Showing posts from November, 2014

Stethammania #1

Kolibri effekti - Эффект колибри - Hummingbird - Keçmiş xüsusi təyiatlı Coe Cons yeni həyat qurmağa çalışır. O, Çin mafiyasına işləməyə razılıq versə də, doğma şəhərinin kriminal dünyasının dərinliklərinə qərq olduqca başa düşür ki, baş verən özbaşınalıqlara sakitcə dayanıb baxa bilməz. Coe ədaləti bərpa etməyə qərar verir. Araşdırmaları isə cinayətkar aləmin zirvəsinə gətirib çıxarır. 

Aleksandr Belyaev - Sualtı əkinçilər - Александр Беляев - Подводные земледельцы

Bir qrup xəyalpərəst SSRİ-yə valyuta cəlb etmək və okeanın bəxş etdiyi nemətlərdən istifadə etmək məqsədilə Uzaq Şərqdə sualtı təsərrüfat yaratmaq qərarına gəlir. Sankt-Peterburqdan olan alimlərin etdiyi kəşf nəticəsində hazırlanan kibrit qutusu böyüklüyündə akkumulyator sayəsində bu arzunu həyata keçirmək mümkün olur. Bu enerji mənbəyinin köməkliyi ilə oksigenin okean suyunun elektrolizi ilə alındığı ən müasir sualtı skafandr və akvalanqlar hazırlanıb. Bu kömək edir ki, uzun müddət suyun altında qalmaq mümkün olsun. Batmış yapon gəmisinin korpusundan sualtı evə dam düzəldilir. Qısa müddət ərzində sualtı sahələr, traktorlar və zavodlar yaranır. Yapon brakonyerləri ilə mübarizə üçün isə sualtı səfərbərlik elan edilir.  Məsələ isə getdikcə böyüyür və yaponlar sualtı gəmi ilə hücuma keçirlər. Yapon sualtı gəmisi güclü elektromaqnit dalğası ilə məğlub edilir. Ziyankar yapon dəstəsinin başbiləni isə komunizmin tərəfinə keçən dənizçilərə görə özünü harakiri ilə öldürür. 

Sən və mən - You and me - Ты и я

14 yaşlı introvert Lorenzo, ətrafı və xüsusilə də valideynləri ilə çətin dil tapır. Lorenzo bütün siniflə qarlı dağlarda xizək sürməyə getmək adıyla zirzəmidə yalnız qalmaq qərarına gəlir. O, yalnızlığı çox sevir və ondan razıdır. Onun dünyası elə sadəcə təkcə özündən ibarətdir. Sadəcə "mən" adlı dünya. Gözlənilmədən onun zirzəmisinə, başqa sözlə, həyatına Olivia adlı qız daxil olur. Bu qız onun gözləri qarşısında dəyişir və mübarizə aparmağa çalışır. Onların oxşar cəhətləri çox olsa da, Lorenzo onu müşahidə edərək özü üçün nəticələr çıxarır. Bu nəticələr isə onu dəyişdirir. 

Mixail Bulqakov - Master və Marqarita - Михаил Булгаков - Мастер и Маргарита

Ancaq özünə məlum olan səbəblərdən dünya səyahətinə çıxan və özünü Voland kimi qələmə verən şeytan, vaxtaşırı müxtəlif şəhərlərdə məskən salır. 1930-cu illərin yaz vaxtı səyahətin axarı onu  Moskvaya gətirib çıxarır. Bu elə bir zaman və məkandır ki, artıq insanlar nə allaha, nə də şeytana inanır, İsa peyğəmbərin mövcudluğunu isə inkar edirlər. Buna baxmayaraq Moskvada bir nəfər yaşayır ki, (Master) o, Roma hakimi Ponti Pilatın edam etdirdiyi İsa peyğəmbər haqqında roman yazıb, lakin müasir ədiblər və tənqidçilər tərəfindən bəyənilməyən və qəbul edilməyən əsər, Masteri məcbur edir ki, onu yandırsın. Daha sonra ruhi xəstələr üçün xəstəxanaya düşür. Voland və onu müşayət edənlər Sadovoy küçəsində yerləşən qəribə və əsrarəngiz mənzildə qalmağa qərar verirlər. Bu mənzil ona görə qəribədir ki, buradan insanlar sirli formada qeyb olurlar. Sirli, lakin sehrli yollarla deyil (çox güman ki, Bulqakov 30-cu illərin repressiyalarına işarə verir). Marqarita isə Masteri sevir (?) və onu itirdikdən s…

K-PEKS planeti - K-PAX - Планета Ка-Пэкс

Manhetten Psixiatriya Xəstəxanasına qara eynəkli qəribə adam gətirirlər. O, özünə Prot adı qoyub və iddia edir ki, işıq sürətindən də sürətli işıq şüalarında, bir göz qırpımında Yer planetinə gəlib. Təcrübəli həkim Pauell onun sirrini çox çətinliklə öyrənə bilir. Prot inandırıcı şəkildə K-PEKS planetindən gəldiyini iddia edir. Bir müddət sonra Mark Pauelli bəzi suallar maraqlandırır: bəlkə də Prot həqiqətən də yadplanetlidir. Əgər o, yadplanetlidirsə, bu bəşəriyyət üçün böyük imkanlar söz verir. K-PEKS planeti hər bir elementin yerli yerində istifadə edilərək, izləyiciyə böyük mesajlar çatdıran möhtəşəm filmdir. 

Dünyadan olan insan - Человек с Земли - The Man from Earth

Filmin özündə ehtiva etdiyi süjet əslində sadədir: belə ki, 14000 ildir ki, Yer planetində ölmədən, o tərəf bu tərəfə səyahət edərək yaşayan insan, bəşər tarixinin, əslində elə onun özü tərəfindən formalaşdırıldığını alim dostları ilə axşam görüşündə onlara izah edir. Bunun izahı ilə alimlər ölməzliyin sirləri haqqında müxtəlif fikirlər söyləyirlər. Bəziləri dərhal qəbul edir, bəziləri isə son ana qədər bunu absurd hesab edir. 
Sadəcə bir otaq. Otaqda biologiya, arxeologiya, psixologiya və din kimi cəbhələr. Verilən məlumat isə insan əbədiyyətidir. İndi əsas məsələ onun düzgün danışıb danışmadığı haqqında nəticəyə gəlməkdir. Əgər düzgün danışırsa bu möcüzə, yalan danışırsa, sadəcə xəstə bir insan kimi dəyərləndiriləcək. Totoal zamn və məkan vahidliyi əsasında hadisələrin necə davam edəcəyini izləməyə başlayırıq. 

Lyusi - Люси - Lucy

Sadəcə bir gün öncə o, adi insan idi, amma bu gün yüksək intellekti və qeyri-adi bacarıqları ilə planetin ən təhlükəli varlığıdı. Alimlər üçün fantastik və qeyri-real hesab edilən məsələlər onun üçün heç nədi. O, yemdən ovçuya çevrildi. Onun adı Lyusidi və deyilənə görə ilk qadının adı da məhz Lyusi olub. 

Frans Kafka - Çevrilmə - Франц Кафка - Превращение

Səhər yuxudan oyananda Qreqor görür ki, qorxulu böcəyə çevrilib. 

Sözün düzü bu kiçik həcmə bu dərəcədə dərin mənanın, bu dərəcədə ağır ədəbi-yükün - leksik-qrammatik çaların yüklənə biləcəyini gözləmirdim. Əsər haqqında pərakəndə biliklərim var idi və sonunda qərara gəldim ki, nə olursa olsun, mən də bu əsəri oxuyum. Oxuyum və özümə lazım olanları ondan alım. Elə ona görə də bu yazını yazıram. Yazıram ki, az da olsa rahatlana bilim, Yazıram ki, əsərin mənə bəxş etdiyi enerji mənə mənfi təsir göstərə bilməsin. Hər şeydən əvvəl isə, gəlin terminologiya ilə tanış olaq, çünki onsuz bütün mənzərəni görə bilməyəcəyik. Bəzi terminlərin izahını verdikdən sonra, əsərin məndə yaratdığı təəssüratları və insan təbiətinin çox vacib nüanslarını qeyd edəcəm.