Ancaq özünə məlum olan səbəblərdən dünya səyahətinə çıxan və özünü Voland kimi qələmə verən şeytan, vaxtaşırı müxtəlif şəhərlərdə məskən salır. 1930-cu illərin y az vaxtı səyahətin axarı onu Moskvaya gətirib çıxarır. Bu elə bir zaman və məkandır ki, artıq insanlar nə allaha, nə də şeytana inanır, İsa peyğəmbərin mövcudluğunu isə inkar edirlər. Buna baxmayaraq Moskvada bir nəfər yaşayır ki, (Master) o, Roma hakimi Ponti Pilatın edam etdirdiyi İsa peyğəmbər haqqında roman yazıb, lakin müasir ədiblər və tənqidçilər tərəfindən bəyənilməyən və qəbul edilməyən əsər, Masteri məcbur edir ki, onu yandırsın. Daha sonra ruhi xəstələr üçün xəstəxanaya düşür. Voland və onu müşayət edənlər Sadovoy küçəsində yerləşən qəribə və əsrarəngiz mənzildə qalmağa qərar verirlər. Bu mənzil ona görə qəribədir ki, buradan insanlar sirli formada qeyb olurlar. Sirli, lakin sehrli yollarla deyil (çox güman ki, Bulqakov 30-cu illərin repressiyalarına işarə verir). Marqarita isə Masteri sevir (?) və onu ...