Posts

Kadzuo İşiquro - Məni heç vaxt buraxma

Image

Xan Abdulla - Məsihin qanı

Image
Xan Abdullanı necə tanıdım? Xan Abdullanı Facebook sosial şəbəkəsindən tanıdım. Belə ki, onun arabir paylaşdığı mikrohekayə tipli status yenilənmələri diqqətimi cəlb etmişdi. Bəzən hansısa şəxsi təcrübəsini bədii dillə ortaya çıxarır, bəzənsə də sadəcə uydurduğu hekayələri nəql edirdi. Bu səbəbdən bu gənc diqqətimi bir xeyli müddət idi ki, cəlb etmişdi. 

Kurt Vonnequt - Allah canınızı sağ eləsin, Cənab Rozuoter

Image
Kurt Vonnegut -  God Bless You, Mr. Rosewater Курт Воннегут - Дай вам Бог здоровья, мистер Розуотер Eliot Rozouter, könüllü yanğın söndürən, alkoqol aludəçisi və sanballı Rozouter fondunun prezidentidir. O, insan təbiəti ilə əlaqədar maraqlı təcrübəni həyata keçirmək qərarını verir. Bu yolda ona yazıçı Kilqor Traut kömək edir. "Allah canınızı sağ eləsin, Cənab Rozuoter" Kurt Vonnequtunun insan təbiətinin xəsislik, ikiüzlülük və saxtakarlıq kimi xüsusiyyətlərini və bu xüsusiyyətlərin qurub-quraşdırdığı mürəkkəb mexanizmlərdən ibarət sosial sistemləri hədəf almış satirik romanlarından birisidir. Birinci dəfə 1964-cü ildə nəşr olunan əsər, Eliot adlı obrazın xeyriyyəçi faəliyyətləri və könüllü yanğın söndürən kimi çalışması vasitəsi ilə öz mənəvi axtarışlarını özündə ehtiva edən əsərdir. Əsər Amerika cəmiyyətinin dini, siyasi, sosial və ən əsası iqtisadi - kapitalistik müstəvidə olan tənqidi və satirasıdır. 

Kurt Vonnequt - Titanın sirenaları

Image
Kurt Vonnegut - The Sirens of Titan Курт Воннегут - Сирены Титана "Titanın sirenaları" zamanın, məkanın və insan şüurunun tən ortasından keçməklə onları bir-birinə birləşdirən və bəşər övadının keçmiş təcrübələrinə əsaslanan möhtəşəm kosmik əsərdir. Yerin ən zəngin insanı Malaki Konstant, kosmik səyahətlər vasitəsi ilə müxtəlif yeni və ecazkar dünyalara səyahət etmək şansı əldə edir. Səyahət müddəti ərzində gözəl bir qadın, B, ona həmdəm olur. Sirlərlə dolu  Uinston Nayls Rumfurd bir göz qırpımında Günəş sistemini gəzib dolaşır.  Belə sadə təqdimatda görünməyən və yalnızca möhtəşəm ABŞ yazıçısı Vonnequtun təxəyyülü ilə həyat qazana bilən bu kosmik macəra, təkcənə insan həyatının və cəmdə bəşər övladının həyatının mənası və bütün fəaliyyətlərinə quşbaxışını təmin edir. Çox maraqlı situasiyalar və cavab axtarmaq üçün ideal olan suallar romanın bütün gözəlliklərini sadalamaqda yetərsizdir. 

Deniel Pink - Conni Bankonun macəraları

Image
Daniel H. Pink - The Adventures of Johnny Bunko: The Last Career Guide You'll Ever Need Дэниел Пинк - Приключения Джонни Банко Conni Banko "Boggs Corp"a yenicə işə düzəlib. O, gecə-gündüz çalışır, indiyədək böyüklər tərəfindən deyilən hər şeyə əməl edib, bütün qaydalara da riayət edib, lakin bir gün onun qapısını döyən böhran ona yanaşmaları haqqında yenidən düşüncələrə dalmağa vadar edir. Görəsən, ona deyilən hər şey düzmü olub? Haradansa onu gəlib tapan pəri ona 6 qızıl dərs verir. Bu dərslər sayəsində Conni özünü və arzuladığı karyeranı adım-addım tikməyə başlayır, iş həyatına özünəməxsus yanaşmasını formalaşdırır. Bu kitab vasitəsi ilə Deniel Pink bizə istənilən karyerada sağ qalmağı və güclü şəxsiyyət qurmaq yolunda məsləhətlər verir. 

Filip Dik - Ubik

Image
Philip K. Dick - Ubik Филип Киндред Дик - Убик   O, reallıq pəncərəsinin şüşəsi ilə toqquşan aciz pərvanə kimi hər şeyi eyni anda hiss etməyə başladı və bulanıq şəkildə onu kənardan gördü.  Romanda baş verən hadisələr 1992-ci ilin "Şimali Amerika Konfederasiyası"nda cərəyan edir. Bu elə bir vaxtdır ki, insanlar tez-tez Aya səyahət edir və psi-fenomenlər geniş yayılıb. Romanın baş qəhrəmanı Co Çipdir. Co Çip Qlen Ransayterin işçisidir. Qlen Ransayter isə şəxsi təhlükəsizliyi təmin edən şirkətin rəhbəridir. Bu şirkət xüsusi psixi bacarıqlara sahib olan insanlar tərəfindən yayılan təhlükə ilə mübarizə aparır, anti-telepatiya və fikirlərin oxunmasının qarşısını almaqla məşğul olur. Buna baxmayaraq, Ranseyter şirkəti təkcənə idarə etmir. O, yarıhəyat vəziyyətində olan arvadı Ella ilə məsləhətləşir. Qəribə hadisələr və möhtəşəm psixi tələlər Co Çipi tapmacalar labirintinə salır. Bu dolanbacdan xilas olmağın çıxış yolu isə görsənmir ki görsənmir...

PK

Image