İqtisadiyyat kitabları #2

Vladimir Popov - Mixed Fortunes: An Economic History of China, Russia, and the West Son dövrlər oxuduğum və çox böyük zövq aldığım iqtisadi təhlil kitabı, rus iqtisadçısı Vladimir Popovun "Qarışıq talelər: Çinin, Rusiyanın və Qərbin iqtisadi tarixi" adlı əsəri oldu. Kitab çox anlaşıqlı dildə adıçəkilən regionların müasir iqtisadi quruluşlarını tarixi təkamül nöqteyi-nəzərdən, əsasən institusional iqtisadiyyatın prizmasından qiymətləndirir. Zənnimcə, çox anlaşıqlı dildə yazılan kitab müəllifin iş təcrübəsi ərzində yazdığı elmi məqalələrin genişləndirilmiş variantıdır. Ən əsası isə, kitab son dövrlərdə ifrat ekonometrikləşən iqtisad elminin tarixi-mədəni kontekst təhlilindən uzaq düşməsi tendensiyasına qarşı çox sanballı cavab kimi qəbul edilməlidir.