Haruki Murakami - Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri

Haruki Murakami - Colorless Tsukuru Tazaki and His Years of Pilgrimage O, hələ çox gənc idi və ətrafında baş verənlər haqqında tam təsəvvürə malik deyildi. Tokionun daş cəngəllikləri onun əvvəllər yaşadığı mühitdən də çox fərqlənirdi. O dərəcədə çox fərqlənirdi ki, daxili dünyası ilə yaşadığı dünya arasındakı balansı qorumaqda çətinlik çəkirdi. Onun, Tsukuru Tazakinin, nə vaxtsa güvəndiyi və tam ideal münasibətdə olduğu dörd dostu olub. Lakin günlərin bir günü Tsukuru Tazaki üçün bir-biriləri ilə sirlərini bölüşdükləri o dünya əlçatmaz bir yerə çevrilir. Həmin andan etibarən Tsukuru ancaq və ancaq məhv olmaq haqqında düşündü. Yetkin insana çevrildikdən sonra isə keçmişi ilə hesablaşmaq qərarına gəldi. Ən əsası isə onu demək lazımdır ki, biz bəzən yuxular, xəyallar və reallıq arasındakı sərhədi pozuruq və bunu edərkən heç də həmişə şüurumuzla hərəkət etmirik.