STALKER

“Stalker” filmini izləməyə özümü uzun müddət idi ki hazırlayırdım. Elə bil imtahana hazırlaşırdım. Öz-özümə çoxlu suallar verirdim. Çünki, Tarkovski yaradıcıllığı ilə “Solyaris” sayəsində tanış idim, müəyyən mənada məni nə gözlədiyi haqqında xəbərdardım. “Solyaris” filmini başa düşməyə bir xeyli zaman xərcləmişdim. “Stalker”-ə də uzun müddət idi ki, beynimdə yer hazırlayırdım. Film çoxlarının xoşuna gəlib və bir çox kinoman onu “şedevr” kateqoriyasına daxil edir. Filmin ətrafında gurultuku rezonans var. Bu da mənim diqqətimi çoxdan cəlb etmişdi. “Stalker” öz fəlsəfi dərinliyi və düşüncə genişliyi ilə həm Tarkovski yaradıcıllığının, həm də Sovet kinematoqrafiyasının ən məşhur və dəyərli tərkib hissəsi hesab olunur. Xarici süjet xətti Zona adlanan yerdə yerləşən sehrli otağı tapmaq üçün çıxılan səyahətdən ibarətdir. Həmin sehrli otaqda sidq-ürəkdən, qəlbin dərinliklərindən arzulanan bütün arzular çin olur. Bu səyahətdə səyyahlara Stalker kömək o...