Posts

Bitmiş münasibətlər muzeyi | Hekayə-podkast

Image
"Bitmiş münasibətlər muzeyi" Niftiyevin bloqunda ilk hekayə-podkastdır. Cari material mənim 2022-ci ilin dekabr ayında Zaqreb şəhərinə etdiyim səyahətdən ilham alaraq hazırlanıb. Təsvirlər tamamilə real hadisələr və bədii çalarların sintezi əsasındadır. Başqa sözlə, bu işi dinləyərək həm həqiqətdə mövcud olan "Bitmiş münasibətlər muzeyi" haqda məlumatlar əldə edəcəksiniz, həm də mənim şəxsi təəssüratlarımı və qiymətləndirmələrimi eşidəcəksiniz. Bütün dinləyənlərə öncədən təşəkkür edirəm! Qeyd: dinləyərkən qulaqlıqdan istifadə etmək məsləhətdir.

Əhməd Həmid ilə fəlsəfə və fəlsəfə təhsili haqqında | Söhbət

Image
Fəlsəfə bəşəriyyətin sahib olduğu ən qəribə və ən mühüm şeylərdən biridir. Fəlsəfə insanlara çox şey bəxş edib və onu daim nəzər-diqqətimizdə saxlamalıyıq. Gənc filosof və fəlsəfə təhsili alan birisi kimi Əhməd Həmidlə söhbət etmək bu baxımdan çox maraqlıdır. P.S. Texniki səbəblərə görə səs keyfiyyəti bir qədər aşağıdır.

Kanada haqqıda bildiklərimiz və bilmədiklərimiz: Gülər Qasımova ilə söhbət | Söhbət

Image
Budəfəki audio-podkast Kanada ilə əlaqədardır və qonağım dəyərli Gülər Qasımova oldu. Kanadaya miqrasiya, orada təhsil və gündəlik həyatın gizlin qalmış yönlərini müzakirə etdik və mən də öz növbəmdə dörd il yarımlıq xaricdə yaşamaq təcrübəmlə müqayisələr apardım. Kanada çoxlarının marağında olan bir ölkədir və son dövrlərdə azərbaycanlıların sıx miqrasiya etdiyi yerdir. Əminəm ki, Kanada və ümumiyətlə miqrasiya haqda hələ bilmədiyimiz şeylər çoxdur. Odur ki, bu audio-podkast çoxları üçün faydalı ola bilər. Dəvətimi qəbul etdiyi üçün Gülərə çox minnətdaram və bütün işlərində ona uğurlar arzu edirəm.

Daha yaxşı komediya izlə: Loudermilk

Image
"Loudermilk" digər sitkomlardan fərqlidir. İlk növbədə, o qaranlıq komediya janrındadır. Düşündürücülüyü və realizmi izləyiciyə olduqca xoş təsir edə bilərsə də, heç də hamı tərəfindən bəyənilməyə bilər. Son dövrlər izlədiyim ən yaxşı komedik serialdır. Ətraflı yeni audio-podkastımda danışdım. 

Cənubi Qafqaz və Vişeqrad regionunda əməyin məhsuldarlığı: yeni tədqiqat

Image
Bu audio-podkastda həmsöhbətim Seqed Universitetinin iqtisadiyyat üzrə doktorantı Vüsal Əhmədovdur. Vüsal bu yaxınlarda "Croatian Economic Review" elmi jurnalında dərc etdirdiyi məqaləsi ilə Cənubi Qafqaz və Vişeqrad regionlarını əməyin məhsuldarlığı, struktur dəyişikliyi və iqtisadi siyasət perspektivlərindən qiymətləndirib. Düşünürük ki, mövzu təkcə iqtisadçılar və biznes mütəxəssislər üçün deyil, həm də Cənubi Qafqaz regionunu ona olduqca yaxın Mərkəzi və Şərqi Avropa regionu ilə müqayisəli şəkildə başa düşmək istəyənlər üçün də maraqlı olacaq. Vüsalın məqaləsinə keçid aşağıda yerləşdirilib. Structural Change and Economic Growth in Visegrad and South Caucasian Countries  -  https://hrcak.srce.hr/clanak/417778  yaxud da  ResearchGate  platformasında.

Almaniyada yaşamaq, yoxsa yaşamamaq?

Image
"Niftiyevin bloqu" bu aduio-podkast ilə Almaniyada yaşayan parlaq gənclərimizdən olan Cələl Hüseynbəyli ilə olan səmimi söhbəti təqdim edir. Onunla Almaniyada təhsil, yaşamaq və iş təcrübəsi haqda müzakirələr apardıq. Bəzi stereotiplər və gündəlik həyatın az bilinən yönlərinə işıq tutduq. Cəlal olduqca intellektual və çoxşaxəli tərzdə öz Almaniya təcrübəsini bölüşdü. Düşünürük ki, bu audio-podkast Almaniyada yaşamaq istəyənlər üçün maraqlı gələcək və orada yaşayanların da marağına səbəb olacaq. Maksimum dərəcədə sərbəst və səmimi mühitdə hazırladıq ki, dinləyicilər maraqla dinləyə bilsinlər.