Skip to main content

Tez-tez verilən suallar

Oxucular tərəfindən tez-tez verilən bəzi suyallar vardır ki, onlara mütəmmadi olaraq eyni cavabları verməli oluram. Xarici təcrübədə bu özünü "FAQ" termini ilə ifadə edir və geniş tətbiq sahəsi var. Odur ki, mən də bu üsuldan istifadə edib, indiyə qədər mənə tez-tez verilən sullara burada cavab yazacam ki, sizin üçün də cavablar daha tez və obyektiv olsun.

1. Sual: Bloqda olan bütün kitabları oxumusunuzmu? 
Cavab: Bloqda haqqında yazdığım kitabların hamısını oxumuşam. Buna baxmayaraq oxuyub və haqqında yazmadığım kitabların sayı da az deyil. 

2. Sual: Bloqda haqqında yazdığınız bütün filmləri izləmisinizmi?
Cavab: Bloqda haqqında yazdığım bütün filmləri izləmişəm.

3. Sual: Ümumiyyətlə belə bloq yaratmaq ideyası necə yarandı? 
Cavab: Mən uşaq yaşlarımdan oxuduğum kitablar, hekayələr və jurnallar haqqında həmişə uzun müddət fikirləşmişəm. Qaralama kağızlarda tez-tez iki-üç cümlədən ibarət olsa belə fikilərimi ifadə etməyə səy göstərmişəm. Bakalavr təhsili alarkən isə mütaliə sürətinin və miqdarının artması nəticəsində sosial şəbəkələrdə filmlər və kitablar haqqında yazmaq qərarına gəldim. Qısa müddət ərzində kifayət qədər oxucu kütləsi qazandım. Daha sonra qərara gəldim ki, bunu bloq formasında edib işi daha da böyütmək mümkündür. Gördüyünüz kimi 2011-ci ilin dekabr ayından bu günə kimi müxtəlif bloq yazıları yazıram və kifayət qədər təcrübəmin də olduğunu deyə bilərəm. Xüsusilə onu qeyd edərdim ki, mən kitablar və filmlər haqqında yazmağa başlayanda mənə paralel sırf bu mövzuda blogerlik edən bloger tanımırdım ki, onlardan faydalana bilim. Sonradan mənim kimi blogerlərin sayı artdı. Sıraları tez-tez dəyişsə də, düşünürəm ki, yaxşı oxucular və film izləyiciləri həm də yaxşı bloger ola bilərlər. 

4. Sual: Yazılarda müxtəlif mövzulara toxunulur. Belə yazılar yazmaq çətin deyil ki?
Cavab: Hər bir kitab və ya roman ayrı bir dünyadır. Biz oxucular bu dünyalara səyahət edən səyyahlarıq. Bloq yazısı yazarkən istər film olsun, istərsə də kitab ya da roman, çalışıram ki, beynimdəki bütün ac hissələri doyuzdurum və sonra onları sözlərlə ifadə edə bilim. Blogerlikdə fraqmentallıq qaçılmazdır. İstər istəməz nəyəsə toxunanda nə isə kənarda qala bilir. Sonradan üzərinə qayıdıb düzəliş etmək mümkündür əlbəttə ki, amma nəzərə almaq lazımdır ki, bloq yazılarının ən çox oxunan müddəti yazılma tarixindən 10-15 gün müddətində olur. Odur ki, çalışıram bir çox nüansları elə ilk yazıdan əhatə edim. Bəzən çətinliklər olur. Bu çətinlik əsasən yazının mahiyyətinə və planına uyğun araşdırmaların çoxluğunda olur. 

5. Sual: Statistikanı artırmaq üçün nə edirsiniz?
Cavab: Mən heç vaxt statistika artırmaq və şişirtmək məqsədində olmamışam. Çünki bloqum kommersiya xarakterli deyil. Mən yazılarımı kitablara aid facebook qruplarında paylaşıram ki, maraqlananlar oxusunlar. Bir də Tvitter hesabımda bir yazımı orta hesabla 10 dəfə paylaşıram ki, xəbər lentində maraqlananlar oxusunlar. Spesifik olaraq statistika artırmaq mənim üçün mənasız bir şeydi. Əgər bir yazımı bir insan oxusa belə və nə isə öyrənə bilsə, mənə yetər. Həmin bir insan da ilk növbədə müxtəlif fikirlərini bir araya toplayan elə mənim özüm də ola bilərəm.  

6.Sual: Oxucuların sayından hansı tendensiyalar müşahidə olunur?
Cavab: Axtarış sistemlərindən və sosial şəbəkələrdən aktiv istifadə edənlər bloquma tez-tez gəlirlər. Bu da öz növbəsində yeni oxucu kütləsinin yaranmasına səbəb olur. Buna baxmayaraq bloqum 2-3 il bundan öncəyə qədər daha aktiv və dinamik oxunurdu. Son illər insanların informasiya qəbulu kanallarında dəyişikliklər baş verir. İnsanlar əsasən vizual və audio kanallara üstünlük verirlər. Bu da öz növbəsində mətn mənbələrinə təsirsiz ötüşmür. 

7.Sual: Gələcək planlar və prespektivlər haqda nə demək olar?
Cavab:Bloqumun kontentinin üzərində sabit sürətlə və templə çalışmaqda davam edirəm. Qarşıda bəzi yeni format və tərzə imza atacağıma şübhə etmirəm. Qlobal təcrübənin və imkanların təqdim etdiyi faydalardan yararlanmaq lazımdır. 

Comments

Popular posts from this blog

Xalid Hüseyni - Min Möhtəşəm Günəş

Kitabın ingiliscə adı:Khaled Hosseini - A Thousand Splendid Suns Kitabın rusca adı:Халед Хоссейни - Тысяча сияющих солнц Kitabın türkcə adı: Khaled Hosseini - Bin Muhteşem Güneş
Təqdimat: Sevgi – böyük hissdir. Öz saatını, zamanını gözləyən böyük, sirli və dərin sığınacaq... Xalid Hüseyninin 2007-ci ildə dünya miqyaslı bestseller olan «Min möhtəşəm günəş » məhz bu mövzuya aiddir.

Lev Tolstoy - Etiraf

RUS:Лев Николаевич Толстой - Исповедь 
ENG: Leo Tolstoy - A Confession
Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır. Etiraf (Tolstoy)

Robert Kiyosaki - Varlı ata, kasıb ata

Kitabın rusca adı: Роберт Кийосаки, Шэрон Лечтер - Богатый папа, Бедный папа Kitabın ingiliscə adı: Robert Kiyosaki - Rich Dad Poor Dad
There's no money in poetry, but then there's no poetry in money, either. Robert Graves