Mən nə edirəm?
Mən oxuduğum kitablar, izlədiyim filmlər və bir
çox digər mövzularda apardığım təhlilləri bölüşmək və sosiallaşmaq məqsədilə ilə
bu bloqu 2011-ci ildə yaradmışam. Bloqum mənim üçün çox əhəmiyyətlidir. Mən bloq vasitəsiylə
düşünürəm, axtarıb araşdırıram, oxuduğum hansısa kitabı ya da izlədiyim filmi
ikinci dəfə kəşf edirəm, öyrənirəm. Bloq mənə müəyyən oxucu kütləsini dost kimi
də qazandırıb və bunu etməyə davam edir (əgər sən onların arasında
deyilsənsə hələ də gec deyil :)).
Missiyam
Kitablar, filmlər və bir çox digər mövzularda Azərbaycanımızın internet
resurslarını inkişaf etdirmək. Öyrəndiklərimi, bölüşməyə dəyərli hesab etdiyim
məlumatları, araşdırmaları, maraq göstərənlərlə paylaşmaq.
Vizyonum
Azərbaycanın
ən zəngin tərkibli, subyektiv informasiya xarakterli bloqlarından birisinə
sahib olmaq.
Comments
Post a Comment