Posts

Showing posts from January, 2017

Pol Parsons - 30 saniyə ərzində elmi nəzəriyyələr

Image
ENG: Paul Parsons - 30-Second Theories: The 50 Most Thought-provoking Theories in Science, Each Explained in Half a Minute   RUS: Пол Парсонс - Научные теории за 30 секунд Məsələ elmə gəlib çıxanda, çox az şey geniş oxucu kütləsi üçün məlum vəziyyətdə olur. Bizim kvant mexanikasından tutmuş, təbii seçməyədək növbənöv nəzəriyyələrimiz var və onlar hadisələrin niyə görə məhz müşahidə olunduğu kimi baş verdiyini izah etməyə çalışır. Onlardan hansının düz, hansının səhv olduğunu deyə bilməsək də, "Böyük partlayış" kimi nəzəriyyələr bizə nəfəskəsən hadisələr haqqında ümumi mənzərəni görməyə vasitəçi ola bilir. "30 saniyə ərzində elmi nəzəriyyələr" bizə parlaq illüstrasiyalar, maraqlı izah metodları və elmi yanaşma ilə fərqli bir kitabın mövcud ola biləcəyini sübut edir. Elmi nəzəriyyələrlə maraqlanan, onları indiyədək bulanıq bilən insanlar üçün "30 saniyə ərzində elmi nəzəriyyələr" kitabı əsl hədiyyə olacaq.

Entoni Doerr - Görə bilmədiyimiz büsbütün işıq

Image
ENG:  Anthony Doerr  - All the Light We Cannot See RUS:  Энтони Дорр - Весь невидимый нам свет Mari Lora Milli Tarix Muzeyində kilid ustası vəzifəsində çalışan atası ilə birlikdə elə muzeyin yaxınlığında yaşayır. 6 yaşı olanda Mari Lora görmə qabiliyyətini itirir və atası da ona bu səbəbdən yaxınlıqdakı obyektləri özündə mükəmməlcəsinə sığışdıran şəhər maketi hazırlayır. İkinci Dünya Müharibəsi başlayanda, Faşist Almaniyasının Parisi işğal ərəfəsində Mari Lora əmisinin yaşadığı Seynt-Malo qəsrinə getməli olur. Gedərkən, həm də özləri ilə birlikdə muzeyin ən dəyərli qiymətli daşını da aparır...

Xərçəng/ The Lobster

Image
"Xərçəng" xoşbəxtliyi sadəcə cütlüklərin timsalında görən cəmiyyətə olan satiradır. Bu distopik gələcək dünyada, yaxud da alternativ indiki zamanda, özünə uyğun insanı tapa bilməyənlər otelə yerləşdirilir və orada buna nail olmaq üçün müəyyən müddətlik şansa sahiblənirlər. Əgər 45 gün ərzində özlərinə uyğun insanı tapmasalar özlərinin öncədən müəyyənləşdirdikləri heyvana çevrilirlər. Günlərini artırmaq üçün ətrafdakı meşədə yaşayan "üsyankar" yalnız insanları ovlamalıdırlar. Nə qədər çox şikar əldə etsələr bir o qədər onların xeyrinə olur. Yunan əsilli Yorqos Lantimos qara məzhəkəyə əsaslanan absurdizm nümunəsi ilə olduqca təqdirəlayiq iş sərgiləmiş olub. Adi başlanğıcı olan, amma ani süjet döngələrinin köməyilə ağlasığmaz hadisələr burulğanı cəhətdən bol olan "Xərçəng", izləyicinin beynində əsl istixana effekti yaradacaq.

Səməd Behrəngi - Balaca qara balıq

Image
Gəlin qulaq asaq böyük nağıl ustası Səməd Behrənginin səsinə. Baxaq görək, bu nağılda Kiçik Qara Balıq anasına nə deyir:  “…Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən zənn edərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boşu-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur!..”

Çip və Den Hit - Həlledici: həyatda və işdə daha yaxşı qərarları necə verməli

Image
ENG:   Chip Heath, Dan Heath -  Decisive: How to Make Better Choices in Life and Work RUS:  Чип Хиз -  Ловушки мышления: как принимать решения, о которых вы не пожалеете Məni izləyənlər yaxşı bilir ki, mən nə qədər çox roman və bədii ədəbiyyat nümunəsi ilə tanış oluramsa, bir o qədər də çalışıram şəxsi inkişaf mövzularından bəhs edən kitablarla da tanış olum, onları oxuyum, öyrənim və həyatıma tətbiq edim ki, təcrübəm artsın və oxşar problemlərlə üzləşən insanlardan bir addım öndə ola bilim. Son dövrlər bestseller kitablarla da tanış oluram ki, onların niyə görə cəmiyyətdə populyarlıq qazandığını başa düşüm. Bu baxımdan növbəti qurbanım "Həlledici: həyatda və işdə daha yaxşı qərarları necə verməli" oldu.

Toni Erdmann

Image
RU:  Тони Эрдманн ENG:  Toni Erdmann Diqqət! Yazıda səthi də olsa spoylerə rast gələ bilərsiniz. Bu məqamdan narahat olursunuzsa, xahiş edirəm yazını oxumağa davam etmək qərarınıza yenidən baxın.  Vinfrid (Winfried) öz qızı İnesi görə bilmir. Həyatı bir o qədər də rəngarəng keçmir və qərara alır ki, qızının çalışdığı şəhərə, Buxarestə getsin və onunla ünsiyyətini bərpa etsin. Hərgah ki, coğrafi dəyişiklik baş verir, amma yenə də onların bir-birinə uzaqlığı dəyişmir. Vinfirdin qəribə zarafatları onu Toni Erdmana çevirir. Sonrakı dəyişikliklər isə onun qızı ilə olan münasibətlərinə bəzi dəyişiklikləri icra edir. Bütün səylərdən sonra İnes başa düşür ki, onun eksentrik atası həyatında müəyyən yerə və rola sahib olmalıdır.

Fobiyalarım

Image
Bir qədər şəxsi xarakter daşıyan bu audio podkastda mən özümün fobiyalarım haqqında söhbət açdım.

Malkolm Qladuel - Kənardakılar: uğurun tarixçəsi

Image
ENG:  Malcolm Gladwell - Outliers: The Story of Success RU:  Малкольм Гладуэлл - Гении и аутсайдеры: Почему одним все, а другим ничего? Öz kitabı ilə Malkolm Qladuel bizə niyə görə uğur qazanan insanların hamıdan fərqləndiyini və uğurlarının kökündə nəyin dayandığını araşdırmağa çalışır. Maraqlıdır ki, müəllif müxtəlif millətlərin, mədəniyyətlərin, cəmiyyətlərin və ölkələrin nümayəndələrini araşdıraraq, onların həyatlarını ilmə-ilmə nəzərdə keçirir və çox maraqlı məlumatlarla digər insanların da uğurlu həyat hekayəsinə imza atmağa vəsilə olur. O, yaxşı futbolçu, proqram mühəndisi, niyə görə Asiyalıların riyaziyyatda yaxşı olduğunu və "Bitlz"ın hansı səbəbdən ən yaxşı rok musiqi qrupu olduğunu izah etməyə çalışır.

Rey haqqında/ About Ray

Image
Nyu Yorkda bir dam altında yaşayan ailənin bir üzvü, Dolli adlı lezbiyan qadının nəvəsi, Meggi adlı qadının isə övladı olan keçmiş Ramona, cari isə Reyin cinsini dəyişməsi qərarı hamının həyatını alt-üst edir. Onun bu qərarına qarşı çıxmasalar da, mövzu necəsə hamını bir-birinə bağlayır və keçmişdən bu günə sürünə-sürünə gəlib çıxan bir çox müəmmalara işıq salır. Megginin cavanlıqda etdiyi səhvlər ucbatından indi o, Reyin bioloji atasını axtarıb tapmalı və əməliyyat üçün onun icazəsini təmin etməlidir. Hadisələr zənciri isə heç də bu qısa nəql kimi bəsit formalaşmır.

Qardaşların dueli

Image
ALM: Duell der Brüder - Die Geschichte von Adidas und Puma RUS:  Дуэль братьев. История Adidas и Puma "Qardaşların dueli" filmi Almaniya və bütün dünya ayaqqabı sənayesinin aqibətini dəyişməyə müvəffəq olmuş Adolf və Rudi Dassler qardaşlarının həyatından bəhs edir. Film iyirminci əsrin əvvəllərini təsviri ilə başlayır və qardaşların arzuları və xəyallarını qabarıq formada təsvir edir, lakin sonradan onlar arasında hər şeyin belə asan olmadığını görürük. Münaqişələr sayəsində qardaşlar özlərinin ayrı-ayrılıqda "Adidas" və "Puma" şirkətlərini qururlar. Başqa sözlə ifadə edəsi olsaq, "Qardaşların dueli" filmi qardaş münaqişələri zəmnində nə ilk, nə də axrıncı əsər olacaq, amma Almaniya tarixi və məşhur brendlərin dramını yaxşı əhatə etdiyinə görə, filmi diqqətəlayiq hesab etmək olar.

Niyə gənclər yazmağa tələsir?

Image

Pol Blum - Həzzin iş prinsipi

Image
ENG:  Paul Bloom - How Pleasure Works: The New Science of Why We Like What We Like RU:  Пол Блум - Наука удовольствия. Почему мы любим то, что любим Bakirə ilə seks fikri kişilərin böyük əksəriyyətini ehtirasa gətirir. Orta statistik amerikalı gündə 4 saatını televiziya qarşısında keçirir. Abstrakt rəsm əsərləri milyonlara satıla bilər. Uşaqlar xəyali dostları ilə oynamağı çox sevirlər. İnsanlar avtomobillərini ölümcül nəticələrə səbəb olmuş qəzaya baxmaq üçün saxlayırlar, sonra da kinoteatra gedərək qəmli bir filmə baxıb canı-dildən ağlayırlar. Bəs yaxşı bütün bunları biz nəyə görə edirik? Pol Blum da məhz bu inanılmaz faktların araxasında dayanan elmi araşdırmağa çalışıb. Qəribə zövqlər və istəklər, heyvani instinktlər, seksə, qidalanmağa, incəsənətə, musiqiyə və nağıllara qarşı duyduğumuz qarşısıalınmaz meyl. "Həzzin iş prinsipi" uşaqlar üzərində aparılan psixoloji təcrübələrdən yola çıxacaraq, fəlsəfə, davranış iqtisadiyyatı, neyro elmlər kimi elm sahələrini özündə

Dekabr ayının (2016) audio icmalı

Image

Frederik Beqbeder - Məhəbbət 3 il yaşayır

Image
RU:Фредерик Бегбедер - Любовь живет три года ENG: Frédéric Beigbeder - Love Lasts Three Years Mark Maronye hesab edir ki, məhəbbət sadəcə 3 il yaşayır və bu sadəcə olaraq təbiətin qanunudur. Onun həyat yoldaşından ayrılmasının səbəbi heç də təbiət qanunları ilə əlaqədar deyil. Sadəcə olaraq yeni sevgi onun qəlbində köhnəsinə yer vermir. Mark öz nəzəriyyəsinə sidq-ürəkdən inanır və nəzəriyyənin labüd etdiyi bütün abstrakt nəticələri səbirsizliklə gözləyir.