Posts

Showing posts from November, 2016

Stiven Kinq - Arıqlayan (Stephen King/Richard Bachman - Thinner)

Image

Nicat Həşimzadə - Qogenin ikinci qadını

Image
Gənc müəllif Nicat Həşimzadənin "Qogenin ikinci qadını" kitabı bizə müəllifin müxtəlif mövzular ətrafında yazılarını oxumağa imkan yaradır. Topluda bir çox dini-fəlsəfi və ailə-məişət mövzularına fərdi və subyektiv yanaşmalar öz yerini tapıb. 

Forresteri tapmaq - Finding Forrester

Image
Fon musiqiləri 1. Over the Rainbow - Finding Forrester 2. "Little Church" - Miles Davis (Soundtrack)

Vaxtından tez qocalanlar

Image
Biz hələ gənc ikən qocaldıq. Amma bunun günahkarları da var və onlar mütləq bir gün cavab verəcəklər! Cavanlığımızı əlimizdən aldıqlarına görə, gəncliyimizi məzhəkəyə çevirdiklərinə görə və ən əsası mənliyimizi itirməyimizə görə... Son vaxtlar vaxtın olması səbəbi ilə bir çox köhnə dostlarımla görüşürəm, hansı ki həm də yeni dostlar qazanmağıma səbəb olur. Bu yoldaşları (yeni dost-tanışları) müşahidə etdikcə özümdən də nə isə görürəm. Çoxları əsasən məndən 3-4 yaş kiçik olan gənclərdə geniş yayılan psixoloji ab-hava məni bir qədər narahat edir. Bu vaxtından tez qocalmaqla əlaqədar olan bir şeydir. Bunu belə adlandırmağımın səbəbi elə mənim də həmin təcrübələrdən keçməyimdir. Bəli həmin məsələni mən özüm də yaşamışam. Hərbi xidmətdən gələndən sonra özümü beş uşaq atası olan işsiz, lakin məhdudiyyətsiz qayğı sahibi bığıburma kişi kimi təsəvvür edirdim. Magistratura təhsili mənə lazımsız bir şey kimi gəlirdi və öz aləmimdə mən ancaq qaz vurub qazan doldurmalı və sadəcə və sadəcə

Cerri Toner - Qulları necə idarə etməli

Image
Jerry Toner - The Roman Guide to Slave Management: A Treatise by Nobleman Marcus Sidonius Falx Джерри Тонер - Как управлять рабами "Qulları necə idarə etməli" antik dövrün "insan resursları meneceri"nin dilindən yazılmış möhtəşəm kitabdır. Roma aristokratı Mark Sinodiy Falks adı altında Kembridc Universitetinin qədim Roma üzrə alimi, elmlər doktoru Cerri Toner gizlənib. Bu səbəbdən kitab olduqca əsaslı mənbələrə söykənir və qədim Romada mövcud olmuş quldarlıq haqqında ətraflı məlumat təqdim edir: qulların əldə edilməsi, onların təhsili və tədrisi, fiziki cəzalar və onların qidalanma rejimləri, ailə mühitində onların rolu və s. Kitab o kəslərə xüsusilə əhəmiyyətlidir ki, onlar əsasən insanlarla işləyirlər. Başqa sözlə, müasir dövrümüzdə "İnsan resursları" adlandırdığımız sahənin peşəkarları, mütəxəssisləri və ya sadəcə bu sahə ilə maraqlananlardır, qədim dövrün insan resursları haqqında ətraflı məlumat toplamaq, həm də müasir dövrün insanları ilə i

Mustafa Məstur - Tanrının ay üzündən öp

Image
Əsərləri 20-dən çox dilə çevrilən cənubi azərbaycanlı Mustafa Məsturu İran,  eləcə də dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri olan “Tanrının ay üzündən öp” romanı çap olunduğu vaxtdan oxucuların və ədəbi tənqidçilərin böyük marağına səbəb olmuşdur. On beş ildə yüksək tirajla 50 dəfədən çox nəşr edilmiş və “Golden Pen” mükafatına layiq görülmüşdür. Məstur həmçinin ədəbiyyatşünas alim kimi də fəaliyyət göstərir. XX əsr Amerika ədəbiyyatının qısa hekayələr ustası Raymond Karverin kitablarını fars dilinə çevirmişdir. 

Aleksandr Belyayev - Ölmüş gəmilərin adası

Image
Aleksandr Belyayevin "Ölmüş gəmilərin adası" əsəri haqqında audio bloq post (podkast). Əsərin rus dilində adı:  Александр Беляев - Остров Погибших Кораблей

Nikolay Starikov - Dolların xilası - müharibə

Image
Николай Стариков - Спасение доллара - война İkinci Dünya Müharibəsinin qalıqları arasından dünyanın bir nömrəli valyutası kimi çıxan ABŞ dolları bu gün də bu mövqeyini qoruyub saxlayır. Onun bu mövqeyini qoruyub saxlamaq üçün üsul və vasitələr elə köhnə məktəblə davam edir, yəni müharibə-müharibə oynamaqla. ABŞ öz valyutasını qorumaq üçün dünyanı xaosa bürüməkdə davam edir. Artıq heç nə stabil deyil. NATO, Avropa birliyi və digər təşkilatlar bu gün dilemmalar qarşısındadırlar. Bəs yaxşı bütün bu hadisələrin fonunda müasir Rusiyanın vəziyyəti necə olacaq? Bu sadə görünən sualın cavabını Nikolay Starikov cavablandırmağa çalışıb. Gəlin görək nə dərəcədə uğurlu alınıb. 

Dino Bussati - Tatar çölü

Image
Dino Buzzati - The Tartar Steppe Дино Буццати -  Татарская пустыня "Tatar çölü" insan övladının şan-şöhrətə qarşı bəslədiyi inanılmaz aclığı və militarizmin tənqdini özündə ehtiva edən gözəl əsərdir. Gənc Covanni Droqo öz hərbi xidmətini başlamaq üçün Tatar çölünə, Bastianı qalasına təyin olunur. Hərgah ki, Covanni hələ addımını qoymadan oradan uzaqlaşmaq haqqında düşünürdü, bir də görür ki, illər keçib və elə hey digərlərinin də səbirsizliklə gözlədiyi müharibəni arzulayır...

Qoqol - Ölü canlar

Image
Мёртвые души - Николай Васильевич Гоголь Dead Souls - Gogol Başda rus ədəbiyyatı olmaqla, bütün dünyada öz inanılmaz dərəcədə möhtəşəmliyi ilə seçilən "Ölü canlar", ilk dəfə 1842-ci ilin may ayında çap olunub. Belə şedevrin dünyaya gəlməsində Qoqolun verdiyi məlumata görə Puşkinin rolu çox böyük olub. Bu elə bir əsərdir ki, içinə bütün Rusiya və onun izi ilə gedən cəmiyyətləri sığışdırıb və həqiqi mahiyyətini ifşa edib. Qoqolun "Ölü canlar" əsəri bizə 19-cu əsrin sonlarında, 20-ci əsrin isə əvvəllərində mövcud olan Rusiyaya baxmaq üçün əvəzsiz imkan əldə edirik. Sözsüz ki, həmin dövrün reallıqlarını, insanların dramını və bir cəmiyyət kimi problemləri oxumaq təəssüfvericidir, lakin ondan da qat-qat təəssüfverici odur ki, bəzi torpaqların üstünü alan qara buludlar və üstündə gəzən qara adamlar həmin torpaqları yüz illərlə elə lənətləyirlər ki, vaxt-zaman irəliləsə də, heç nə dəyişmir ki dəyişmir. Bu cürə klassik ədəbiyyat nümunəsi oxumamaq bədii ədəbiyyata

Benjamin Franklin - Benjamin Franklinin avtobioqrafiyası

Image

Bernar Verber - Altıncı yuxu

Image
Бернар Вербер -  Шестой сон Təsəvvür edin ki, siz 20 il bundan öncəyə qayıda və özünüzü gənclik illərində tapıb ünsiyyətdə ola bilərsiniz. Bu zamanda səyahətə olan alternativ, qeyri-texniki baxışdır. Əgər biz əvvəllər zamanda səyahətə daha çox hansısa qurğunun və ya avadanlığın yardımı ilə inanırdıqsa, Bernar Verber bu məsələyə bizə tamamilə fərqli səpkidən yanaşmağa dəvət edir. Bəs yaxşı, gənc sizə nə demək istərdiniz? Nəyi dəyişdirmək istərdiniz? 28 yaşlı cavan Jak Klyayn yuxusunda görür ki, ona çox bənzəyən birisi gəlib iddia edir ki, o, 48 yaşlı Jak Klyayndır və kəşf etdiyi xüsusi metod vasitəsi ilə yuxu ilə zamanda səyahət edə bilir. Gənc Klyaynın o qədər sualları var ki, özünün yaşlı formasını heç yerə buraxmaq niyyətində deyil, lakin özü itirib-tapdığı böyük macəralar fırtınası onu heç yuxularında da görmədiyi yerlərə apardı və bəşəriyyət üçün böyük kəşfə imza atdı.

Anacan - Mommy - Мамочка

Image
Bəzən gözəl dostluq, qarşılıqlı səmimi münasibətlər sağalmaz xəstəlikləri belə müalicə edə bilir. Bu filmdə də məhz belə münasibətlərdən söhbət gedir. Sözün düzü, mən nə ilə qarşılaşacağım haqqında az da olsa belə məlumat sahibi deyildim. Filmin irəliləyən dəqiqələri isə mənə Diana, Kayla və Stivin timsalında möhtəşəm dostluğun nümunəsini göstərdi. Bu elə bir dostluğa nümunədir ki, insana həyatının hər anını unudulmaz etməyə və onu doyunca yaşamağında dəstək verir.

Kurt Vonnequt - Çempionlar üçün səhər yeməyi

Image
Kurt Vonnequtun növbəti ən çox sevilən və bəyənilən əsərlərindən olan "Çempionlar üçün səhər yeməyi"ndə, yazıçının ən çox sevdiyi obraz - Kilqor Traur, avtomobil dilerlərindən birisi ilə görüşərək, öz ideya və uydurmalarını həqiqət kimi ona sırıyır. Əslində isə yazıçı bizə elə bir bədii müstəvi hazırlayıb təqdim edir ki, biz orada Amerikada olan siyasət, ekologiya, müharibə, rasizm, seks və uğur haqqında satirik bir şey oxuyaraq həqiqətə bir qədər də yaxınlaşaraq.

Mixail Bulqakov - Ölümcül yumurtalar

Image
Mikhail Bulgakov - The Fatal Eggs Михаил Булгаков - Роковые яйца 1917-ci ilin turbulent inqilab illərini izləyən ərəfədə rus alim-zooloqu, professor Persikov, elə bir şey kəşf edir ki, onun sayəsində canlı orqanizmlərin ölçülərini və reproduktivliyini süni olaraq artırmaq mümkündür. Həmin vaxt həm də qəribə bir xəstəlik bütün Sovet ölkələrinin toyuq-cücələrini məhv edir. Hökümət bu qəribə problemin aradan qaldırılması üçün professor Persikovun bu sınaqdan çıxmamış kəşfini imperiyanın quşçuluq təsərüfatını bərpa etmək niyəti ilə istifadə etmək qərarına gəlir, lakin səhv ucbatından nəinki həmin ölkələri, bütün dünyanı təhlükəyə atacaq vəziyyət ilə qarşılaşırlar. Sosial elmi-fantastika və Sovet inqilabına olan möhtəşəm satira baxımından əsəri Bulqakovun sayılıb seçilən əsərləri sırasına daxil etmək olar. Təsvirlər və süjet oxucunu bu gözəl əsərdən ayırmamaq üçün ustalıqla istifadə olunmuş ədəbi alətlər rolunu oynayıb.

Yohann Volfqanq Göte - Gənc Verterin iztirabları

Image
Johann Wolfgang von Goethe - The Sorrows of Young Werther Иога́нн Во́льфганг Гёте - Страдания юного Вертера Alman kəndlərinin birinə gedən gənc və romantik Verter orada gözəl bir xanım olan Lotteni görərək aşiq olur. Öyrənəndə ki, bu xanım Albert adlı bir nəfərə ərə gedəcək, ona qarşı sevgisini və ehtirasını ram edə bilməyən Verter, tamamilə ümidsizliyə qapılır. 

Əli Novruzov - 7 hekayə

Image
Ümumiyyətlə söhbət əgər hekayələr, xüsusilə də, qısa hekayələr toplusundan ibarət kitaba şərh verməkdən, onun haqqında təəssüratların ifadə olunmasından gedirsə, bunu ayrı-ayrı olaraq bilavasitə həmin hekayələrə etməkdən savayı yol olmur mənim üçün. Çünki, hərəsinin öz ayrı aləmi, süjeti və obrazları olur. Son zamanlar da hekayələr toplusu olan kitablar çox oxuyuram. Buna özümə görə səbəbim var. Əli Novruzovun "7 hekayə"sini də oxumaqda məqsədim ölkəmizin müasir ədəbi nümunələrin təhər-tövrünü müəyyənləşdirmək və prespektivlərin hal-əhvalına baxmaqdan qeyri bir şey deyil. Aşağıda hekayələrə çox qısaca şərh verirəm ki, sizlər də azacıq olsa da, onlar haqqında təsəvvür sahibi olasınız. 

Möcüzələr - Чудеса - Le meraviglie

Image
"Möcüzələr" filmi bir italyan arıçı ailəsinin sadə, zərərli təsirlərdən uzaq, saf və təmiz həyatını təsvir edir. Ata Volfanq və ana Angelika lüksdan uzaq, televiziyanın və dəbdəbəli geyimin təsirindən kənar olaraq qızlarını böyütməyə çalışırlar. Onları xoşbəxt ailə adlandırmaq olmaz. Volfanq emosional və qeyri-müəyyən insandır, Angelika isə maliyyə ehtiyacları baxımından çox narahatdır. Onlar həyatlarını arıçılıq və balın hazırlanması ilə təmin edirlər. Ailənin böyük qızı ailə biznesini bir televiziya şousuna üzv etdikdən sonra isə onlar özlərini uzun müddət yad olan dəbdəbəli və əyləncəli bir reklam və kommersiya dünyasında tapırlar. "Möcüzələr" olduqca realistik və bəzən də sənədli film deyiləcək dərəcədə gözəl bir filmdir. Əsas obraz isə atasına qarşı sadiqliyimi, yoxsa öz arzularını gerçəkləşdirməyinmi düz olduğuna qərar verə bilməyən gənc qız Gelsominadır. 

Herman Kox - Nahar

Image
Herman Koch - The Dinner Герман Кох -  Ужин Bir yay axşamı Amstredamın elit restoranlarının birində görüşən iki ailə. Ləziz yeməklərin və yemək ləvazimatlarının zərif cingilti sədaları altında bayramların mənasızlığı və işləməyin banallığı haqqında söhbətlər gedir. Əslində isə deyilən hər bir boş söz və saxta təbəssümlər dəhşətli münaqişəni maskalayır. Hər iki ailənin də 15 yaşı oğlu var. Bu oğlanlar dəhşətli bir iş görərək video kameraya çəkmiş və beləliklə də özlərini və ailələrini təhlükə altına atmışlar. Bütün bunlar sadə bir nahar ərzində üzə çıxır, lakin ailələr öz sevdiklərini necə müdafiə edəcəklərini də yaxşı bacarırlar. Hətta bunun üçün bir-birilərinə zərər vurmalı olsalar belə...