Posts

Showing posts from October, 2016

Oktyabr ayının audio icmalı

Image
Fon musiqiləri  1. Upbeat Ukulele Background Music - That Positive Feeling by Alumo 2. Future Technology - Royalty Free Music | Commercial Background Music | Audiojungle

Robert Hovard - Qara caynaqlar və başqa hekayələr

Image
Məşhur "Vəhşi Konan"ın müəllifi olan Robert İrvin Hovard 1906-cı ildə anadan olub. 9 yaşından yazıçı olmaq arzusunda olan bu yazıçının hekayələr toplusu ilə tanış olandan sonra onun bu ada həqiqətən də layiq olduğunu gördüm. Əlbəttə, deməzdim ki, "Qara caynaqlar" və oxuduğum başqa hekayələr çox ürəyimcə oldu, lakin gözəl bədii təsvirlər və maraqlı hadisələr oxucunu həyəcanlandıra bilir. 

Periscope təcrübəm?

Fon musiqisi - Addal vs Mida feat. KiFi - High (Radio Edit)

Edqar Allan Po - Berenisa və digər hekayələr

Image
Uzun müddət Edqar Allan Ponun məşhur hekayələri və irihəcmli əsərləri ilə tanış olmaq istəyirdim. Eləcə də həmişə elə bilmişəm ki, onun hekayələrini oxumaq üçün gərək oxucu nə isə xüsusi əhval-ruhiyyədə, onun əsərlərinin atmosferinə identik ruh halına malik olmalıdır. İstənilən an, istənilən yerdə və zamanda onun əsərlərini oxumaq olmaz. Bu bir növ yazılmamış qanundur. Qəribədir ki, son vaxtlar həyatımda baş verən dəyişikliklər məni məhz Ponun əsərləri üçün zəruri olan əhval-ruhiyyəni təmin etməkdə uğurlu nəticələr əldə etdilər. Ona görə başladım bala-bala onun hekayələrini oxumağa. Hekayələrdən qazandığım təəssüratları və öyrəndiklərimi aşağıda elə oxuduğum ardıcıllıqla sizlərlə də bölüşürəm. Bir şeyi də deyim ki, onun hekayələri haqqında nə isə yazmaq həqiqətən də o qədər də asan bir şey deyil. Təsvir olunanlar elə qəribə, bulanıq və sürreal aləmdə baş verir ki, təsvirlərin özünü başa düşmək belə böyük uğur hesab olunar, qaldı ki mənanı dərk edəsən. 

Həqiqi dedektiv - True Detective - 2-ci mövsüm

Image
Həqiqi dedektiv - True detective - 2-ci mövsüm haqqında audio podkast.  Fon musiqisi - Leonard Cohen - Nevermind

Məhdudiyyətsiz - Limitless

Image

Anton Çexov - Albalı bağı

Image
Антон Павлович Чехов -  Вишнёвый сад Anton Chekhov - The Cherry Orchard Bu pyesin cümlələri arasında özlərini gülərüz göstərən, lakin kədərli keçmişə və ümidsiz dərəcədə tənha olan obrazlarla tanış ola bilərsiniz. Borclarını ödəmək üçün başda möhtəşəm dərəcədə gözəl olan albalı bağlı malikənələrini satmaq məcburiyyətində olan Qayev ailəsi, düşdükləri bu qəribə vəziyyəti qəbul edə bilmirlər. Çexovun bu pyesi bu gün də dünyanın bir çox yerində, bir çox dilində səhənələşdirilir və teatr tamaşaları formasında izləyicilərlə görüşə gəlir. 

Coş Kaufman - Öz-özünə MBA

Image

Jül Vern - Yaşıl şüa

Image
The Green Ray - Jules Verne Зеленый Луч - Жюль Верн Morninq Post qəzetinin yaşıl şüa haqqında olan yazısını oxuyandan sonra, gənc və cazibədar şotland xanımı Yelena Kempbell, onun üçün əmiləri tərəfindən nəzərdə tutulan toyu təxirə salıb, yaşıl şüa ovuna çıxır. Məqalədə bu şüanın insanın ağlına və ruhuna olan möhtəşəm dərəcədə müsbət təsirindən bəhs olunur və onu görənlərin uzunmüddətli xoşbəxtliyə nail olduqları qeyd edilir. Bu macərada Yelenanı əmiləri Sem və Sib Melvil, geoloq tanışları və təsadüfən tanış olacaqları rəssam müşayət edir. Onlar bu yolda müxtəlif fırtınaları və maneələri aşaraq, iradələrini əsl sınağa çəkəcəklər və həqiqi mənliklərini, xoşbəxtliklərini tapanadək təslim olmayacaqlar. 

Frans Kafka - Atama məktub və digər hekayələr

Image
Atama məktub Frans Kafkanın atası Herman Kafka tamamilə normal insandır. Heç bir anormal davranışları və ciddi psixi natarazlıqları yoxdur. Sadəcə olaraq müəyyən məqamlarda özünü tərbiyəsiz aparan bir kəsdir və Fransla olan münasibətləri də standart ata-oğul münasibətlərindən çox da ciddi kənara çıxmır əslində. Çünki Kafkanın yazıçılıq qabiliyyəti bu münasibətləri verbal olaraq təsvir edib. 

Cek London - Oğurluq

Image
Jack London - Theft    Джек Лондон - Кража  Marqaret Çalmers, 27 yaşlı, yetkin, gözəl bir qadın. Bu gözəl xanım lazım olanda intellektual və dünya görüşü zəngin və bəzən də xudbin birisinin, lazım olanda da qadınsı kimliyinin ehtivası olan emosional və incə şəxsiyyətin daşıyıcısına çevrilə bilir. O, Tomminin anası, Tomun arvadıdır. Atası kapitalistlərin şahıdır. Hovard Noks isə, bəlkə də başqa şərtlərin diktəsi altında gözəl bir şair ola bilərdi, lakin iş elə gətirib ki, gəlib siyasətçi olub. Özü də elə bir siyasətçi ki, adəti üzrə olmayaraq bütün insanlığı, cəmiyyəti və ən əsası Amerikanın sadə və zəhmətkeş xalqını sidq-ürəkdən sevir. Boş yerə o, dəfələrlə xəyalpərəst olararaq adlandırılmır. Ona görə o, amerikalıların ən əsas problemini - dolanışıq problemini həll etmək istəyir. Əks cəbhədə isə çirkli oyunları ilə Amerikanı uçuruma aparan siyasətçilər və kapitalistlər var. Onların arasında yaranan bu mübarizə sadə insanların yuxuda olarkən görmədikləri, eşidmədikləri elə çəti

Həqiqi dedektiv - True Detective

Image
Fon musiqisi The Handsome Family - Far From Any Road

Kurt Vonnequt - Pişik üçün beşik

Image

Ted Çanq - Sənin həyatının hekayələri

Image
Ted Chiang - Stories of Your Life Ted Çanq amerikalı elmi-fantastika yazıçısıdır. İxtisasca informatika mütəxəssisi olan Ted, hal-hazırda Bellvyuda, qız dostu ilə birlikdə yaşayır. Yazıçı "Babil qülləsi" əsəri ilə debüt edib və əsər ona Nebula və Hüqo mükafatları başda olmaqla bir çox nominasiyada mükafat qazandırıb. Onun "Cəhənnəm Allahın olmadığı yerdir" və "72 hərf" kimi əsərləri də ona bir çox mükafatları və məşhurluğu qazandırıb. Onun əsərlərində yaradılışla əlaqədar bəşəriyyəti narahat edən əbədi suallar, dini məsələlər və bir çox digər maraqlı fəlsəfi məqamlar elmi yanaşmalarla dəstəklənərək bədii formada oxuculara çatdırılır. "Sənin həyatının hekayələri" Yer planetinə qonaq gəlmiş yadplanetlilərlə ünsiyyət qurmağa çalışan alimlər və hökümətdən bəhs edən kiçik və maraqlı hekayədir (?). 

Bir fərdin antiutopiyası

Image

Somnus

Image
Başına kədərli hadisələr gələn kosmik gəmi kapitanı köhnəlmiş kosmik gəmidə son missiyasını uğurla yerinə yetirmək üçün əlindən gələni edir. Gəminin kiçik heyəti uğurlu nəticələr əldə etmək istərkən bəlli olur ki, daha demə gəminin planları ayrıdır. Nəticədə bir "hadisə" sayəsində heyət Somnus adlanan astoroidə eniş etməli olur. Günəş sisteminin bu gözdən uzaq guşəsində isə qaranlıq keçmişli və qorxulu planları olan insanlar var. 

Pandorum

Image
1969-cu il - İnsan ilk dəfə Aya ayaq basır. Dünya əhalisi: 3.6 milyard 2009-cu il - Kosmosun dərinliklərində Yerə bənzər planetləri araşdırmaq üçün Kepler teleskopu istifadəyə verilir. Dünya əhalisi:  6.76 milyard 2153-cü il - Paleo adlı zond Tanis planetinə enir. Dünya əhalisi: 24.34 milyard.  Su və ərzaq qıtlığı adi bir şeyə çevrilib.  2174-cü il - Yerin məhdud ərzaq və su resursları üstündə olan mübarizə öz pik həddinə çatır. Elizium kosmik gəmisi yola düşür. 

Canluka Vakki kimdir?

Image
Fon musiqiləri - Rypejakten 2013 - K-391 feat. Ine Julia - What So Not - High You Are (Branchez Remix) - Flux Pavilion - Freeway (Flux Pavilion & Kill The Noise Remix)

Audio podkastinq və ölkəmiz

Image

Kurt Vonnequt - 5 nömrəli sallaqxana

Image
Slaughterhouse-Five - Kurt Vonnegut Бойня номер пять, или Крестовый поход детей - Курт Воннегут ABŞ yazıçısı Kurt Vonnequtun absurd janrda yazılan "5 nömrəli sallaqxana" əsəri Billi Piliqrim adlı obrazın Tralfamador planetindən olan yadplanetlilər tərəfindən oğurlanması və onun zamanda olan səyahətlərindən bəhs edən əsərdir. Biz oxucu olaraq Billi ilə birlikdə onun bütün həyat fazalarını yaşayır və ən əsası İkinci dünya müharibəsində ABŞ-lı müharibə əsiri kimi Drezdenin bombalanmasının şahidi oluruq. 

Swiss Army Man

Image

Günəş işığı - Sunshine - Пекло

Image
Kosmik gəminin heyəti 2057-ci ci ildə sönməkdə olan Günəşi "təmir" etmək üçün onun yaxınlığına gedərək, xüsusi atom bombası vasitəsi ilə, xəstəlikli zonanı aradan qaldırmağa çalışır. Günəşimiz ölür. Ölümcül xəstədir. Onu sağaltmaq üçün birinci cəhd uğursuz alındı və ikinci cəhd bu heyəti onunla qovuşdurmaqda bütün potensialını istifadə etməlidir. Görəsən, onlar bu missiyanın öhdəsindən gələ biləcəklər? Hansı çətinliklər qədim dövrlərdən bu yana insanın ibadət obyekti olan Günəşə getməyə mane olur? Görəsən, həqiqətənmi bu dəfə Günəş bizi yox, biz Günəşi isidəcəyik? Bütün bu maraqlı suallara kosmik macəra və kosmik dəhşət janrında cavab verməyə çalışan "Günəş işığı" filmi kifayət qədər diqqətəlayiqdir. 

Knut Hamsun - Aclıq

Image
Knut Hamsunun monoxrom dünyasında xoş gördük hamınızı. Əgər toxsunuzsa, təcili olaraq acmağı məsləhət görürəm. Yalnızca acqarnına kitabın rəngsiz, lakin kontrastlı dünyasına qərq olmaq olar. Ona görə də gəlin görək bu dünyada aclıq adlanan fiziki ehtiyac insan övladını necə dəyişdirir. Adi sıravi dünyada bunu belə aydın görə bilməzsiniz, çünki insan selindən biz ayrı-ayrı insanlara fokuslanmaq bacarığımızı çoxdan itirmişik. Biz insanları "digərləri", "hamı" və ya "başqaları" çətiri altında toplamışıq ki, üstümüzə onların axmaq söz-söhbətləri yağmasın. Gəlin aydınlaşdıraq görək bu rəngsiz dünyada aclıq birinci insanın əlindən nəyi alır. Şərəfimi, vicdanımı, ləyaqətimi, kişiliyimi, sevgini, sevmək qabiliyyətinimi, özünəhörmətini, özünəinamı, namusunu, yoxsa aclıq sadəcə mədə və bağırsaqda olan boşluqdur ki asanlıqla doldurula bilir, lakin hər qidaya da razı olmur? Bəlkə bu elə bir şeydir ki, insan onun səsinə səs verməsə də olar?!

Sentyabr ayı nə ilə yadda qaldı? (Audio podkast)

Image
Bloq yazıları və audio podkastlar: 1. Sun Tzu - Müharibə sənəti 2. Deniel Pink - Conni Bankonun macəraları  3. Filip Dik - Ubik  4. Kurt Vonnequt - Titanın sirenaları 5. Kurt Vonnequt - Allah canınızı sağ eləsin, Cənab Rozuoter 6. Xan Abdulla - Məsihin qanı 7. PK 8. Firon - Фараон 9. Məni heç vaxt buraxma Fon musiqiləri Rhye - Open Glass Animals - Pools Shura - Just once Pale - Too much