Posts

Showing posts from August, 2016

Avqust ayının hesabatı (Audio podkast)

Image

Ziqmund Freyd - Yuxuların yozumu

Image
The Interpretation of Dreams by Sigmund Freud Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır. 

Oxşar - The Double - Двойник (Audio bloq post)

Image

Kamal Abdulla - Sehrbazlar dərəsi

Image
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub.  Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar  dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən  sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.  

Vladimir İliç Lenin - Dövlət və inqilab

Image
Vladimir Ilyich Lenin - The State and Revolution Ле́нин - Государство и революция Demokratiya azlığın çoxluğa tabe olması deyil. Demokratiya hakim sinifin aşağı sinifləri istismar  etməsi məqsədi ilə azlığın çoxluğa tabe olduğunu qəbul edən dövlətin yaratdığı illüziyadır. "Dövlət və inqilab" əsəri ilə Lenin sinfi cəmiyyətdə baş verən istismarı (proletariat və burjuaziya arasında) "qanun" və "demokratiya" adı altında necə qanuniləşdirdiyini göstərir. Karl Marks və Fredirik Engelsin əsərlərinə əsaslanan Lenin, dövlət adlanan prazit quruluşun sinfi cəmiyyətin mənafelərinə necə xidmət etdiyini açıq-aşkar, keçmiş təcrübələrə əsaslanaraq təhlil edir. O, eyni dərəcədə aşkarlıqla sinfi münaqişənin niyə görə inqilaba səbəb olacağını da izah edir. 

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Image
Carol S. Dweck - Mindset: The New Psychology of Success Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısıdır.

Ölümdən sonra - After.Life - Жизнь за гранью

Image
  - Axı mən nəfəs alıram! Mən hələ də sağ ola bilərəm.  - Siz insanlar, düşünürsünüz ki, nəfəs alırsınızsa sağsız. Həyatınızdan elə bərk yapışırsınız ki, elə bil nəyəsə dəyir. Həyatına bu dərəcədə bərk yapışmağa dəyərmi heç, Anna?  Nişanlısı ilə mübahisə edən Anna avtomobil qəzasına uğrayaraq bir də dəfn bürosunda özünə gəlir. Eliot Dikon ona deyir ki, Anna ölüb və onun bədəni dəfn mərasiminə hazırlanmalıdır. Onun qəribə ilahi vergisi var: o birisi dünyaya getməyə hazırlaşan ölmüş insanların ruhunu görə və onlarla danışa bilir. Buna baxmayaraq Anna hiss edir ki, hələ ölməyib. Axı o, nəfəs alır. Həqiqətən də hər şey göründüyü kimi deyil...

Stenli Veynbaum - Mars odisseyası və digər planetar hekayələr

Image
Kosmik və elmi fantastika sevənlər üçün Stenli Veynbaumun adı bir o qədər də çox şeyi anımsatmır. Hər nə qədər bizlər Herbert Uells, Ayzek Azimov, Filip Dik, Aleksandr Belyayev, Bob Şou, Robert Haynlayn və digər məşhur elmi və kosmik fantastika yazıçıları haqda zəngin biliklərə malik olsaq da, Stenli Veynbaum haqda eşitməmişik. Bunu müəyyən qədər normal da qəbul etmək olar, çünki onun yaradıcıllığında yuxarıda sadalanan yazıçıların qoyub getdiyi o möhtəşəm əsərlərə bənzər əsər tapmaq bir qədər çətindir. Buna baxmayaraq "Mars Odisseyası və digər planetar hekayələr" öz maraqlı hekayələri ilə oxucuların təxəyyülünə yem ola bilir. "Mars Odisseyası və digər planetar hekayələr"  özündə başda Mars olmaqla müxtəlif planetlərin hekayələrini daşıyır. İrəlidəki qeydimdən də görəcəyiniz kimi, "Mars odisseyası" özünəməxsusluğu ilə elmi-fantastika yazıçıları arasında tanınır. Bütün hekayələr haqda ətraflı məlumat və təhlil təqdim edə bilmək imkanından məhrum olsam da

Kim V. Çan - Mavi okean strategiyası

Image
Kim V. Çan Koreya əsilli biznes nəzəriyyəçi, Fransada, daha dəqiq desək Fontanblü (Fontainebleau) şəhərində yerləşən INSEAD biznes məktəbinin strategiya və menecment professoru və həm də həmin yerdə mövcud olan  INSEAD  Mavi Okean Strategiyası inistitutunun təsisçi-direktorudur. O, 2005-ci ildə yazdığı "Mavi okean strategiyası" kitabından sonra dünyada olduqca məşhurlaşmağa başladı. Gəlin həm müəllif, həm də kitab haqda ətraflı məlumat toplayaq.