Posts

Showing posts from July, 2016

Timoti Ferris - Həftədə 4 saat necə işləməli

Image
Timothy Ferriss  - The 4-Hour Workweek Тимоти Феррис - Как работать по четыре часа в неделю Kitabın ön sözünü, ya da annotasiyasını ingilis dilindən tərcümə etməyə vaxt sərf etmədim. Gəlin birbaşa məsələnin mətləbinə girişək. Belə kitabların kütlülüyü onda görsənir ki, müəllif kor-koranə surətdə bir fəaliyyət növünü seçir və axmaq, uşaq-uşaq cümlələrlə insanları həmin fəaliyyətə stimullaşdırır. "Köhnə qəzet oxumaq" anlayışı bəzilərinizə tanışdır. Bu növ kitabların ən əsas mənfi cəhəti və resurs israfçılığı da məhz budur. Bilinən, artıq danışılan mövzulara yenidən toxunmağa nə ehtiyac var? Bunlar artıq dəfələrlə deyilib, dəfələrlə araşdırılıb. Nə isə yeni və faydalı nə təklif edirsən? Əminəm ki, müəllifin sonuncu suallara veriləcək cavabı yoxdur. Olsa idi, indi biz daha yaxşı konseptli kitab oxuyardıq, nəinki köhnə qəzet. 

Pərviz - Yad dildə

Image
"Yad dildə" romanı son illər oxucu rəğbətini qazanan romanlar sırasında ilkin yerlərdən birini tutur. Roman "Nəsimi" ədəbi müsabiqəsinin "İlin romanı" nominasiyasının qalibidir; "Kultaz" və "MKM" ədəbi portallarında oxucular arasında keçirilən səsvermədə "Ən yaxşı əsər" nominasiyasında ən çox səs toplayıb. "Yad dildə" kitabı satış reytinqinə görə də "Ən yeni ədəbiyyat" seriyasından olan kitablar arasında birinci yerdədir. Nəhayət, bu roman Azərbaycan ədəbi mühitində hazırda ən ali mükafat sayılan "Milli Kitab Müsabiqəsi"nin qalibidir. "Yad dildə" əsərinin ədəbi aləmdə və oxucular arasında bu qədər qəbul olunmasının və sevilməsinin səbəbi nədir? Roman – ölkənin ictimai-siyasi reallığı ilə xalqın mifik-mənəvi, fəlsəfi-ürfani baxışlarını bədii şəkildə birləşdirən bir neçə qatdan ibarətdir. Müəllif əsərin daxili qatlarını bir-biri ilə çox məharətlə əlaqələndirib, siyasi gerçəkliyin ədəb

Stefan Sveyq - Şahmat əhvalatı

Image
Stefan Zweig - Chess Story Стефан Цвейг - Шахматная новелла "Şahmat əhvalatı" məşhur Avstriyalı yazıçının 1942-ci ildə intihar öncəsi yazdığı və ABŞ-dakı naşirinə göndərdiyi son əsəridir. Svayq bu əsəri ilə Nasizmə xüsusi tərz ilə yanaşaraq, insan psixologiyasının dövrünün sosial-siyasi reallıqları qarşısındakı vəziyyətini təsvir edir.   Nyu-Yorkdan Buenos-Ayresə gəmi səyahəti edən sərnişinlərdən bir qismi gəmidə dünya şöhrətli şahmat dahisinin olduğunu öyrənən kimi, onunla əlaqə yaradaraq oyun oynamaq şərəfini əldə etmək istəyinə qapılırlar. Onlar acizanə tərzdə cənab Kentoviçlə şahmat oynayaraq ard-arda məğlub olurlar. Ani bir zaman aralığında naməlum bir sərnişin Kentoviçin rəqibələrindən birinə verdiyi məsləhətlərlə bir oyunu heç-heçəyə bağlaya bilirlər. Daha sonra bu şəxsin həm keçmişi aydınlanır, həm də Kentoviçlə olan oyunlarının aqibəti. 

Sevgi ilahəsi - Godess of Love

Image
Venera, sevgi ilahəsi və eləcə də filmin əsas pratoqonisti yalnız bir qadındır. O, yalnızlığı bütün bədəni ilə hiss edir, onun iztirablarını çəkir. Telefonun kitabçasına "Brayn, mənim sevgim" yazdığı andan etibarən isə aşiq olmağın nə olduğunu başa düşür. Biz bilmirik ki, Venera birinci dəfə aşiq olur yoxsa yox, lakin hərdən mənə elə gəlir ki, aşiq olmaqla sevmək arasında böyük fərq var. Aşiq olmaq daha asi, dəlisov, eqoist bir şeydir. Sevgi isə ali şüur səviyyəsi, insanı daima ehtizazda saxlayan ruhi vəziyyət və qəlbi ekspanansiyadır.  

Corc Bernard Şou - Şeytanın şagirdi

Image
Amerikalı puritan kolonistlərin həyatı azadlıq uğrunda mübarizəyə görə hər gün dəyişir. Bəzi ailələr normal, ənənəvi həyatın prinsiplərinə uyğun olaraq yaşamağa çalışsalar da, müharibə və siyasət onların həyatına müdaxilə edir. "Şeytanın şagirdi" bu pyes üçün qəribə ad ola bilər, lakin məhz bu ad Xristianlığın bütün şəfqətini göstərməkdə uğur qazanır.  "Şeytanın şagirdi" siyası fəndlər, dini reallıqlar və sosial konvensiyalardan bəhs edən, yazıçının İbsenin təsiri altında "yeni dram" janrında yazdığı olduqca maraqlı pyes hesab edilir. 

Maksim Osipov - Günah keçisi

Image
Максим Осипов - Козлы отпущения Günlərin bir günü məktəb vaxtından dostluq edən beş nəfər dost şəhərətrafı yerlərin birində görüşürlər. Bir yerə toplaşaraq söhbət etməyə çox şeyləri var idi, çünki uşaqlıq və gənclik illərinin üstündən çox keçmişdi. Aralarında ən çox uğur qazanan şəxs öz sözünü ədəbiyyat sahəsində demiş yazıçıdır. Məhz bu şəxs görüşdən sonra qətlə yetrilir. Müstəntiq bu yoldaşların keçmişində bir xeyli qazıntı işləri aparmalı olur ki, heç də kristal aydınlığı ilə ortada olmayan həqiqəti üzə çıxarsın. Bilinən süjet gözlənilməz sonluqla sonlanır və ortaya möhtəşəm eqzistensialist zarafat çıxır. 

Aleksey Apuxtin - Həyatla ölüm arasında

Image
Алексей Апухтин - Между жизнью и смертью Qarşımızda rus ədəbiyyatının qotik proza janrının tanınmış nümayəndəsi "Həyatla ölüm arasında" pyesidir. Yazıçı və şair Aleksey Apuxtininn bu əsəri 19-cu əsrdə məşhurlaşmağa başladı. Olduqca özünəməxsus süjeti və mənası olan pyes bizə dövrünün ədəbi mövzularına xarakter olmayan məsələlərindən bəhs edir: ölmək, öz dəfnini müşahidə etmək, qohumların, yaxınların, qulluqçuların və dostların başsağlıqlarını eşitmək, hansılarının saxta, hansılarının doğruçu olduğunu görmək, möhtəşəm həyat suallarına təmiz şüurla cavab axtarmaq və sonunda yenidən böyük həvəs və istəklə körpə uşaq kimi işıqlı dünyada göz açmaq, zərif səs ilə onu narahat etmək. Ən əsası da, təsvirlər olduqca poetik və ecazkardır.  1892-ci ildə yazılan pyes  1895-ci ildə çap olunaraq geniş oxucu kütləsinə təqdim edilib.  Qəribə orasıdır ki, Apuxtin ruhun bədəndən ayrılmasını mərhələ-mərhələ təsvir edərək olduqca fantastik və mistik pyesə imza atıb. Həmin əsnada insanın ke

Snowpiercer - Сквозь снег

Image
2031-ci ildə iqlim təcrübələri sayəsində qlobal buzlaşma yaşayan planetin sağ qalmış üzvləri dünya ətrafında dövr edən bir qatarın içində yaşamağa davam edirlər. Qatarın əbədi mühərriki onlar üçün lazım olan hər şeyi təmin edir. Dayanmadan hərəkət edən qatarda yaranan sinfi cəmiyyətin təbəqələri arasında yaranan münaqişələr "Möhtəşəm Körtis" üsyanını qaçılmaz edir. Reallıq isə tamamilə başqa prinsiplərin üzərində inşa edilib. 

Banana Yösimoto - Ay işığı kölgəsi

Image
Banana Yoshimoto - Moonlight Shadow  Банана Ёсимото - Тень луны Banana Yösimoto Əsl adı Maxoko Yösimoto olan yapon yazıçısı Banana Yösimoto, 1964-cü il 24 iyul tarixində, Tokionun Bunkyö adlı 23 xüsusi rayonundan birində anadan olub. Çox güman ki, yazıb yaratmaq həvəsini ədəbi tənqidçi, publisist və filosof atası və şairə anasından miras alıb. Özünün qeyd etdiyinə görə 5 yaşından yazmağa başlayan yazıçı, "Ay işığı kölgəsi" əsəri vasitəsi ilə oxuduğu universitetin dekanı tərəfindən mükafata layiq görülüb. Məhz bu məqam ona professional yazıçılıq yolunda addımlamağa stimul verib. "Mətbəx" adlı debüt əsəri isə üç mükafata birdən layiq görülüb. "Mətbəx", "Çuhumi" və "Argentinalı qadın" adlı əsərlərinə isə film də çəkilib. Ümumiyyətlə ötən əsrin 80-90-cı illərini Haruki Murakami və Banana Yösimitonun ədəbi yaradıcıllığının Yaponiyada yüksək dərəcədə populyarlıq qazandığını asanlıqla demək olar. 

İyun ayı nə ilə yadda qaldı? (Audio podkast)

Image

Ejen İonesko - Kərgədan

Image
Ионеско Эжен - Носорог Eugène Ionesco - Rhinocéros Bazar günü günorta saatlarında ani olaraq şəhərin küçələrində peydə olan kərgədan ilk öncə ciddi diqqət çəkməsə də, qısa müddət ərzində onların sayı çoxalır və onları hər yerdə görmək olur. İnsanlar dayanmadan kərgədanlaşmağa başlayır...