Posts

Showing posts from April, 2016

"Breaking bad"-i niyə izlədim? (Audio bloq)

Image
Orta məktəb müəllimi Uolter Uayt öyrənəndə ki, ağciyər xərçənginə düçar olub, maliyyə vəziyyətini yaxşılaşdırmaq və ailəsini ölümündən sonra çətin vəziyyətə qoymamaq üçün metamfetamin hazırlamaq istəyir. Bu məqsədlə Uolter keçmiş şagirdi və məktəbdən uzaqlaşdırılmasında aktiv iştirak etdiyi Cessi Pinkmen adlı şagirdi ilə əməkdaşlığıa başlayır. Bu əməkdaşlıq özü ilə nələr gətirmədi nələr: ölüm, pul, müvəqqəti xoşbəxtlik, ümid, ölüm, yenə də ölüm və yalnızlıq (Film çərçivəsində yazdığım "Breaking bad gündəliyi" yazısını bu keçiddən oxuya bilərsiniz: http://bit.ly/breakingbadgundeliyi )

Sartr - Sözlər

Image
"Sözlər" (1964) Jan Pol Sartrın 59 yaşında qələmə aldığı avtobioqrafik əsəridir. Yazıçı "Sözlər" vasitəsi ilə uşaqlığına səyahət edir, ailəsi, dostları, kitablarla olan ilk tanışlığı və yazıçı olmaq arzusu haqqında söhbət açır: mən öz dinimi tapdım, kitablar mənə dünyada hər şeydən dəyərli oldu. Sartrın uşaqlığı möhtəşəm dərəcədə rəngarəng amma bir o qədər də qəribə tərzdə qüssəlidir. Sartr başda özü olmaqla hər şeyə tənqidi yanaşır. Tənqid, pərdələri aralayıb arxa bağçaya nəzər yetirmək, oyunları ifşa etmək, bax əsl özünükəşf budur. Özünə qarşı cəsarətlə obyektiv olmaq mənəvi böyüklük tələb edən bir şeydir. Atasız böyüyən Sartr bu mənəvi böyüklüyə hələ uşaq yaşlarında nail ola bilir. Yalnızlıqdan qorxmayan və onunda ünsiyyətdə olan yazıçı özü də bilmədən ən böyük dinin - "mən" axtarışının izinə düşür. 

"Breaking Bad" gündəliyi

Image
Uzun müddət idi ki, "Breaking bad" adlı serial diqqətimi cəlb edirdi. Serialın təqdimatını oxuyandan sonra marağım birə-beş artdı. Deməzdim ki, boş vaxtım çoxdur, amma gündəlik həyatımda əlavə stimullaşdırıcı fəaliyyətlərə - filmlərə ehtiyacım var. Odur ki, başladım. Bu gündəliyi isə filmin ilk mövsümündən başlayaraq tutmadım. Müəyyən vaxt keçəndən sonra başa düşdüm ki, izlədikcə məndə yaranan fikirləri harasa yazmalıyam və ənənəvi olaraq oxuduğum bəzi romanlara və filmlərə həsr etdiyim "gündəlik" konsepsiyasını "Breaking bad"-ə də tətbiq etdim. Beləliklə aşağıda 27 mart 2016-cı il tarixindən başlayaraq gündəliklə tanış ola bilərsiniz. 

Haruki Murakami - Dens dens dens - Dance dance dance

Image
"Dens dens dens" Haruki Murakaminin dünya şöhrətli "Siçovul triologiyası"-nın dörd il aradan sonra yazılan yekun hissəsidir. Süjetin mərkəzində sirli və qəddar hadisələr girdabına düşən "Küləyin nəğməsini dinlə", "Pinbol 1973" və "Qoyun ovu"-nda olan eyni həmin obrazlardır. Murakami bu dəfə də səpələnmiş kiçik-kiçik hissələri birləşdirərək qarşımıza bütöv bir mənzərə qoyur. Onu dəyərləndirmək isə sizin "adsız qəhrəman"-la bir-birinizə uyğun olub olmağınızdan asılıdır.