Posts

Showing posts from February, 2016

American History X

Image
İlk öncə daxilimizdəki xeyir və şər döyüşünün nəticəsi müəyyənləşir. Daha sonra digər nəticələr iki qütbə sıx-sıx kümələnir və daha böyük müharibə başlayır. Sonra qalib və məğlub arasındakı fərqlənmə formalaşanda yenə də növbəti döyüşün şeypuru çalınır. Bundan qaçış yoxdur. Uzun zaman öncə bir dənə təməl səhvdən digər səhvlər yaranıb və bu belə də davam edəcək. Kimin qələbəsi yox, mübarizənin mahiyyəti yaşadığımız zaman və məkan kəsişməmizi mənalı edir. - İbrahim Niftiyev 

Xatirələriniz sizi incitməsin!

Image
Bu yaxınlarda Coy Fonix adlı bir qadının "Beyninizi yenidən proqramlaşdırın ki, xatirələriniz sizi incitməsin" adlı onlayn təlimi ilə qarşılaşdım. Diqqətimi cəlb etdi, çünki mənim də beynimdə hər bir normal insan kimi xoş olmayan xatirələrim var və bir çoxlarından fərqli olaraq mən keçmişimə daha çox bağlıyam. Ağrıdıcı xatirələri tez-tez, yenidən və yenidən beynimdə ora-bura hərləyərək özümə əzab verdiyim günlərim heç də az olmayıb. Hər nə qədər düşünsəm də ki, vaxt-zaman çox şeyi həll edir, daha yaxşı həyat keyfiyyəti, sağlam psixologiya, yaxuda da daha metaforik ifadə ilə abad bağ-bağat sahibi olmaq üçün özüm bilavasitə səy göstərməli, əziyyət çəkməliyəm. Bu heç də asan bir şey deyil. İradə və dərin inam tələb edir. Coy da öz növbəsində təliminin ilk hissəsində onun üçün uzun müddət əzabverici bir çox xatirələrdən bəhs edir. Daha sonra şüuraltının gücü haqda qısa məlumat verərək, özək xatirələr haqda "İnside out" animasiyasından nümunə verərək bəzi izahlar e

3:0 məğlub oldum

Image
Yenə də izlədiyim və bir o qədər də bəyənmədiyim son 3 film haqda söhbət açmaq istəyirəm. Filmlər haqda ayrı-ayrılıqda yazıb rejissorlarına fərdiyyət lüksu kimi hədiyyə vermək istəmirəm. Odur ki, gəlin qısaca olaraq "Room", "Steve Jobs" və "Mafiya: sağ qalmaq oyunu" filmlərinə nəzər salaq və onların müasir film həvəskarı üçün hansı səbəbdən yararsız olduqlarını başa düşək. 

Onlayn təhsil: yeni imkanlar, yeni prespektivlər

Image
ABŞ tərəfindən bütün dünyaya təklif olunan MOOC, yaxud da sadəcə onlayn kursları əhatə edən təhsil proqramı ilə 2015-ci ilin yay aylarında tanış oldum. İlk vaxtlar olduqca qeyri-müəyyən bir təhsil vasitəsi kimi başa düşdüyüm onlayn kurslar, bu gün artıq həyatımın ayrılmaz hissəsinə çevrilib. Onlayn kurslar vasitəsi ilə mən son 8 ayda özümü yenidən kəşf edərək, yeni maraq dairələrini kəşf etmişəm. Hətta bu gün mən belə düşünürəm ki, bundan sonra özümdə onlayn təhsilsiz yeni bacarıqlar inkişaf etdirə bilmərəm. Bu baxımdan son 8 ayda qazandığım onlayn təhsil təcrübəsini qısaca olaraq sizinlə də paylaşıram. Təəssüflər olsun ki, vaxt azlığı səbəbi ilə bir çox şeyə qısaca toxunmalı olacam. Daha ətraflı məlumatı axtarış sistemlərindən istifadə edərək müxtəlif xarici dillərdə rahatlıqla əldə etmək mümkündür. 

Donald Norman - Gündəlik əşyaların dizaynı

Image
Дональд Норман -  Дизайн привычных вещей Donald A. Norman -  The Design of Everyday Things Donald Artur Norman koqnivistika, dizayn və istifadəçi mühəndisliyi sahəsində böyük şəxsiyyət hesab olunan amerikalı alimdir. 1957-ci ildə Massaçuset Texnologiya Universitetini bitirən Donald, elektrotexnika və kompüter elmləri sahəsində bakalavr dərəcəsi alır. Doktor dərəcəsini isə riyazi psixologiya sahəsini öyrəndiyi Pensilvaniya Universitetindən əldə edir. Bir çox Amerika və Avropa universitetlərinin fəxri professoru olan Donald, Britanika Ensiklopediyasının konsultasiya şurasına da daxildir. 2006-cı ildə kompüter və koqnitiv  elmlərə verdiyi tövhələrə görə "Benjamin Franklin" mükafatı ilə təltif olunub. 

Erik Hoffer - Həqiqi inam sahibi

Image
1951-ci ildə yazılan "Həqiqi inam sahibi" sosial psixologiya kontekstində kütlə hərəkatlarına istiqamət verən insan şəxsiyyətlərini təhlil edən kitabdır. Kütlə hərəkatları niyə yaranır, inkişaf edir və sonlanırlar? Müxtəlif kütlə hərəkatları arasında oxşar cəhətlər nələrdir? Hoffer kütlə hərəkatlarının birində o birisinə necə transformasiya olduğunu və necə daima motivasiya tapdığı haqda olduqca gözəl arqumentlər irəli sürüb. İstər dini olsun, istər siyasi, istər milliyətçi və istərsə də radikal fanatiklərin xülyalarına əsaslanan hərəkat olsun, hər bir halda onlar eyni vasitələri, nəzəri alətləri, strategiyaları və taktikaları istifadə edəcəklər. Kitab Faşizm, Kommunizm, Nasional sosializm, Xristianlıq, Protestantlıq və İslamdan parlaq nümunələr gətirir. Onu da qeyd edək ki, kitab 1951-2002-ci illər arasında 23 dəfə nəşr olunub.

Casuslar körpüsü - Bridge of spies - Шпионский мост

Image
''Casuslar körpüsü'' filmində hadisələr real tarixi faktlar əsasında baş verir və bruklinli sığorta vəkili Ceyms Donovanın diplomatik təşəbbüslərini əhatə edir. ABŞ-la Sovet arasında nüvə müharibəsi təlatümünü yaradan soyuq müharibənin episentrində özünü tapan sadə sığorta hüquqşünası Donovan, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən U2 adlı kəşfiyyat təyyarəsinin SSRİ ərazisində əsir götürülən amerikalı pilotunu, SSRİ-nin ABŞ-da həbs olunan kəşfiyyatçısı polkovnik Abel ilə dəyişdirmək tapşırığı alır. Könülsüz olaraq qəbul etdiyi bu tapşırıq əsnasında əlavə problemlər və əlavə məqsədlər işi daha da qəlizləşdirir. Buna baxmayaraq bütün çətinliklərə qalib gələcək yeganə qüvvənin insan sevgisi olduğu bir daha sübuta yetirilir. 

Yaxşı ilə pis arasında - izlədiyim son 3 film haqda

Image
Digər analoji yazılarımdan fərqli olaraq bu dəfə 3 film haqqında bir yazıda bəhs etmək istəyirəm. İzlədiyim bu son 3 film məndə birmənalı təəssürat yaratmamaqla yanaşı, həm də ifadə edilərək geniş yazıya səbəb olacaq formatda hər hansısa bir təcrübə də yaratmadı. Gəlin sizə onlar haqda qısaca məlumat verim və təəssüratlarımı bölüşüm.