Posts

Showing posts from January, 2016

Ərazi - Территория

Image
''Ərazi'' elə bir yerdir ki, orada insanlar şəxsiyyətlərinə görə sınağa çəkilirlər. ''Ərazi'' şaxtalı tundra ilə Şimal Buzlu Okeanının qovuşduğu əsrarəngiz yerdir. Rəhmsiz Rusiya şimalına meydan oxumağa hamının cəsarəti çatmaz. Geoloq İlya Çinkov ''Ərazi''-də qızıl tapmaq ideyasını reallaşdırmaq üçün sahib olduğu bütün gücünü sərf etməyə hazırdır. 

Tapıntı - Находка

Image
Trofim Rusanov balıq nəzarətçisidir. O, insanları ''oğru və əclaf'' adlandırır. O, nəzarət edir ki, insanlar çaydakı balıqları qanunsuz və icazəsiz ovlamasınlar. Trofim özünü ''qanun'' adlandırır. Günlərin bir günü iş başında olarkən o, təbiətin qoynunda istirahət edən bir qrupu yaxalayır. Onlarla yaşadığı münaqaişə nəticəsində yaşayış məskənindən uzaqda, qarlı şaxtalı meşədə ilişib qalır. Tayqada rastlaşdığı "tapıntı" və başına gələn hadisə, onun həyata olan yanaşmasını başdan ayağa dəyişir...

Öz xəstəliyini sev!

Image
Bir yoldaşın məsləhəti ilə tanış olduğum "Öz xəstəliyini sev" kitabı, düşünmürdüm ki, son zamanlarda oxuduğum ən faydalı və təsirli kitablardan olacaq. Kitab bizə xəstəliklərimizin, başqa sözlə formalaşmış reallığımızın əsl, real mahiyyətini izah etməyə çalışır. Əlbəttə mən bənzər mövzulu müxtəlif kitabları görmüşəm və oxumuşam (məs. Luiza Hey - Düşüncə gücüylə müalicə). Valeriy Sinelnikovun rus elminin və cəmiyyətinin nümayəndəsi kimi Avropa və Amerika ədəbiyyatlarının əksəriyyətindən faydalandığı aşkardır, lakin müəllifin təhkiyə üsulu, nəqletmə bacarıqları, pedaqoji istedadı mənim üçün olduqca canayaxın tərzdədir. Əsl elm insanının, yazıçının və ya ümumiyyətlə digər insanlara nə isə çatdırmaq istəyənlərin həqiqi gücü də məhz bu yerdə özünü göstərir: auditoriya ilə zərif info-energetik fəzada əlaqənin yaradılması. Əgər qarşımızda dayanan şəxs nə isə izah etməyə çalışırsa və gözləyirsə ki, biz onu başa düşək və dərk edək, o, bilməlidir ki, bizim nəyisə başa düşməməyimizin

Haruki Murakami - Qoyun ovu (2-ci hissə)

Image
Haruki Murakami - A Wild Sheep Chase  Харуки Мураками -  Охота на овец "Qoyun ovu" haqda xatirələrimi beynimdə çək-çevir edirdim ki, Murakaminin bəzi hekayələrini xatırladım. Məsələn "Rəqs edən cırtdan". Vaxtilə olduqca yüksək təəssüratlar yaratsa da, Murakami roman ustadıdır deyə öz-özümə düşünməyə davam etdim. O, nə qədər böyük həcmdə yazırsa, bir o qədər o möcüzəli dünyanın mənzərəsini rəngarəng təsvir edir. Bu mövzuya oxşar bir fikri Xulio Kortazar da qeyd edib: Roman həmişə xal hesabı ilə qalib olur, amma hekayə nokaut ilə qələbə qazanmalıdır.  

Haruki Murakami - Qoyun ovu (1-ci hissə)

Image
Haruki Murakami - A Wild Sheep Chase  Харуки Мураками -  Охота на овец 1995-ci il, Prinston, Nyu Cersi.  Haruki Murakami Universitetdə mühazirə oxuyur. Dünyanın ən qeyri-yapon yaponunu dinləmək üçün çoxlu tələbələr - filoloqlar, ədəbiyyatşünaslar, digər ixtisasların tələbələri, digər universitetlərdən və hətta digər ştatlardan gələnlər də var. necə deyərlər iinə atsan yerə düşməz. Yazıçı ana dillilərdən fərqli olaraq ingilis dilində bir qədər asta danışır. Buna baxmayaraq yapon dilində olduğu kimi ingilis dilində də sözləri dəqiqliklə seçir. Nəticədə nitq çox dolğun və ətraflı alınır. Sualların vaxtı gəlib çatır. Kimsə yazıçının süjetin üzərində necə çalışdığı haqda, kimsə də müasir yapon ədəbiyyatında olan tendensiyalar haqda maraqlanır. Sual verənlərdən üçüncüsü isə iti baxışlı və kəskin jestli qız olur:  - Cənab Murakami. doğrudur ki... - ani fasilə yaranır. - Bu doğrudur ki, sizin qoyun patriarxal nizam-intizamda formalaşan sosiumumuzun ibtidai feministik başlanğıc simvo

"Sağ qalmış", yoxsa hiperrealizm iyrəncliyi?

Image
Qarşımızda 19-cu ərsin əvvəlləridi. Bir çox Amerika və Avropa şirkətləri kürk satışı ilə varlanmaq istəyir. Bu məqsədlə bir çox ekspedisiyalar təşkil olunur. Belə ekspedisiyalardan birinə də Hyu Qlass bələdçilik edir. Lakin onun başına bədbəxt hadisə gəlir. Meşədə ayının hücumuna məruz qalan Qlass, heyət tərəfindən sağ ikən ölü kimi qəbul olunmağa başlanır. Bu azmış kimi, Qlassın həyatında ikinci bədbəxt hadisə də baş verir. Qlassı qətlə yetirmək istəyən Fitzcerald onun oğlunu öldürür. Qisas almaq üçün mütləq sağ qalmalı olan Qlass üçün əsl mübarizəsi başlayır. 

Şolom-Aleyxem - Südçü Tevye

Image
 Шолом-Алейхем -  Тевье-молочник  Yəhudi südçü Tevyenin həm kədərli, həm də məzəli, lakin olduqca müdrik hekayələri demək olar ki, bütün dünyanı fəth etmiş və təşrif buyurduğu yerdə oxucuların rəğbətini qazanıb. Əsər dəfələrlə müxtəlif dillərə tərcümə olunub və ekranlaşdırılıb. A.V. Lunaçarskiy yazır: Şolom-Aleyxem gülüş ustadıdır. O, millətin ən köklü dərdlərini gülüşlə üzə çıxarır. 

Müdafiəçi - Concussion - Защитник

Image
Amerika məşhur futbolçuların növbə ilə ölümündən sarsılır. Müəmmalı ölüm dalğası heç kimə güzəştə getmir. Sirri açmaq isə gənc və istedadlı neyrocərrah, əslən nigeriyalı, amma ruhən amerikalı olan Bennet Omalunun üzərində düşüb. Sonradan aydın olur ki, heç də hamı acı həqiqətin üzə çıxmasında maraqlı deyil. Vaxtından tez sönən ömürlər, taptanan hüquqlar və inanılmaz sınaqlar...

Bahalaşan mütaliə: mövcud vəziyyət və alternativlər

Image
Gündəlik həyatımızda Bakı küçələri ilə gəzərkən özümü daha çox Tibetin Şaolin kahinlərinin arasında gəzdiyimin hissinə qapılıram. Hamının ağzında mantra kimi sadəcə və sadəcə "dollar" sözü var. Hamı dollar alıb satmaqdan, "qabağa düşmək"-dən və bütün bu mövzulara oxşar mövzulardan söhbət edirlər. Hal-hazırda Azərbaycan Resbuplikası kainatı dollar impulsunu ötürən coğrafi məkan kimi qeydə alınır. Hər şey dayanmadan bahalaşır, oturduğumuz yerdə halal zəhmətlə qazandığımız maaşımız dəyər itirir. Faciədir, əlavə nə demək olar?!

Deniel Kiz - Elcernon üçün çiçəklər

Image
"Elcernon üçün çiçəklər" (Flowers for Algernon)1958-ci ildə yazıçı Deniel Kiz tərəfindən yazılan və 1959-cu ildə "Fantastika və Elmi Ədəbiyyat" jurnalında işıq üzü görən möhtəşəm əsərdir. Qısa müddət ərzində məşhurlaşan əsər, 1960-cı ildə elmi-fantasika janrının Nobeli hesab olunan Hüqo mükafatına, daha sonra isə Nebula mükafatına layiq görülür. Hərgah əsər ABŞ və Kanadada birmənalı qarşılanmayaraq dəfələrlə kitabxanalardan toplansa da, dünyanın müxtəlif ölkələrində böyük maraqla qarşılanıb və bir çox orta məktəblərdə ədəbiyyat tədris planlarına daxil edilib. Eyni zamanda dəfələrlə müxtəlif televiziya və radio-teatr tamaşalarına və bir çox mükafatlara layiq görülən əsər, "Çarli" kino-filmi ilə kinematoqrafiyada da öz layiqli yerini tutur. 

Pola İks - Pola X - Пола Х

Image
Anonim olaraq yazdığı roman hitə çevrilən, z əngin və qayğısız həyat yaşayan Pyer, gözəl, sarışın xalası qızı ilə evlənməyə hazırlaşır. Yeni roman yazmağa hazırlaşan Pyer, qəflətən qəribə hadisələrin mərkəzinə düşür. Tanımadığı qız onu izləyir. Sanki, onunla əlaqə yaratmaq istəyir. Bu qəribə qızla görüşəndən sonra Pyerin bütün həyatı və taleyi dəyişir. Çünki, İzabel adlı bu qız əslində Pyerin uzun müddət bundan öncə atılan bacısıdır. Pyer bu həqiqəti öyrənəndən sonra dünya haqqında olan bütün dərketməsi alt-üst olur. Mümkünsüz kimi bilinən hərəkəti edir: anasını və zəngin və qayğısız həyatını tərk edərək, İzabellə birlikdə Parisə yola düşür. Yaşadığı cəmiyyətin əclaflıqları. saxtakarlığı və xudbinliyi haqda kitab yazmaq fikrinə düşən Pyer, inanılmaz əzablara düçar olur. Daha sonra gizli cəmiyyətdə sığınacaq tapan Pyer və İzabelin arasında olan münasibətlər getdikcə dəyişir...

H.Murakami - Sahildə Kafka (seçilmiş hissələr)

Image
Hegel "özünüdərk" anlayışını formalaşdırıb. İdeya belədir: insan "mən" və "obyekt" anlayışlarını sadəcə ayrı-ayrılıqda dərk etmir, eyni zamanda "mən" anlayışını vasitəçi qismində olan "obyekt"-in üzərinə proeksiyalayaraq "mən"-i daha yaxşı dərk edə bilər. Özünüdərk budur. Bəzən tale tez-tez istiqamətini dəyişən qum fırtınasına bənzəyir. Ondan canını qurtarmaq istəyirsən, amma o həmin an arxanda peydə olur. Sən başqa istiqamətə getmək istəyirən, o da səninlə birlikdə gedir. Bax beləcə davam edir, sanki, ölüm allahı ilə qəddarcasına rəqs edirsən. Əslində isə qum fırtınası uzaqlardan uçub gəlməyib. O sənin özünsən. Sənin daxilində əyləşən nə isə bir şeydi. Hər şeyə tüpürüb, gözləri yumub, qulaqları tıxamaq kifayət edir ki, fırtınanın içindən keçib gedəsən. Nə günəş var, nə ay, nə də hər hansısa istiqamət. Yalnızca səmanın yüksəkliyində sümüyünü əzən ağ qum dənəcikləri hərlənir. Belə fırtınanı təsəvvür et.

Haruki Murakami - Sahildə Kafka

Image
Haruki Murakami -  Kafka on the Shore Харуки Мураками - Кафка на пляже Getdikcə qovuşan iki böyük süjet xətti bizə 15 yaşlı Kafka Tamuranın ata evindən olan qaçışını və Nakata adlı özünəməxsus qocanın qeyri-adi, mistik və sirli sərgüzəştlərini çatdırmağa çalışır. "Sahildə Kafka" möhtəşəm təfəkkürlü bir yazıçının şüuraltı tunellərini göstərir. Romanı oxuduqca insan qeyri-adi hislər yaşayır. Qarşımızda dayanmadan digər bakirə fəzalar açılır. Maraqlı hadisələr, əhvalatlar və cərəyan edən olaylar təsəvvür üçün yüksəkkalorili qida təsirini bağışlayır. Romanı oxuduqca dəyişən düşüncə tezlikləri təkrarsız təəssüratlar formalaşdırır. Murakami tərəfindən yaradılan alternativ reallıqlar əbədiyyətə olan toxunuşdur. 

Coy - Joy - Джой

Image
Bu yaxınlarda Lonq Aylenddə yaşayan tənha ana Coyun hekayəsi ilə tanış olmaq şansı əldə etdim. Coyun həyatına kənardan olan quşbaxışı belə heç də ürəkaçan deyil: tamamilə xaos və monotonluq. Monotonluğa toxunan sehrli çubuq uşaqlıq arzularını və həqiqi taleni yuxudan oyadır.