Skip to main content

Posts

Showing posts from December, 2015

Salam, Nyu York! - Салам, New York

"Salam, Nyu York!" bir qırğız gəncinin "Amerika arzusu" arxasınca dünyanın ən böyük meqalopolisinə  necə getdiyini göstərən pozitiv və səmimi ekran əsəridir.

Cazibə qanunu üçün 7 sadə üsul

Motivasiya, şəxsi inkişaf və müasir fəlsəfə ilə maraqlananlar üçün inqilabi xarakter daşıyan "The secret" yad anlayış deyil. Son 15-20 il ərzində bu mövzuda yazılan kitablar, məqalələr və digər resursların sayı daima artmaqdadır. Müxtəlif insanlar müxtəlif tərzdə eyni ismarıcı çatdırmağa çalışsalar da, mahiyyət etibari ilə məsələ kifayət qədər sadədir. Bu mövzu ilə əlaqədar son zamanlar daha çox mütailə etməyə çalışdığımdan, müəyyən təcrübənin formalaşaraq artdığını söyləyə bilərəm. Bu səbəbdən udemy.com platformasında öyrəndiyim "Law Of Attraction - 7 Simple Techniques For Manifestation" başlıqlı kurs haqqında və kurs nəticəsində əldə etdiyim bilikləri sizlərlə də bölüşmək istəyirəm. 

Mən qorxmuram!

Bu yaxınlarda maraqlı bir onlayn kurs vasitəsi ilə qorxularımı tanıdım. Sten Hastd (Stan Hustad) adlı spiker mənə düzgün tərzdə və zamanda, ehtiyacım olan motivasiyanı verdi. Tamamilə pulsuz olaraq udemy.com-dan (onlayn kurs platforması) sizin də bir çox dəyərli məlumatlar əldə edə biləcəyiniz kursun tam adını və keçidini paylaşmazdan əvvəl, kursun qısaca mövzusu və şəxsi təəssüratlarımı esse formasında sizlərə təqdim etmək istərdim. 

Yukio Misima - Dənizin artıq sevmədiyi dənizçi

Юкио Мисима - Моряк, которого разлюбило море 

Yukio Mishima - The Sailor Who Fell from Grace with the Sea 
Yaradıcıllığı vasitəsi ilə olduqca yüksək zirvələrə ucalan Yukio Misima, yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən, klasiklərindəndir."Dənizin artıq sevmədiyi dənizçi" əsəri dənizi möhtəşəm macəralar məkanı bilən dənizçi Ryüdzi, dəbli dükan sahibəsi Fusako və onun azadlığını itirməkdən qorxan 13 yaşlı oğlu Noborunun həyat hekayəsindən ibarətdir. İlk baxışda bir-birinə tamamilə uzaq olan bu üç qəhrəmanı qovuşduran və ayıran qəribə qüvvənin fərqinə varmaq isə, çox güman ki, Yukio Misima kimi dahi yazıçıların öhdəsinə düşən vəzifədir. 

Scarface

1980-ci ildə Meyril Harbor (Meyreal Harbor) limanından istifadəyə icazə verildikdən dərhal sonra minlərlə kubalı "Amerika arzusu" arxasınca ABŞ-a təşrif buyurdu. Onlardan biri Mayaminin qızmar günəşi altında zənginlik və hakimiyyət əldə edə bildi. Onun adı Toni Montana olsa da, dünya onu "Çapıqlı Sifət" kimi tanıdı.  

Ötən əsrin 80-ci illərinin qanqster dramı olan "Çapıqlı sifət" təqdim olunarkən heç də uğurlu ekran əsəri kimi tanınmadı. Film cəmiyyətdə və film tənqidçiləri arasında vahid fikir və təəssüratlar yaratmadı. Buna baxmayaraq, vestern janrı kimi, qanqster, mafiya və kriminal motivlər zaman keçdikcə dəyər qazanmağa başladı və bu gün top 250 filmlər arasında yer alan "Scarface" öz epikliyi və lakonikliyi ilə çoxlarının sevimli filmidir.