Posts

Showing posts from August, 2015

Dallas Buyers Club - Далласский клуб покупателей

Image
Ron Vudrofun real həyat hekayəsinə əsaslanan film olduqca diqqətəlayiq maraqlar münaqişələrindən bəhs edir. Həkimlər Rona QİÇS diaqnozu qoyaraq, işlərini qaydaya salmaq üçün 30 günlük möhlətininin olduğunu bildirmişdilər. Ron həyat sevgisi sayəsində bir çox risklərə gedərək qeyri-ənənəvi və qanunsuz hesab edilən dərman preparatlarından istifadə edib ömrünü 7 il uztmağa müvəffəq olur. Həyatda qaldığı günlərdə isə eynilə özü kimi xəstələrə xidmət göstərən biznesi yaradır. 

Ekvilibrium - Equilibrium - Эквилибриум

Image
Hadisələr hislərin qadağan olunduğu gələcəkdə baş verir. Bu insanların müharibələrin olmaması üçün verdikləri qurbandır. Artıq kitablar, musiqi və incəsənət qanunsuzdur. İstənilən hiss isə, ölüm cəzasına məhkum edilən cinayət hadisəsidir. Mövcud qaydaların icrasını təmin etmək üçün "Prozium" adlı dərmandan istifadə olunur. Con Preston adlı hakimiyyət nümayəndəsi qanunları pozanlarla mübarizə aparır. Günlərdin bir günü isə Con dərman qəbulunu unudur. Bu unutqanlıq onun mənəvi oyanışına səbəb olur. Oyanış isə hakimiyyətin ifşasını labüd edir. 

Dördüncü sakin - Citizenfour - Гражданин четыре

Image
Bəzən cəsarətli insanlarla qarşılaşırsan. Bəzən insanlardan birisi sadəcə özünü deyil digərlərini də düşünməyə başlayır. Bəzən insanlar mövcud qayda-qanunların hipnozundan can qurtarmağa müvəffəq olurlar. Kimsə. Birisi. Başqa birisi. Hamı kimi düşünüb bu yazını yazmağa başlayarkən mən Edvar Snouden haqqında yuxulu-yuxulu fikirlər söyləyirəm. Edvard. Bu tamamilə başqasıdır. Yad cəmiyyətin, mədəniyyətin, ölkənin, millətin nümayəndəsi, amma o, məni özünə özgə hesab etmir. O, belə hesab edir ki, heç bir hakimiyyət orqanı səbəbsiz yerə kiminsə şəxsi həyat ın nəticəsi olan şəxsi informasiyasını toplayıb təhlil etməməlidir. Ağırlığına dözülməz bu yükün altına girmək qorxusuzluq tələb edir. Başa düşmürəm insan özündən başqa bir digərini necə düşünə bilər. Milyonlarla digər insandan sənə nə? Nə ehtiyac var axı öz şəxsi rahatlığını nəticəsi bilinməyən proseslərə qurban edəsən. Haşiyə açım əsas yadın kim olduğunu deyim: artıq əsrlərdir ki, siyasi hakimiyyətlər bizə yad insanlar toplusundan ba