Skip to main content

Posts

Showing posts from June, 2015

Arkadiy və Boris Struqatskiy - Körpə

 Аркадий Стругацкий и Борис Стругацкий - Малыш
"Körpə" Struqatskiy qardaşlarının insanların digər planetlərdə həyat axtarışı ilə əlaqədar növbəti maraqlı və poetik əsəridir. Qardaşları təcrübəli elmi fantastika oxucularını daima təəccübləndirməyə müvəffəq olurlar.  Bu yolda onlara qeyri-adi paradiqmalar və qeyri-adi poetik yanaşmalar kömək olur. "Körpə" əsərində insanlar yadplanetli sivilizasiyaları ilə əlaqəyə girməyə çalışırlar. Bunun üçün yadplanetli sivilizasiyası yaşayan "Gəmi" planetinin humanoid olmayan yerli əhalisi tərəfindən böyüdülmüş insan vasitəçilik etməyə çalışır. Bu əsəri özünə görə kosmik mauqli dən bəhs edən əsər kimi də dəyərləndirmək mümkündür. Yazıçıların təqdim etdiyi suallar isə həmişəki kimi düşündürücüdür. 

Tatyana Tolstaya - Kıs

 Татьяна Толстая - Кысь
"Kıs" Tatyana Tolstayanın etnosentrik və postapokaliptik antiutopiyasıdır. Romanda atom müharibəsindən sonra Rusiya ilə nələrin baş verəcəyi haqqında təsvirlər yer alıb. Roman ironiya və istehzalarla zəngindir. Əsərin postsovet cəmiyyətinin məhvinin metaforasını simvolizə etdiyinə şübhə yoxdur. Belə ki, əsərdə münasibətlərin və şüurun arxaizasiyası, dövlətin inhisarı, şəxsiyyətə pərəstiş kultu, xüsusi xidmət orqanlarının hakimiyyəti və s. kimi məsələlərə rast gəlinir. 

Adaptasiya - Адаптация - Adaptation

Syuzan Orlean adlı jurnalistin "Orxideya oğrusu" adlı kitabını film üçün ssenari formasına adaptasiya etməyə qalxışan ssenarist Çarli Kaufman mənəvi və yaradıcıllıq böhranına düçar olur. Onu əhatələyən qəribə hisslər işləməyə imkan vermir. Daha sonra Çarli qərara gəlir ki, ssenariyə onunla reallıqda baş verən hadisələri də əlavə etməlidir. Reallıqla uydurma bir-biri ilə çox qəribə və özünəməxsus tərzdə qarışmağa başlayır. 

"Tatyana Tolstaya - Kıs" gündəliyi

Bu gündəliyi yazmaqda əsas məqsədim mütaliə zamanı ortaya çıxan maraqlı fəlsəfi-bədii məqamları bölüşməkdir. Resenziyada bunu etmək bir o qədər də praktiki deyil. Gündəliklə bir çox məsələlərin üzərində detallı dayanmaq mümkündür ki, bu da kitabı oxumayan, lakin onun haqqında məlumat əldə etmək istəyən insanlar üçün müəyyən dəyər təqdim edir. 

09.06.15 - Ümumiyyətlə kitaba başlamağımın əsas səbəbi mənə maraqlı olan iki vacib elementin bu kitabda kəsişməsidir: bunlardan birincisi postatom müharibəsi dövranı və rus cəmiyyətinin buna verəcəyi cavab reaksiyalarıdır. Ümumiyyətlə dünyada rus cəmiyyəti öz qəribə tərzli gündəlik ailə-məişət həyat tərzi ilə (xüsusilə də şəhər ətrafı və kənd və qəsəbələrdə) diqqətimi cəlb edir. Və budur biz atom müharibəsindən sonra yaranan yeni era ilə qarşı-qarşıyayıq. Romanda da deyildiyi kimi insanlar "silah" adlanan oyuncaqları ilə oynayarkən belə bir qəribə era yarandı. Qəribə varlıqlar, qəribə həyat tərzi, qocalmayan insanları və ən əsası da Kıs…

Qreqori Devid Roberts - Şantaram

Gregory David Roberts - Shantaram
Грегори Дэвид Робертс - Шантарам 
"Şantaram" əsəri ilə Qreqori Devid Roberts, müəyyən qədər yeniliklərə, müəyyən qədər də təkrar mövzulara müəlliflik etmişdir. Həbsxana və küçə həyatı yaşayan Qreqori bir çox macəralar yaşamışdır. Avstraliyada yerləşən həbsxanadan qaçan Qreqori həbsxana həyatına qədər oyuncaq silahla tikinti kooperativləri və kredit təşkilatlarını soymuş, və yaşadığı ailə problemlərinə görə narkotik asılılığa düçar olan Qreqori, bütün əməllərinə görə 19 illik həbs həyatı yaşamalı olur. Həbsxanadan Hindistana qaçdıqdan sonra isə orada saxta sənədlər hazırlamaqda ustalaşır və bir çox mafiya başçıları ilə yaxşı əlaqələr qurur. Əfqanıstanda silah qaçaqmalçılığı kimi işlərə qarışır. Bir müddət sonra 1990-cı ildə Frankfurtda ələ keçən yazıçı, yenidən həbsxana həyatı ilə üzləşir. Həyatını kitab formasına salmaq istəyən yazıçının istəkləri iki dəfə həbsxana nəzarətçiləri tərəfindən puç edilsə də, əlyazmaları bərpa edib, azadlığa çıxdıq…

Şindlerin siyahısı - Список Шиндлера - Schindler's List

Film nasist partiyasının üzvü, uğurlu fabrikant və İkinci Dünya Müharibəsində 1200 yəhudini xilas etmiş əfsanəvi Oskar Şindlerin real hekayəsini nümayiş etdirir. "Şindlerin siyahısı" bizlərə yəhudilərin həyatda qalmaq bacarığı, protenstantlığın varlıq praqmatizmi və amerikan optimizmi vasitəsiylə bu dəhşətli holakostu çatdırır. 
Spilberq bu üç saatlıq ağ-qara lentə xeyir və şər, sevgi və nifrət, müharibə, ümid və ümidsizlik, göləntilər və məyusluq kimi məsələləri ustalıqla sığışdıra bilib. Aktyorlar, musiqi və digər bütün elementlər obrazların ağrılarını izləyiciyə çatdıra bilir. Düşünən izləyici həyatın necə də dəyərli və müqəddəs olduğunu görür. Altı milyon yəhudinin öldürülməsinə baxmayaraq, real tarixi şəxsiyyət olan Oskar Şindler tərəfindən xilas edilmiş 1200 yəhudi həyatı tarixə səs sala bilmişdir. Ümumiyyətlə isə sağ qalan qalib gəlmiş hesab olunur. 

Emil Bertram - Şəxsi maqnitizm və hipnotizm

Эмиль Бертрам Личный магнетизм и гипнотизм Развитие силы воли и укрепление памяти
Bu yaxınlarda mənim üçün problemli sayıla biləcək "iradə" məsələləri ilə əlaqədar müvafiq kitab axtarışında idim. Axtarışlarım məni Emil Bertramın "Şəxsi maqnitizm və hipnotizm" kitabı ilə qarşılaşdırdı. Kitabın ilk cümlələrindən maraqlı məlumatlar və ən əsası sırf praktiki biliklərlə rastlaşmağım məni sevindirdi. Cari mövzuya uyğun müxtəlif kitablarla tanış olmağa imkanlarım olduğundan, mənə yaxşı bəllidir ki, bu formatlı kitablar adətən oxuculara böyük nailiyyətlərə nail olmaq üçün biliklər təqdim etmirlər. Buna baxmayaraq, şəxsi inkişaf və psixologiyaya aid kitablar kitab bazarından kifayət qədər yaxşı yerə və gəlirə sahibdirlər. 

Söhbət - The Conversation - Разговор

Harri Koul qərb sahilində dinləyici cihazlar sahəsi üzrə ən yaxşı mütəxəssisdir. Böyük bir biznesmenin sifarişi ilə şəhərdə gəzişən cütlüyün söhbətini lentə köçürən Harri, yazını dinlədikdən sonra əsas qaydasını pozur. Onun ən əsas qaydası heç vaxt sifarişçinin şəxsi işlərinə müdaxilə etməmək idi. Lakin Harri qaydasını pozur. O, qərara gəlir ki, məsələyə müdaxilə edərək tezliklə baş verəcək qətl hadisəsinin qarşısını ala biləcək. Görünür o, bu qaydanı keçmiş təcrübəsinə əsasən yaradıb. "Mən icazə verməyəcəm ki, bir daha mənə görə kim isə ölsün" deyərkən biz Harrinin keçmişinə və psixoloji vəziyyətinə səyahət etməyə başlayırıq.

Xalid Hüseyni - Və dağlardan səda gəldi

Халед Хоссейни - И эхо летит по горам  Khaled Hosseini - And the Mountains Echoed
Təqdimat - 1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbag kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar. Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur…