Posts

Showing posts from April, 2015

Artur Şopenhauer - Ölüm və onun bizim məhvedilməzliyimizə olan münasibəti

Image
Təbiətin dilində ölüm məhv olmaq  deməkdir, amma həyatın özü də zarafat deyil.  Artur Şopenhauer deyir ki, ölüm dahiyanə ilham mənbəyidir, o Sokratdan bu günə qədər filosofları həyatın metafizik əsası haqqında düşünməyə məcbur edir. Məhz bu düşüncələr bizə bizim şüurumuzun orqanik həyatımızın nəticəsi olduğunu  və yaşımızla birlikdə onun da inkişaf edib zəiflədiyini öyrənməyimizə səbəb oldu. Başqa sözlə, əslində emprik nöqteyi-nəzərdən də, materialistik nöqteyi-nəzərdən də bizim həyatımızın metafizik əsası vardır. 

Pain & Gain - Кровью и потом: Анаболики

Image
İlkin olaraq insanlar bərabərdirlər: dəmir, qan və əzələ. Potensiallarına fokuslanırlar və qısa müddət ərzində də potensiallarını kanalizasiyaya tullayırlar. Yox əgər sən əziyyət çəkməyə razısansa, hər şeyi əldə edəcəksən. Elə buna görə də ABŞ qüdrətli ölkədir. Əvvəllər ABŞ yoxsul kaloniyalar toplusu olub. İndi isə planetin ən güclü ölkəsinə çevrilib. Çox insan yaxşı yaşamaq arzusundadır, lakin çox az adam bu yolda özünü tərlədir. Bütün mənim qəhrəmanlarım öz-özlərini yaradıblar: Roki, Çapıqlı Sifət, Xaç atasından olan oğlanlar, hamısı sıfırdan başlayıblar və istəklərinə nail olublar. Nəyisə əldə etmək istəyirsənsə, güclü ol. Amerika arzusu bax budur. Mən potensiallarını israf edən insanlara nifrət edirəm. Bu çox qeyri-patriotikdir. Mən şəxsi treyner kimi işləyirəm. İnsanlara arxadan bir balaca zərbə vururam ki, istəklərinə nail ola bilsinlər. Hər şey isə daha artığına layiq olduğuma qərar verən andan etibarən başladı. 

Mükəmməllik axtarışında - Whiplash - Одержимость

Image
Qan, tər və göz yaşını bir-birinə qarışdıran Endryu, tanınmış musiqiçi kimi səsini dünyaya duyurmaq istəyir. Nyu-Yorkdan bütün dünyaya qışqırmaq istəyir ki, mən Endruyam və mən möhtəşəm musiqiçiyəm. O, içindəki qığılcımı alova çevirmək istəyir. Arzusuna gedən yolda isə çoxlu çətinliklərlə rastlaşır. Qısa müddət ərzində onun arzusu mübtəlalığa çevrilir. Onun rəhmsiz rəhbəri isə Endryunu insan bacarıqlarından üstün mərtəbəyə itələməkdə inad edir. Onların arasında qəribə döyüş yaranır. Kənardan döyüş kimi görsənən bu prosesdən kim qalib çıxacaq? Çox qəribədir ki, bir tərəfin məğlubiyyəti hər iki tərəfin məğlubiyyəti, qələbəsi isə, hər iki tərəfin müvəffəqiyyətidir. 

Devid Vayz - "Google" hekayəsi

Image
Orijinal ad:  David A. Vise -  The Google Story: Inside the Hottest Business, Media, and Technology Success of Our Time Rus dilində:    Дэвид А. Вайз, Марк Малсид - Google. Прорыв в духе времени Əslən rus olan Sergey Brin və orta şərqli olan Lari Peydc internetdə hər bir bit informasiyanı pulsuz olaraq özündə birləşdirəcək olan ən güclü axtarış sistemini yaratmaq üçün Stendford Universitetini tərk etdilər. "Google hekayəsi" bizi Google-un 1998-ci ildə hələ ideya olaraq yerini tutmasından başlayaraq, milyardlarla gəlir gətirən və əsasını qoyanları Amerikanın ən varlı gəncləri etdiyi dövrlərədək səyahət etməyi təklif edir. Bu hekayə dürüst və qeyri-adi yanaşmaların Medison Avenyunu və Uol Striti, Youtubu və Microsoftu necə ötüb keçdiyi haqqındadır. Bu gün Google hətta Çin kimi sosialistik cəmiyyətdə də öz yerini tutub və inkişaf edir. Ən yeni prespektiv isə odur ki, Google vasitəsilə dünyanın genetik fondunu yaratmaq üzərində intensiv işlər gedir. K itabda google-u

F=-F

Image
Nyutonun üçüncü qanunu qarşılıqlı təsirə əsaslanır: İxtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir.  Qüvvələr cür-cüt yaranırlar. Lakin müxtəlif cisimlərə tətbiq olunduqlarından bir-birini tarazılaşdırmırlar. Əgər A cismi başqa bir B cisminə qüvvə ilə təsir edərsə, onda A cisminə də B cismi tərəfindən eyni qiymətdə, ancaq əks tərəfə yönəlmiş qüvvə təsir edəcək. Yəni, qüvvə əks qüvvə yaradır. 

Rolf Dobelli - Məntiqli düşünmə sənəti

Image
Rolf Dobelli Rolf Dobelli - The Art of Thinking Clearly Müəllif haqqında - Rolf Dobelli 1966-cı ildə anadan olmuş, St Qallen Universitetində doktorluq dərəcəsi almış, "Swissair" aviasiya şirkətinin müxtəliq qız cəmiyyətlərində çalışmış və dostları ilə birlikdə dünyada məşhur olan iqtisadiyyat üzrə ədəbiyyatları yenidən redaktə edilmiş mətnlərlə ümumiləşdirən və satışa çıxaran "getAbstract" firmasının əsasını qomuşdur. O, Honkonqda, Avstraliyada, İngiltərə və ABŞ-da yaşamışdır. Rolf Dobelli dünyada elm, mədəniyyət və iqtisadiyyat üzrə şəxsiyyətlərin cəmiyyəti olan "ZURİCH MİNDS"-in kuratoru həm də banisidir. O, 33 yaşında ədəbiyyat aləminə atıldı və yazarlıqla məşğul olmağa başladı. Bu vaxta qədər yazarın "Diogen" nəşriyatında altı kitabı nəşr olunmuşdur. Rolf Dobelli İsveçrənin Lutsern şəhərində yaşayır. 

Meri Şelli - Frenkenşteyn, yaxud müasir Promotey

Image
Мэри Шелли - Франкенштейн, или Современный Прометей Mary Shelley - Frankenstein; or, The Modern Prometheus 1816-cı ildə aralarında dünya romantik poeziyasının görkəmli nümayəndələri olan Lord Bayron və Persi Şellinin də olduğu, İsveçrənin Cenevrə şəhərində dostlar bir araya toplaşaraq qorxulu hekayələr danışırlar. Onların arasında yeniyetmə Meri də var ki, bir müddətdən sonra Persinin həyat yoldaşı olacaq. Lord Bayron belə bir yarış təklif edir: yayın sonuna qədər kim ən qorxulu hekayəni yaza bilər? Bu yarış Merinin təsəvvürünü alovlandırır və onu ilhamlandırır. Nəticədə isə Meri Şelli sadəcə yeni fenomen deyil, eyni zamanda dünya ədəbiyyatının axınını dəyişdirəcək yeni janr yaratmış olur: elmi-fantastika.  Yaxşı elmi-fantastikanın isə üç mühüm xüsusiyyəti vardır: müasir elmin nəaliyyətlərinin doğru təsviri, bu nəaliyyətlərin humanistik tənqidi və elmi texniki tərəqqinin inkişafının idarə olunmaması zamanı nələrin baş verəcəyinin proqnozlaşdırılması.  Bu nəaliyyəti isə Meri heç

Rey Bredberi - Soyuq külək, isti külək

Image
 Рей Брэдбери -  Холодный ветер, тёплый ветер "Soyuq külək, isti külək" külək haqqında olan qısa hekayələr toplusudur. Bredberi fantaziyasının möhtəşəmliyi oxucunu biganə qoya bilməz. O, o qədər gözəl və poetik təsvirlər edir ki, bəzən kitab oxuduğunu belə unudursan.  "Soyuq külək, isti külək" bir çox məsələyə etik yöndən tənqidi yanaşma tərzi ortaya qoyur və bizlərə müxtəlif suallar verir.  Burada kosmik səyahahət, şizofreniya və adi həyat bir-birinə qarışıb. Onları birləşdirən "külək"-dir. Özünün də dediyi kimi o, həm isti ola bilər, həm də soyuq. Hər şeydən önəmli olan isə, dünyada ən real fenomeni dərk etməkdir. Bu fantaziyalardır. Başqa sözlə, insan fantaziyaları həm yaxşı ola bilər, həm də pis, həm xeyrə xidmət edə bilər, həm də şərə. Seçim isə bizdədir. 

Rey Bredberi - Zəncirotu şərabı

Image
Ray Bradbury -  Dandelion Wine Рэя Брэдбери -  Вино из одуванчиков 12 yaşlı oğlanla birlikdə bir yay fəslini yaşayın. Hər gün sevincli və kədərli, sirli və həyəcanlı hadisələr baş verir. Hər gün sən kəşf edirsən ki, sən nəfəs alırsan, yaşayırsan və hiss edirsən. "Zəncirotu şərabı" Rey Bredberinin dünyanın qızıl fonduna daxil edilmiş əsərlərindəndir.    Nostalgiya Nostalgiya yazıçılar üçün ədəbi əsər yaratmaqda istifadə olunan olduqca populyar tikinti materialı olsa da, Rey Bredberi nostalgiyaya yeni nəfəs verir. Bu elə nəfəsdir ki, hamı tərəfindən rahat qəbul edilir. Notalgiyadan istifadə ingilis ədəbiyyatında heç də hərarətlə qəbul olunmasa da, Rey Bredberi yaradıcıllığında kənardan təsirlənmir. Ona təsir edən yeganə qüvvə uşaqlığıın və yay fəslində ailəsinin uzaq keçmişdən gələn səsidir. Bu baxımdan "Zəncirotu şərabı" avtobioqrafik əsərdir. Əslində Rey Bredberi özü haqqında yazır və obrazlar və məkanlar allüziyalardır. Belə ki, hadisələrin cərəyan et

Su axtaran - The Water Diviner - Искатель воды

Image
Hadisələr 1919-cu ildə Türkiyənin Gelibolu yarımadasında gerçəkləşir. Avstraliyalı fermer Birinci Dünya Müharibəsində şəhid olmuş övladlarının meyidlərini vətəninə aparmaq məqsədilə onların axtarışına başlayır. Bunun üçün olduqca uzun məsafə qət edərək Türkiyəyə çatır. Bütün bunlarla yanaşı o, ağlına da gələ bilməyəcəyi yerdə yeni ümid tapır.  Burada müharibəyə qədər anlayışı yoxdur. Buna baxmayaraq, digər həyatımda memar idim. 

Aleksandr Belyaev - Heçliyə sıçrayış

Image
Əsərin orijinal adı:   Александр Беляев -  Прыжок в ничто Konstantin Eduardoviç Siolkovskinin əziz xatirəsinə həsr olunur. Annotasiya Aleksandr Belyaevin "Heçliyə sıçrayış" əsəri bir qrup qərbli kapitalistin kommunizm inqilabından qaçmaq macəralarından bəhs edən elmi-fantastik əsərdir. Kapitalistlər qəti qərar çıxarırlar ki, Yer planetində onlara xilas yoxdu. Odur ki, kapitallarının köməkliyi ilə kosmik gəmi - "Nuhun gəmisi"-ni tikdirərək kosmosa qaçırlar. Siolkovskinin ideyalarına əsaslanan və Venera planetində baş verən macəralar olduqca maraqlı və düşündürücüdür. Klassika bir daha öz sözünü deyir.