Posts

Showing posts from February, 2015

Bob Şou - İnanılmaz oxşar

Image
Боб Шоу - Невероятный дубликат "Səyyahların gəmisi" və "Dayan, kimdir gələn?" əsərlərini oxuduqdan sonra Bob Şou mənim üçün kosmik fantastikanın ən mahir ustadlarından birisinə çevrildi. Bu yaxınlarda "İnanılmaz oxşar" adlı qısa hekayəsini oxuduqdan sonra bu fakt bir daha öz-özünə sübut olundu.  Koburn adlı gənc uzaq planetləri gəzərək özünü kosmik romantikanın öhdəsinə buraxmaq istəyir. Münasibətdə olduğu zooloq qız Erika isə onun bu arzularını xoşlamır. Koburn kosmik ticarət palatasının qulluqçusu olmaqla kosmik səyahətlər aruzunu müəyyən qədər reallaşdırmış olur. Zooloq isə Yerdə qalaraq onun hansısa qaranlıq qalmış hissəsini öyrənməyə cəhd göstərir. İş elə gətirir ki, Koburnu məşhur və olduqca təhlükəli cinayətkar Petsi Ekkert əsir götürür. Sonradan aydın olur ki, ən əsas təhlükə bu cinayətkar deyilmiş...

İvan Yefremov - Dumanlı Andromeda - 3-cü hissə

Image
İvan Yefremov - Dumanlı Andromeda - 1-ci hissə İvan Yefremov - Dumanlı Andromeda - 2-ci hissə Mənfi təsirlər   Düşünə bilərsiniz ki, kitabın, romanın və ya bunlara oxşar digər incəsənət nümunələrinin nə kimi mənfi nəticələri ola bilər? Sizi əmin edim ki, ola bilər! Şəxsən mən "Dumanlı Andromeda"nı oxuduqca, o ali cəmiyyəti, axtarmağa, öyrənməyə olan ehtirasın, insan beyninin və ruhunun aliliyini gördükcə yaşadığım cari cəmiyyətə o qədər yadlaşırdım ki, sözlərlə izah etmək qəliz məsələdir. Gəlin ətrafımıza bir daha baxaq: hakimiyyətin, gücün, hörmətin mənbəyi kimi sadəcə pul əhəmiyyət kəsb edir. Halbuki, üfüqə baxanda insan təbiəti ilə, yaşadığı cəmiyyətin dəyərləri arasındakı uçurumu görməmək mümkün deyil. Bu ibtidai icma quruluşundan daha pis ictimai-sosial formasiyadır: canlı olmayan "fenomen"in güc qazanması. Çünki belə olduqda cəmiyyət bilinməyən, beyinlərdə və kabuslarda olan obrazlar tərəfindən idarə olunacaq. Prosesin müvafiq nəticələri isə mütləq

İvan Yefremov - Dumanlı Andromeda - 2-ci hissə

Image
İvan Yefremov - Dumanlı Andromeda - 1-ci hissə  Həyatın xarakterik xüsusiyyətləri Bu dünyanın insanları fiziki cəhətdən çox yaraşıqlı, güclü və sağlamdırlar. Bu gözəlliyi bir növ yunan gözəllik və təbiilik kultuna dönüş kimi dəyərləndirə bilərik. İrqi fərqlər az da olsa var, amma praktiki əhəmiyyət daşımır, insanlar bir-biri ilə kifayət qədər qarışıb irqi fərqləri aradan qaldıra biliblər. Gələcəyin insanları əcdadlarını hərtərəfli öyrənərək bir çox tibbi biliklər əldə edir və irqi təhlillər aparırlar. İnsanların adları bəyənilən səsləndirmələrə uyğun olaraq seçilir. Məsələn, Dar Veter izah edir ki, onun adı rus mənşəlidir: Dar- vergi, Veter - külək mənasını verir. 

İvan Yefremov - Dumanlı Andromeda - 1-ci hissə

Image
Kitabın rus dilində adı: Иван Ефремов - Туманность Андромеды  "Dumanlı Andromeda" 1955-1956-cı illərdə İvan Antonoviç Yefremov tərəfindən yazılmış sosial-fəlsəfi elmi-fantastik romandır.  Roman ilk dəfə 1957-ci ildə "Texnika - Gənclik" jurnalında dərc edilib. Kitab formasında isə "Gənc Qvardiya" nəşriyyatında 165 000 nüsxədə işıq üzü görür. Dünyanın bir çox dillərinə tərcümə olunan əsər Sovet ədəbiyyatının ən parlaq nümunələrindən, kosmik romantikanın etalon sayıla biləcək nümayəndələrindəndir.  Əsəri oxumaq qərarını verdikdən sonra keçirdiyim ekstatik hisslər toplusunu sözlərlə ifadə etmək çox çətindir. Yazını bir neçə hissəyə, hər hissəni də müəyyən alt başlıqlar formasında hazırlamaq qərarına gəldim. İlk iki hissədə əsasən Vikipediya məlumatlarının tərcüməsini yerləşdirəcəm ki, əsər haqqında dolğun fikir sahibi olmaq üçün müəyyən fundament yaransın. Üçüncü hissədə isə əsərin şəxsən mənim üçün dəyəri, psixoloji təhlili və təəssüratlarımı yazacam.

Kölgələr ölkəsində

Image
Gördüyüm hadisə məni müxtəlif dünyaların kəsişməsinə dartıb apardı. Sanki, yer yarıldı, buludlu səma buxarlandı. Həmin anda mən nəyin reallıq, nəyin illüziya olduğunu başa düşə bilmədim. Tamamilə sıravi sistem adamı üçün gördüklərim kifayət qədər ağırçəkili idi. Belə qərara gəldim ki, təəssüratlarımı yazı vasitəsiylə bölüşüm.

Erix Fromm - Ümid İnqilabı

Image
Kitabın ingilis dilində adı: Erich Fromm -  The Revolution of Hope: Toward a Humanized Technology Kitabın rus dilində adı:  Эрих Фромм -  Р еволюция надежды   Kitabın türk dilində adı : Erich Fromm - Umut Devrimi  1968-ci il, beynəlxalq tələbə qarşıdurması və inqilabı ilində işıq üzü görən "Ümid İnqilabı" kitabı, bizə iki yoldan birini seçməli olduğumuzu deyir: birincisi, kütləvi dağıntı ilə nəticələnəcək, texnologiyanın inkişafı ilə əlaqədar tamamilə mexanikiləşmiş, yadlaşmış cəmiyyətin üzvü olmağı, yoxsa ikincisi, humanizm və ümid yolunda körpü olmağı. Sənaye inqilabının bəşər övladı üçün yaratdığı imkanlar vaxt keçdikcə ümumi insani dəyərlər və prinsiplərin məhvinə səbəb olacağını başa düşmək, artıq çətin deyil. Necə oldu ki, insan istehsal və istehlak ehtirasının nəticəsində özü də əşyaya çevrilməyə başladı? Ümid anlayışı dəyişən cəmiyyətimizdə özünü necə biruzə verir? İnsani dəyərlər və təcrübələr onun yaratdığı cəmiyyətdə öz yerini necə tapır? İnsan niyə ruhi

Quş Adam - Birdman - Бёрдмэн

Image
Süjet xəttinin mərkəzində bir vaxtlar "Quş adam (Birdman)" adlı super qəhrəman rolunu oynamış keçmiş aktyordu.  "Quş adam" ona hər şey vermişdi: məşhurluq, yaradıcıllıq, özünüsübut və s.  O, daxili mübarizələrinin müşayəti ilə Brodveydə keçmiş məşhurluğunu və şan-şöhrətinin geri qaytarmaq istəyir. Artıq illərdir ki, o, tək deyil... Filmin rejissoru Alehandro Qonsalesi mən "21 qram" və praktiki olaraq Daos pritçası formasında çəkdiyi "Byutiful" filmlərindən tanıyırdım. Rejissor özünü olduqca yaxşı formada tanıtdırsa da, bu dəfə bunu uğurlu edə bildiyini deyə bilməyəcəm. "Quş adam"ın həm müsbətləri, həm də mənfiləri var. Qısaca müsbətlər: maraqlı və uzun dialoqlar, fəlsəfi mövzular, təbiilik, aktyorların əla rol ifası. Mənfilər: Banallıq, köhnə süjet texnikaları, filmin içində film (indiki halda teatr), hərdən də aktyorların emosional fonda ifrat ifası. 

Nightcrawler - Стрингер

Image
Neçə illərdir uğursuzcasına özünə yaxşı iş və həyat şəraiti axtaran Luis, Los-Ancelesin kriminal gecə həyatı və jurnalistikası ilə tanış olmalı olur. Yaranmış imkanlardan tam mənasıyla istifadə etmək qərarı verən Luis, oyunu qaydalarına görə oynamağa başlayır. Bu hər nə qədər də qəddar görsənsə də, o, özünə konkret hədəflər qoyur və onlara nail olmağı bacarır.   

Günəş İmperiyası - Empire of the Sun - Империя Солнца

Image
1941-ci il. İkinci Dünya Müharibəsi başlayır. Cim Qrehem adlı uşaq Çində, Şanxay şəhərində, varlı ailədə qayğısızcasına yaşayır. Müharibə fasiləsiz olaraq və sürətlə irəliləyir. Yaponlar Şanxay şəhərini ələ keçirirlər və Cim qələbəliyin içində itərək ailəsindən məhrum olur. Beyzi adlı şəxslə tanışlığı ona bir çox ümidlər versə də, əsirlər üçün düşərgəyə düşür. Aclıq, yoxsulluq və xəstəliklər içərisində Cim, satqınlıq və təhqirlərə dözərək mübarizə aparmağa başlayır. Cim yavaş-yavaş uşaqlıq dövrünü başa vurur, böyüyür. Yaponiya kapitulyasiyaya məruz qalır və artıq bir çox əzablara tab gətirmiş yeniyetmə Cim ailəsinə qovuşmağa nail olur.  

Event Horizon - Сквозь горизонт

Image
2047-ci il. Xilasedici kosmik gəmi Günəş sisteminin uzaq nöqtəsinə göndərilir ki, yüksəksürətli səyahətlərin sınaqdan keçirilməsi məqsədiylə hazırlanan və kosmosa göndərilən itmiş gəmidən xəbər bilsinlər. Uzaq Neptunun ətrafında anidən peydə olan "Even Horizon" gəmisi hamını şoka salır. İnanılmaz hadisələr baş verməyə başlayır. Bizim kainatımızdan başqa fəzalar, dünyalar da var. Qəribə orasıdır ki, sanki, biz o fəzaların dəhşətindən qorunuruq. Çünki zərif və zəifik...

Yelena Ber - Yaxşı əda və biznes-etiket

Image
Елена Бер - Хорошие манеры и деловой этикет. Иллюстрированное руководство Etiket darıxdırıcı rituallar və mərasimlər toplusu deyil. Etiket ünsiyyətdir. Siz ən müxtəlif insanlarla, ən müxtəlif yerlərdə - restoranda, ofisdə, liftdə, ictimai nəqliyyatda ümsiyyətdə olursunuz. Sizi digərlərindən fərqləndirən və özünəmxsus edən cəhət məhz sizin davranışlarınız olur. Uğurlu iş və ya şəxsi əlaqələr, faydalı insanlarla tanış olmaq, bir sözlə, uzunmüddətli əlaqələr yaradaraq insanlarla ünsiyyətdən zövq almaq məhz sizin etiket qaydalarından istifadə etməyinizdən asılıdır. 

Üstünlük - Превосходство - Transcendence

Image
Süni intellekt sahəsində araşdırmalar aparan görkəmli alim Uill Kaster elə bir kompüter yaratmaq istəyir ki, həmin kompüter bəşəriyyətin bütün təcrübə və biliklərini özündə cəmləşdirə bilsin. Uillin inqilabi və mübahisəli təcrübələri onu məhşurlaşdırsa da, anti-texnoloji terror qruplaşmasının hədəfinə çevirir. Ekstremistlər alimi dayandırmaq üçün əllərindən gələni edirlər. Buna baxmayaraq onlar Uilli məhv etməyə cəhd edərkən, bunun tamamilə əksi baş verir, Uill mütləq üstünlük əldə edir. Nəticədə Uill kimi alim olan həyat yoldaşı Evelin və ən yaxın dostu Maks Votersin qarşısında maraqlı sual yaranır: onlar təcrübələri davam etdirməlidirlərmi? Onların ən dəhşətli qorxuları reallaşır: Uillin informasiya toplama ehtirası hakimiyyət ehtirası ilə əvəzlənir. 

Oldos Haksli - Cəsur Yeni Dünya

Image
Олдос Хаксли - О дивный новый мир  Aldous Huxley - Brave New World  Roman 20-ci əsrin ən konseptual antiutopiyasıdır. "Cəsur Yeni Dünya"ya xoş gəlmişsiniz...  Utopiyaları reallaşdırmaq əvvəllər hesab edildiyi qədər çətin olmadı. İndi başqa əzabverici sual yaranıb, onların reallaşmasından tamamilə necə qaçmaq olar? Utopiyalar tamamilə reallaşa biləndirlər. Həyat utopiyalara doğru hərəkət edir və ola bilər intelegensiya və mədəni təbəqənin qarşısında utopiyalardan qaçmaq, qeyri-utopik və daha az "mükəmməl", daha çox azad cəmiyyətə qayıtmaq üçün arzular və xəyallardan ibarət olacaq yeni yüzillik yaranacaq. Nikolay Berdyayev (Nikolay Berdyayev rus dini filosofudur).