Posts

Showing posts from January, 2015

Antiutopiyanın bir addımlığında

Image
Antiutopiya (ing. dystopy) bədii ədəbiyyatın elə bir janrıdır ki, orada cəmiyyət və dövlətlərdə tərəqqinin neqativ tendensiyaları təsvir olunur. Antiutopiya utopiyanın tamamilə əksidir. Mahiyyət baxımından olduqca düşündürücü (çünki fəlsəfi yük çoxdur) janr olan antiutopiya bədii ədəbiyyata kifayət qədər dəyərli nümunələr bəxş etmişdir.  

Requiem for a Dream

Image
Filmin hər bir obrazı öz arzusuna nail olmaq istəyir. Sara Qoldfarb tele-şouda çəkilməyi, oğl u Harold dostu Tayronla birlikdə nağıllardakı kimi varlı olmağı, Haroldun rəfiqəsi Merion isə şəxsi moda dükanına sahib olmağı arzulayırdı. Onların hər birinin qarşısında maneələr var. Onlar narkotiklərin illüziyalar dünyasında ilişib qaldılar. Nəticədə isə a rzular əvvəlki kimi əlçatmaz olaraq qaldı.

Mikayıl Naymi - Mirdadın kitabı

Image
Rus dilində kitabın adı: Михаил Наими -  Книга Мирдада. Необыкновенная история монастыря, который когда-то назывался Ковчегом   İngilis dilində kitabın adı: Mikha'il Na'ima - The Book of Mirdad Bu əsrarəngiz əsər, Livan ədəbiyyatının klassiki Mikayıl Naymiyə məxsusdur. O, görkəmli ərəb-amerikan yazıçısı, şairi, rəssamı, filosofu Cibran Xəlilin yaxın dostu olub. İyirminci əsrin aydınlarından olan Oşo bu kitab haqqında belə deyir: ""Mirdadın kitabı" mənim ən sevimli kitablarımdandır. Bu əbədiyaşar kitablar sırasına daxildir. Əgər mən ən dəyərli kitabların siyahısı tərtib edəsi olsam, o zaman bu kitabı siyahıda birinci qeyd edərəm". 

Foxcatcher

Image
Filmə fon rolunu oynayan sərbəst güləş idman növü əslində rejissorçun insan təbiətinin zəiflikləri və qaranlıq tərəflərini incələmək üçün alətdir. Bir çox maraqlı psixoloji-dramatik məqamlar var. Üç personajın - Con Düpon, Mar Şultz və Dave Şultzun davranışlarının və düşüncələrinin təhlili bizə bütün filmin mənasını başa düşməyə yardımçı olacaqdır. Bu təhlil predmetinin üzərində çox dayanmaq mümkün olmasa da, onların bütün davranışlarının məntiqi sonluğu və nəticələri qərarlarına və insani təbiətləri tam uyğun gəlir.

Dərinin altında - Under the skin - Побудь в моей шкуре

Image
Şotlandiyada insanları gözəlliyi ilə yoldan çıxararaq oğurlayan gözəl qadın peydə olub. O, astaca insanlara yaxınlaşır və sadəcə yolu öyrənmək istəyir. Bu gözəlçə bilinmir ki qatil-manyakdı yoxsa yadplanetli. Buna baxmayaraq, hər kim olursa da olsun, insan cəmiyyəti onun özünü də tələyə salır. Film insan fantaziyası vasitəsi ilə fəlsəfənin qorxulu sularına səyahət etməyə dəvət edir.

Stethemmaniya #3

Image
Ölümcül yarış -  Смертельная гонка - Death Race -  Üçqat dünya çempionu Censen Eyms törətmədiyi cinayətə görə həbsxanaya salınıb. Qısa müddət ərzində həbsxana rəhbərliyinin niyyətləri aşkara çıxır: onlar Censeni digər qəddar cinayətkarla birlikdə ölümcül maşın yarışlarında iştirak etməyə məcbur etmək istəyirlər. Bu bir növ avto-qladiator yarışlarıdır. Müxtəlif odlu silahlarla və zirehlə təchiz olunmuş maşının arxasında oturduqdan sonra Censen azadlığına qovuşmaq üçün qarşısına çıxan hər şeyi məhv etməyə hazır olur. Amma o, bilir ki, ona söz verilən azadlıq sadəcə xülyadır. 

Mən - başlanğıc - I Origins - Я – начало

Image
Mayk Kehill ( Mike Cahill ). Bu ad artıq tanınmağa başlasa da, gələcəkdə bu rejissorun müasir kinematoqrafiyada ən məşhur rejissorların sırasına daxil olmağı şübhə doğurmur. O, artıq zamanın sınağından çıxmağa başlayıb. aykın 2011-ci ildə çəkdiyi "Another Earth" filmi özünəməxsusluğu, dərin mənası və düşündürdüyü mövzular baxımından özünə layiqli yer tutmuşdu. Bu yaxınlarda isə laboratoriyada öz asistenti ilə bəşəriyyəti dəyişdirəcək kəşflər edən molekulyar bioloq alimdən bəhs edən filmin də olduğunu öyrəndim. Treylerinə baxmaq kifayət etdi ki, mənə nəyin təqdim olunacağını başa düşüm. Odur ki, son dövrlərdə təsirləndiyim və heyran qaldığım filmlər sırasına daxil etdiyim yeni film yarandı. Motiv baxımından elə bir filmdir ki, arzu edərdim hamı başa düşsə də, düşməsə də filmi izləsin.  Film çatdırmaq istədiyi mövzuların nüvəsinə qərq olmağa məcbur edir və təsirləndirir.