Tuesday, 30 September 2014

Aleksandr Belyaev - Əbədi çörək - Александр Беляев - Вечный хлеб

Hadisələr alman dənizində balıqçıların yaşadığı Fer adasında cərəyan edir. Berlin Universitetini tərk edən biokimyaçı-professor Broyer, balıqçıların yaşadığı adada bəşəriyyətin xeyrinə araşdırmalar aparır. O, primitiv canlıları araşdıraraq, qayğı tələb etmədən çoxalmağı bacaran və dadlı xəmirə bənzər qida istehsal edən canlıları kəşf edir. O, təcrübələrini artırmaq üçün, xəmirdən azacıq aclıqdan əziyyət çəkən qoca Hansa verir. Daha sonra qısa müddət ərzində bütün kənd bu möcüzədən xəbər tutur və hər yerə yayır. Məsələ Berlində yayılandan sonra nəzarətdən çıxır və kommersantların diqqətini cəlb edir. Yay fəslində isə məlum olur ki, xəmir sürətlə çoxalır. O qədər çoxalır ki, insanlar onu zibil kimi ora-bura atırlar. Artıq planetin yeni düşməni var: bolluq.

Sunday, 28 September 2014

Viktor Pelevin - 3 Zukerbrinə olan məhəbbət - Виктор Пелевин - Любовь к трем цукербринам

Hardasa avqust ayının əvvəllərindən xəbər yayıldı ki, bəs Viktor Pelevin növbəti kitabını nəşr etdirir. Bütün böyük nəşriyyatlar, media nümayəndələri, bloggerlər və buna bənzər subyektlər kitab haqqında az-çox məlumat verməyə başladılar. Hətta internetdə kitabın bəzi fraqmentləri də dolaşmağa başladı. Hər yerdə xəbər gəzirdi. Bir sözlə yaxşı marketinq icra olunurdu. Kitabı hələ satışa çıxmamış maksimum dərəcədə şişirdirdilər ki, qiymətini yüksək təyin etsələr belə, hətta kitabın özü maraqsız olsa belə, insanlar onu qəbul etməyə hazır olsunlar. Kitab nəşr olunub satışa çıxarıldıqdan sonra isə qısa müddət ərzində müxtəlif nəşriyyatlar kitab haqqında resenziyalarını da əskik etmədilər. 

Wednesday, 24 September 2014

Aleksandr Belyaev - Hava taciri - Александр Беляев - Продавец воздуха

Son zamanlarda Yer planetində daimi küləklər özlərini çox qəribə aparırlar. Metereoloq Klimenko yoldaşları və Yakut köməkçisi Nikola ilə Verxoyansk düzənliyinə yola düşür. Yolda təhlükələrdən xəbərdar edilsələr də, Klimenko yoluna davam edir. İnanılmaz olsa da, Arktikada havanı oğurlayan zavod var. Burada dünyanın yeni hökmdarı var. Cənab Beyli havanı öz şəxsi mülkiyyəti etmək qərarına gəlib. Hava satışı isə kosmik dərəcədə gəlirlidir. Klimenko bu obyektin mahiyyətini və bu şəxsin fikirlərini dərk etdikdən sonra onunla barışmır. Mübarizə isə nəticə verir. 

Monday, 22 September 2014

Mirzəkərim Norbekov - Kuzyanın anası haradadır və ya milyonlarla əhlikef çıxış yolunu necə tapaq? - Мирзакарим Норбеков - Где зимует кузькина мать, или Как достать халявный миллион решений

Budur şəhərin məşhur kitab mağazasında kitab rəflərinin arasında gəzişirəm. Qəribə tərzdə, canayaxın formada üzümə gülümsəyən bu qəribə adamın kitabının arxasında mənə ünvanladığı yazıları oxuyuram. Ən əsası isə adı cəlb edir: Mirzəkərim. Öz-özümə fikirləşirəm ki, şərq insanının dilini elə şərq insanı bilər. Nə qədər ola bilər ki, şərq insanı elə şərqli problemlərini həll etmək üçün Qərbə müraciət edir. İnanın bu elə-belə bölgü deyil. Bu adam bəlkə də nəyəsə nail olmağı bacarıb və digər insanlarla da bölüşməyə qərar verib. Odur ki, bu kitabı oxusam nə isə əldə etmiş olaram. Kitabı alıram və ən qısa müddət ərzində böyük ümidlərlə oxumağa başlayıram. Başlasam da, sonlandırmağa çox çətinlik çəkirəm.

Saturday, 20 September 2014

Patrul - End of Watch - Патруль

Los Ancelas. İlk baxışda öz həyatını yaşayan sakit şəhər təəssüratını bağışlayır. Lakin kriminal aləmin, cinayətkar birləşmələrin dünyasına daxil olduqca, asayişi qoruyan polisin işinin necə də çətin olduğunu başa düşürsən. Mövzumuz da elə bununla əlaqədardır. Qarşımızda ayrılmaz iki polis həmkarlarıdır. Onlar bir-birilərini qoruyurlar və hər an hər çətinliyə hazırdılar. Onlar yaxın dostdurlar və işlərində profesionaldırlar. Belə də olmalı idi ki, bir gün Los Ancelasın ən kriminal bölgəsində çətin vəziyyətə düşürlər və son ana qədər bir-biriləni düşünərək mübarizə aparırlar. 

Sunday, 14 September 2014

The Lunchbox - Ланчбокс - Dabba

Nahar yeməyinin yanlış çatdırılmasının nəticəsində evdar bir qadınının tanımadığı kişi ilə tanışlığı yaranır. Onlar ilk öncə qələm dostuna çevrilirlər. Daha sonra isə hadisələr başqa yönlərdə cərəyan edir...

Bu dəfə izlədiyim Hindistan filmində, hind kinematoqrafiyasına xas olan nə toy-nişan, gənclərin kor məhəbbəti, əzabları, nə musiqili şou, nə də tragediya var. Bu filmdə insan hisslərindən başqa heç bir xammal yoxdur. Mumbay şəhərinin adi insanları, nəqliyyatı, arzuları və xəyalları. Dünya miqyasında işıqlandırılacaq ekran əsəri ilə qarşı-qarşıyayıq. Dünya Hindistanın sadəcə yuxarı kastaları ilə deyil, hər yönü ilə tanımalıdır. 

Friday, 12 September 2014

Con Varli - "Daxil et" düyməsini basın - Джон Варли - Нажмите «ВВОД»

Onun adı Apfel Viktordur. Onun 50 yaşı var. Koreya müharibəsi veteranı və epileptikdir. Kifayət qədər asosial və qaraqabaq insandır. Bir gün onun evinə zəng gəlir və soyuq mexaniki səs ondan dəfələrlə qonşusu Çarlz Klügerin evinə getməyini xahiş edir. Klüger çox qəribə insan idi. Demək olar ki heç kimlə ünsiyyətdə olmurdu. Zənglərin ardı-arası kəsilmirdi, elə ona görə Viktor qonşusunun evinə getməyə qərar verdi. Qərar verdi və həyatı tamamilə dəyişdi. 

Saturday, 6 September 2014

Yevgeni Şvars - Kölgə - Евгений Шварц - Тень

Əsərin qəhrəmanı olduqca gözəl və qorxulu nağılların reallaşdığı ölkəyə gəlir. O, tarixçi-alimdir və məqsədi ölkənin tarixini və mədəniyyətini daha da dərindən öyrənməkdir. O, nə vaxtsa Hans Xristian Andersonun yaşadığı otaqda məskunlaşır. Məhz bu otağın pəncərəsindən şahzadəni tapır. Şahzadəni tapmaqla isə başına əsl iş açır. İndi bütün yüksək vəzifəli məmurlar onun ovuna çıxıblar. Ən əsası isə onun kölgəsi ona xəyanət edib. 

Friday, 5 September 2014

Qay Kavasaki - StartUp - Гай Кавасаки - Стартап: 11 мастер-классов от экс-евангелиста Apple и самого дерзкого венчурного капиталиста Кремниевой долины

Annotasiya - İstər artıq mövcud olan şirkət olsun, istərsə də sıfırdan qurulan şirkət, bu kitab hamıya yaxından kömək etmək üçün hazırlanıb. Kitabın məqsədi sizə möhtəşəm nəticələr əldə etmək üçün yardımçı olmaqdır. Əlbəttə ki lazımsız məlumatların və nəzəriyyənin içində itib-batmamaq şərtilə. 

Thursday, 4 September 2014

Mo Şu fəlsəfəsi və xoşbəxtlik

Mövzumuz xoşbəxtlikdir. Qədim fəlsəfi cərəyan olan Mo Şunun xoşbəxtliyi. Moşu intellektual-elmi cəhətdən məndən daha savadlı idi yoxsa yox onu deyə bilmərəm, amma xalqımızın gözəl şairi xoşbəxtliyə iki misra şeir düz-qoş eliyə bilmədi. Xoşbəxtlik hətta yazıda belə tapıla bilinmirsə, reallıqda necə tapılsın? Nəinki iki bənd şeir, ümumiyyətlə onun tərifi leksik lüğətlərə yazılsa əla olardı. Ən azından başlanğıc nöqtəmiz olardı. Xüsusilə isə “Əmək məcəlləsi”, “Vergilər məcəlləsi” və onlara bənzər gündəlik başqatan toplulara bənzər “xoşbəxtlik məcəlləsi” yaradılsa idi əla olardı. Özümüzü aldadardıq ki, bax filan-filan maddələrə görə xoşbəxt deyiləm, amma filan-filan maddələrə görə xoşbəxtəm və həyatımız da əsas məqsədi maddələrin artırılması olardı. Bir şeyi ki konkretləşdirməsək, o necə reallaşa bilər? Yazıçıların, şairlərin və onlar kimi digər bir sürü düşünən insanların boşuna çabasıdır ki, xoşbəxtliyə aid indiyə qədər heç bir məcəllə, heç bir bələdçi-kitab yoxdur. Moşunun heykəlinin qarşısında ayaq üstə dayanıb məhz belə mövzulardan fikirləşirdim.

Təcili foto - One Hour Photo - Фото за час

Foto-şəkillərdə çox vaxt xoşbəxtlik öz əksini tapır: doğum günləri, bayramlar və hər hansısa yığıncaqlar. Ailəvi albomumuza baxanda bizə elə gələ bilər ki, biz bütün ömrü boyu qəm-qüssə olmadan, qayğısız həyat yaşamışıq. Heç kim unutmaq istədiyinin şəklini çəkməz. 

Mən foto-atelyedə arıtq 20 ildir ki işləyirəm. Bu işi vacib hesab edirəm. İnsanlar yanğın zamanı ailəvi şəkillərini xilas etməyə hər şeydən öncə can atırlar. Bəziləri isə hesab edirlər ki, bu iş kontora işi kimidir. İstənilən axmaq 2 günə süni şəkilləri çap etməyi öyrənə bilər. Lakin bir çox iş kimi bu iş də göründüyü kimi sadə deyil. Mən şəkilləri, sanki, özümə çap edirəmmişcəsinə çap edirəm. İnsanlara xidmət edərkən onlara hörmət etmək lazımdır. Yoxsa indi çox yerdə aşağı keyfiyyətdə iyrənc formatda şəkillər çap edirlər. 

Monday, 1 September 2014

Aleksandr Belyaev - Ariel - Александр Беляев - Ариэль




Qoy bu səmimi əsər, onun mənə təqdim etdiyi rəngarəng dünya və ən əsası mənim özümə bənzəyən Ariel, yaddaşımda əbədi qalsın. Xatırladıqca ən xoş hisslərim oyansın. Ən əsası isə hər zaman ürəyimin səsini dinləməkdə mənə yardımçı olsun...